Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə90/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   86   87   88   89   90   91   92   93   ...   109

203 
İllərlə  bu  mənfi  effekt  cəmlənir  və  güclənir  ki,  bu  da  insanın  sağlamlığının 
pisləşməsinə gətirib çıxarır. Məsələ bu və ya digər məhsulların insan orqaniz-
minə neqativ təsirini minimuma endirməkdən ibarətdir. Qidalanma ilə yanaşı 
insanın quruluşuna və qan qrupuna daha çox uyğun gələn fiziki mədəniyyə-
tin  bu  və  ya digər  növləri  və  rejimlərini  seçmək  də  vacibdir.  Bizə  elə  gəlir 
ki, qidalanma mədəniyyətinə həsr edilmiş əsərlər arasında amerikalı həkim-
naturopat  Piter  D`Adamonun  bəşəriyyətin  təkamül  inkişafı  prinsipləri  üzə-
rində qurulmuş rasional qida nəzəriyyəsi diqqəti cəlb edir.  
Həmçinin  yadda  saxlamaq  lazımdır  ki,  alkoqol,  tütün,  sintetik  mənşəli 
məhsullar insan sağlamlığına zərər vurur. Buna heyvan mənşəli yağların, şə-
kər, sirkə, kofe və bəzi digər məhsulların çox istifadəsini də əlavə etmək la-
zımdır.  Tez-tez,  xüsusən  səhər  tezdən,  yuxudan  oyandıqdan  sonra  və  yat-
mazdan əvvəl təmiz su içmək tövsiyə edilir. Hərəkət və oksigen çatışmazlığı 
orqanizmə neqativ təsir edir. Hesab edilir ki, orqanizmin normal fəaliyyəti-
ni, maddələr mübadiləsini və immuniteti, yaxşı iş qabiliyyətini və həyat gü-
cünü saxlamaq məqsədilə hər gün qırx dəqiqədən az olmayaraq fiziki mədə-
niyyətlə  məşğul  olmaq  lazımdır.  Şüurlu  qidalanma  və  fiziki  mədəniyyətlə 
yanaşı  orqanizmə  müntəzəm  istirahət,  hər  şeydən  əvvəl  sakit,  rahat  yuxu, 
yorğunluğu çıxaran yaxşı musiqi, gəzinti lazımdır.  
Səmərəli  həyat  fəaliyyətinə  mane  olan  və  insanın  sağlamlığına  zərər  vuran 
amillərdən biri qorxudur.
 
Ernest Hemenquey deyirdi: “Qorxaqlıq və vahimə qə-
dər heç nə insanın canını daha çox almır.” Bodo Şefer hesab edir ki: pozitiv tə-
fəkkür, diqqətin həyati problemlərin həllində və  məqsədlərdə cəmləşdirilməsi, 
minnətdarlıq hissi, öz nailiyyətlərinin əhəmiyyətinin dərk edilməsi, xeyirxah in-
sanlarla ünsiyyət, vaxtaşırı yaxşı musiqinin dinlənilməsi və s. qorxunun aradan 
qaldırılmasına kömək edir. Öz məqsədi və özünün həyatına, sağlamlığına, əm-
lakına,  imkanlarına,  sizi  sevən  və  hörmət  edən  dostlara  və  xeyirxah  insanlara 
görə  minnətdarlıq  hissi  üzərində  diqqəti  cəmləşdirməklə  qorxu  hissinə  qalib 
gəlmək olar və lazımdır. Rifah və sevinc haqqında tez-tez düşünmək lazımdır 
ki,  onlar  bu  tərzlə  şüurlü  məqsədin  həyata  keçirilməsində  qorxu  və  narahatlıq 
hissini  sıxışdırıb  çıxararaq  və  ruhi  tarazlığa  səbəb  olaraq,  mükafat  olacaqdır. 
Baş verməmiş fakta, ehtimal olunan, ola bilsin hətta baş verməyəcək xoşagəl-
məzliklərə görə vaxtından əvvəl dilxor olmaq - düşünülməmiş əzab çəkmək və 
öz səhhətini pozmaq deməkdir. Çünki “sarsıdıcı hadisə” ümumiyyətlə, heç baş 
verməyə də bilər, əgər baş verərsə, o, yaxşılığa doğru dəyişikliklər üçün stimul 
ola bilər. Qorxu bizim ətraf aləmə münasibətimizdən, onun qavranılması və şü-
urumuzda əks olunmasından asılıdır. 
Öz həyatının mənasını aydın təsəvvür etmək, öz həyat qabiliyyətinə inan-
maq  və  ruhi  tarazlığını  xeyirxah  insanlarla  müntəzəm  ünsiyyətlə  möhkəm-


