190
rirdi. Uğurlu idarə və özünüidarə məsələlərini nəzərdən keçirərək o, insanın
aşağıdakı keyfiyyətlərə sahib olmasının vacibliyini qeyd edirdi:
gercəkliyin
düzgün dərk edilməsinə şüurun təbii qabiliyyətinin olması, təhsil və tərbiyə,
həqiqətin dərk edilməsinə və inkişaf qanunlarını kəşf etməyə imkan verən el-
mi biliklər, proqressiv dəyişikliklərə və bəşəriyyətin kamilləşdirilməsinə isti-
qamətlənmiş müdriklik, təcrübə, istedad, möhkəm iradə və yaradıcı əmək,
həmçinin insan münasibətləri mədəniyyəti. Dövlət mənafelərini nəzərə ala-
raq, Tusi müdriklərə olan tələbatdan və peşəkar məmurların hazırlanması
zəruriliyindən danışır. Ölkənin idarə edilməsi məsələsinə toxunan alim, diq-
qəti insanların mədəni inkişaf ehtiyaclarının, şəhər həyat tərzinin inkişafına
imkan yaradan
insan münasibətləri sisteminin formalaşdırılması təhlilinin
vacibliyinə, effektiv istehsala, dövlət quruculuğu və idarəçiliyi üsullarının
təkmilləşdirilməsinə, sosial ədaləti və xalqın rifahını təmin edən dövlət siya-
sətinin həyata keçirilməsinə xüsusi diqqət yetirirdi. İnsan münasibətləri mə-
dəniyyətindən danışaraq, Tusi cəmiyyətin sosial terapiyasını onunla əlaqə-
ləndirir. O, insanın sosial dəyərini artıran və ünsiyyət mədəniyyətində müm-
kün səhvlərdən çəkinməyə, şəxsiyyətin inkişafına və kamilləşməsinə mane
olan qanunsuz qərarların qarşısını almağa, sosial bəlaları aradan qaldırmağa
və ictimai münasibətləri təkmilləşdirməyə imkan verən
insanların davranışı
haqqında elmin öyrənilməsi zəruriliyinə xüsusi diqqət yetirir.
İdeal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılması zəruriliyini
qeyd edən Tusi, bu prosesdə
nitqin, əməyin, xeyirxahlığın və elmin inkişafı-
na xüsusi rol ayırır. Tusinin insan mədəniyyətinin həyati vacibliyini qeyd
edən konsepsiyasının əsas müddəalarının mahiyyəti aşağıda göstərilənlərə
gətirir:
başa düşülən nitqin inkişafı olmadan mədəniyyət mümkün deyil; şü-
urlu əmək olmadan xoşbəxtlik mümkün deyil; məqsədin formalaşdırılması
xeyirxahlıq və xoşbəxtliyə istiqamətlənməlidir; elm və təcrübənin vəhdəti ol-
madan şəxsiyyətin inkişafına və təkmilləşməsinə nail olma mümkün deyil.
Tusinin bu müddəalarının dərk edilməsi və təhlil edilməsi şəxsiyyətin özü-
nüidarəsi üçün praktik əhəmiyyətə malikdir.
Onun konsepsiyasına görə
şəx-
siyyətin özünü idarəsinin və onun mənəvi sağlamlığının qorunmasının başlı-
ca şərtlərindən biri - insanın nəzəri və praktik hazırlığı, onun yaxşı və fay-
dalı işlə məşğul olması, yaradıcı əməkdir. Bununla bərabər Tusi
insanın
özünün öz mənəvi mədəniyyətini formalaşdırmasının zəruriliyi haqqında da-
nışır və bunu necə etmək lazım olduğunu izah edir.
Şəxsiyyətin özünüidarə problemini nəzərdən keçirərək, Tusi
nəfsin idarə
edilməsi məsələsinə xüsusi diqqət ayırır. Ən böyük hünər - öz nəfsinə qarşı
olan hünərdir. O öz nöqsanlarına qalib gəlməyə və müdrikliyə yaxınlaşmağa
kömək edir. Ağıl və qəlb ilə şüurlu surətdə idarə edilən nəfs, insanı yüksək