188
“Rəssam şah əsərlərin surətlərini çıxara-çıxara meydana gəlir.” Başqa insan-
ların, əsasən, həyatda böyük uğurlara nail olanların təcrübəsini öyrənmək və
onlardan yaradıcı şəkildə istifadə etmək çox vacibdir.
Piter Druker haqlı olaraq qeyd edir ki, hətta Leonardo da Vinçi, Napole-
on, Motsart və bir çox başqaları kimi
görkəmli dünya mədəniyyəti xadimləri,
çətinlikləri dəf edərək,
daim öz üzərlərində işləmişlər. Məhz buna görə onlar
bu qədər çox şeyə nail olmuşlar. İstər-istəməz İsaak Nyutonun aforizmi ya-
da düşür: “Mən başqalarından uzağı onunçun görə bildim ki, məndən əvvəl
işləyənlərin hamısının çiyinləri üzərində qalxdım.” Belə miqyaslı xadimlər
az olsa da, istedad səviyyəsi və fəaliyyət nəticələri onları adi insanlarla bir
cərgəyə qoymağa imkan vermir, tamamilə aydındır ki, zəhmət və məqsəd-
yönlülük olmadan, onlar çətin ki müvəffəqiyyət qazanardılar, çünki istedad
ciddi əməyə vurularsa, çox gözəl nəticələr verir.
Həyatda öz yerini tapmaq üçün öz qabiliyyətlərini, iş üslubunu və öz əx-
laq prinsiplərini bilmək lazımdır. Özünün təbii imkanları və qabiliyyətləri-
nin düzgün qiymətləndirilməsi və istifadə edilməsi zəruriliyi haqqında danı-
şaraq, Piter Druker qeyd edir ki, vətəndaş cəmiyyəti şəraitində hər bir insa-
nın seçimi var. Buna görə də həyatda öz yerini tapmaq üçün öz qabiliyyətlə-
ri haqqında mümkün qədər çox bilmək, bunun üçün nəticəni proqnozla mü-
qayisə edərək, öz fəaliyyət nəticələrini təhlil etmək lazımdır. Nəticələrin
təhlili, diqqəti özünün güclü cəhətlərində cəmləşdirmək, qabiliyyətlərinin
daha geniş surətdə aşkarlanması üçün, onları praktikada düzgün tətbiq edə-
rək, öz bilikləri və vərdişlərini təkmilləşdirməyə imkan yaradır. Bizim mə-
nəvi prinsiplərimizə uyğun
şəraitlərdə işləmək, həmçinin öz
etik mədəniyyə-
tini təkmilləşdirmək, başqa xalqların mədəniyyətlərinə dair biliyini artırmaq,
kollektivlə və təşkilatın rəhbərliyi ilə yaxşı münasibətlər qurmaq, ictimai fə-
aliyyətlə məşğul olmaq çox əhəmiyyətlidir. Druker sürətli dəyişikliklər şəra-
itində öz peşəkar rəqabət qabiliyyətliliyini itirmək istəməyən əqli əmək işçi-
lərinə qarşılıqlı münasibətləri qaydaya salmağa görə məsuliyyəti öz üzərinə
götürməyi öyrənməyi və aşağıdakı suallara cavab tapmağı məsləhət görür:
mənim rolum nə kimidir? məndə nəyə qabiliyyətlər var? mənim iş üslubum
necədir? həyatda mənim yerim hardadır? təşkilatın ümumi işinə mənim şəx-
si töhfəm necədir?
Özünü təkmilləşdirmə
Həyatın mürəkkəb problemlərini həll etmək bacarığı insanın təbii məziy-
yətlərinin inkişafına və özünüidarənin əsas məqsədlərindən biri olan
insanın
özünü təkmilləşdirməsinə yardım edir. Daim yaxşılığa doğru dəyişmə yeni