204 
ləndirərək,  hər  gün  özündə  istənilən  bir  işin  müvəffəqiyyətli  nəticəsinə  əh-
val-ruhiyyə yaratmaq lazımdır. Bununla yanaşı həyatda gözlənilməz faciələ-
rin də olduğunu dərk edərək, özündə dəyanət formalaşdırmaq və destruktuv 
hadisələrdən  özünün  “yenidən  doğulması”  və  inkişafı  üçün  istifadə  etmək 
lazımdır. Bodo Şefer çətinlikləri material adlandırır ki, “ondan uğura doğru 
aparan pilləkən qurmaq mümkündür.” Həyatı çoxpilləli pilləkənlə müqayisə 
edərək o, problemin  aradan qaldırılmasının zəruriliyi haqqında danışır. Bu-
nun üçün özünə inanmaq və öz məqsədləri uğrunda mübarizə aparmaq, pa-
xıl adamlara fikir verməmək, partnyorları öz tərəfinə cəlb etmək, ehtiyatlar 
yaratmaq və gözlənilməzliklərə hazır olmaq, sağlamlığının qeydinə qalmaq, 
ətrafdakıların qayğısına daha çox qalmaq lazımdır. Bir çox mürəkkəb məsə-
lələrin  həllini  asanlaşdıran  şəxsi  təcrübəni  zənginləşdirərək,  çətinliklərlə 
mübarizə aparmaq bacarığını yetişdirmək, inkişaf etdirmək lazımdır.  
Hadisələrə və faktlara insanın reaksiyası, onların interpretasiyası insanda 
psixoloji gərginlik yarada bilər ki, bu da, streslərin idarə edilməsinin aktual-
lığını şərtləndirir. Stressləri idarə etməklə, biz əmələ gələn enerjini yaradıcı 
məcraya  yönəldə bilərik. Bodo Şefer deyir ki, sağlamlıq üçün stress zəruri-
dir. Orqanizmin daxili balansının pozulduğu zaman əmələ gələrək, o bütün 
funksiyaların  balansını  və  qarşılıqlı  əlaqəsini  bərpa  edərək,  bu  prosesi  tən-
zimləyir.  Əgər  stress  pozitiv  təfəkkür  hesabına  nəzarət  edilirsə,  o,  insanın 
orqanizminə  müsbət  təsir  göstərir.  Onun  tərəfindən  bu  emosional  vəziyyəti 
pozitiv amil kimi istifadə etməyə yönəldilmiş streslər üzərində nəzarət qay-
daları  formulə  edilmişdir.  Bu  qaydaların  mahiyyəti:  daxili  tarazlığı  saxla-
maq və diqqəti indiki məqamda məşqul olduğumuz işin üzərində cəmləşdir-
mək; işdə prioritet vəzifələr seçmək və işə can yandırmaq; hər şeydə və işdə 
nizam-intizamı gözləmək, rahat iş tempini  yaratmaq; tələsiklikdən və nara-
hatlıqdan çəkinmək üçün ehtiyat vaxt planlaşdırmaq; işi və məsuliyyəti hə-
valə etmək, hər şeyə yumor hissi ilə yanaşmaq; iş və istirahət vaxtını düzgün 
bölüşdürmək və həddən artıq məşğulluğa yol verməmək; insanlarla həddən 
artıq əlaqələri məhdudlaşdırmaq; sadəlik göstərmək, hədsiz şöhrətpərəstlik-
dən  imtina  etmə;  qələbələri  və  məğlubiyyətləri  sakit  tərzdə  qarşılamaq,  öz 
qələbələrinə sevinmək; öz sağlamlığının və emosional vəziyyətinin qayğısı-
na qalmaq, vaxtaşırı dincəlmək, əylənmək, yuxu və istirahət zamanı telefon-
ları  söndürmək  bacarığını  birləşdirir.  Ruhi  dincliyin,  təmkinin  və  şüur  ay-
dınlığının  qorunmasında  sakit  şərait,  ibadət,  meditasiya,  təbiət  əvəzsiz  rol 
oynayır. 
İnsanın ruhi və psixi sağlamlığının əsasını xeyirxahlıq təşkil edir. Bu an-
layışa yaxşılığı və insanlara xidmət etməyi, alicənablığı, mərhəməti, şəfqəti, 
məhəbbəti,  dostluğu  və  sədaqəti  də  əlavə  etmək  olar.  Konfutsi  ailədə  və 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə