178
bundadır ki, əgər insan öz şüurunu pozitiv və faydalı fikirlərlə doldurarsa,
orada pis fikirlərə yer qalmayacaqdır. Bizim həyati məqsədlərimizə çatmağa
imkan verməyən gərəksiz və neqativ fikirlər şüurdan sıxışdırılıb çıxarılır.
Beləliklə, öz şüuruna nəzarət etməyi öyrənərək, təfəkkürünü digər obyektə
keçirmək mümkündür, və arzu olunmayan fikirlər yox olur. Neqativ fikirlə-
rin sıxışdırılıb çıxarılmasının daha bir metodu ”onları sakitcə buraxmaq” ba-
carığındadır: neqativ fikirlər “gəldikləri sonsuz heçliyə buraxılırlar.”
C. Templtonun “sıxışdırıb çıxartma metodu”– paxıllıq, nifrət, tamahkarlıq,
eqoizm, gərəksiz tənqidbazlıq, qisasçılıq və s. kimi insan sağlamlığına dağı-
dıcı təsir göstərən keyfiyyətləri aradan qaldırmağa imkan verir.
Beləliklə, reallıq daha çox ağlımız və qəlbimizlə, dünyagörüşümüz və xa-
rakterimizlə, ruhi mədəniyyətimizlə şərtlənən - bizim daxili qavramamızdan
asılıdır. Nəcib fikirlər nəcib əməllər doğurur. Əgər insan özünə inanırsa və
bu inamı konkret əməllərlə möhkəmləndirirsə, öz bilikləri və bacarıqlarını
təkmilləşdirirsə, çətinliklərə və əlverişsiz şəraitlərə baxmayaraq arzu edilənə
nail olmaqda inad və mətanət göstərirsə, qəlbin nəcib niyyətləri reallaşır.
Çətinliklər bizim qabiliyyətlərimizi inkişaf etdirir, iradəmizi möhkəmləndi-
rir, həyat təcrübəmizə imkan yaradır, bizi mərd və güclü edir. Pozitiv obraza
istiqamətlənmə, həyatın dövriliyinin ağılla qavranılması, özünə inam, bizə
bağışlanmış həyat nemətlərinə görə minnətdarlıq hissi, cəmiyyətin rifahı na-
minə quruculuq bizim üçün uğura, müvəffəqiyyətə, xoşbəxtliyə və yeni im-
kanlara qapılar açır. Özündə həyat qabiliyyətinin və mübariz insan xüsusiy-
yətinin istehsalı dinamik fəaliyyəti, proqressiv inkişafı və qoyulmuş məq-
sədlərə çatmağı təmin edir.
İnsanın təfəkkür mədəniyyəti bütövlükdə şəxsiyyətin intellektual mədə-
niyyətini təşkil edən təbii ağlından və əldə etdiyi biliklərindən asılıdır. Fales
deyirdi: "Bədənin fərəhi - sağlamlıqda, ağılın fərəhi – bilikdə olur.” Henri
Tomas Bokl intellektual mədəniyyətə haqq qazandıraraq, qeyd edirdi ki,
“qaranlığı hiss etməyən kəslər, işığı heç vaxt axtarmayacaqlar”. İntellektual
mədəniyyət - insanın inkişaf imkanlarını müəyyən edən həyat fəaliyyətinin
başlıca hərəkətverici qüvvəsidir. Bu mədəniyyətin təbii mənbəyi insan bey-
ninin fəaliyyətini, təfəkkür prosesini idarə edən insan şüurudur. Şüur fikri
generasiya edir və bizim həyat proqramımızı müəyyən edir. Təfəkkür məh-
dudluğundan azad olmaq, bizə həyatı kainatın imkanları müxtəlifliyində
görməyə imkan verən ağlı və bilikləri daim inkişaf etdirmək, həyat hadisələ-
ri və faktlarını, insanların davranışını və hərəkətlərini düzgün başa düşmək
və interpretasiya etmək lazımdır.
İnsan mədəniyyəti və sivilizasiyası haqqında bilikləri yaymaqla cahilliyi
aradan qaldırmaq lazımdır. Yaxşını pisdən ayırmaq qabiliyyətinə böyük qiy-
179
mət verən Sokrat qeyd edirdi: “Yalnız bir yaxşılıq – bilik və yalnız bir pislik –
cahillik var.” Templton deyir: “Tırtıl yanında yarpağa qonan kəpənəyi tanı-
maq halında deyil. Ehtimal ki, tırtıl kəpənəyi hətta görmür, çünki tırtılın real
həyatında kəpənəklər mövcud deyil!” Dialektikası Platona böyük təsir gös-
tərmiş Herakl Efesski insan cahilliyini ifşa edərək qeyd edir ki, “itlər o kəs-
lərə hürürlər ki, onları tanımırlar.” İntellektual mədəniyyətin açdığı imkan-
lardan biri – kainatın və insanın həyat fəaliyyəti qanunlarının, baş verən tə-
zahürlər, hadisələr, proseslər və insanların düzgün dərk edilməsidir. Bu an-
lama insanın həyat fəaliyyətini və bizim emosional mədəniyyətimizi idarə
edən şüurun qüvvəsini təsdiq edir. Bu və ya digər mühüm problemlərin həlli
zamanı o öz hakimiyyətini və özünün qalibiyyət əzmini təsdiqləyərək, qeyri-
müəyyənlik qarşısında yaranan qorxu hissini aradan qaldırmağa imkan verir.
İntellektual mədəniyyət müdrikliyə - biliklərlə, təcrübə ilə və humanizmlə
zənginləşdirilmiş ağlın keyfiyyətinə nail olmağa imkan verir. Müdriklik -
həyat qanunlarını düzgün anlamaq, səhvlərdən ibrət almaq, olanların mahiy-
yətini və xüsusiyyətlərini müxtəlif tərəflərdən görmək, pozitiv nəticələrə və
insan münasibətlərinin harmoniyasına nail olmağa yardım edən ağıllı qərar-
lar qəbul etmək qabiliyyətidir.
Mədəni insanın özünü idarə etməsi, öz emosional vəziyyətinə, ətrafdakıla-
rın neqativ hərəkətinə qarşı öz reaksiyasına nəzarət etmək bacarığını nəzərdə
tutur. Düzgün yol – öz enerjisini sizə layiq olmayan insanlarla münasibətlə-
rin aydınlaşdırılmasına deyil, həyatın başlıca dəyərlərinə: məhəbbətə, dost-
luğa və yaradıcılığa yönəltmədir. Əlbəttə, bu zaman digər insanın dost ol-
mayan münasibətinin, həmçinin predmetə öz davranışının səbəblərini aydın-
laşdırmaq, onun digər insanlarla münasibətdə gərginlik səbəbi olub-olmadı-
ğını təhlil etmək vacibdir. Mədəni insanın statusu paxıllıq kimi neqativ key-
fiyyətlə bir araya sığışmır. Paxıllıq hissinə müqavimət göstərə bilməyən in-
sanlar özünü təkmilləşməyə qadir deyillər. Onlar başqalarının yaxşı cəhətlə-
rini obyektiv qüymətləndirməyi bacarmırlar və onu ətrafdakıların gözündən
salmaq üçün bütün mümkün nöqsanları və çatışmazlıqları öz həsəd obyekti-
nə aid etməyə çalışırlar. Paxıllıq hissinin dəf edilməsi öz qüvvəsinə və şəxsi
məziyyətlərinə inam tələb edir. Danılmaz uğurlar əldə etmiş istedadlı insan-
ların üstünlüklərini özünü təkmilləşdirmə üçün şans və təcrübə kimi mənim-
səmək lazımdır.
Arzular, maraqlar, məqsədlər və özünüidarə mənbələri
Özünüidarə prosesində insan iki dəyişən amilin nüfuz dairəsində olur:
şərait və şəxsi seçim. Seçim – onun qəbul etdiyi qərarlardır. Bu qərarlar
Dostları ilə paylaş: |