Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə98/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   94   95   96   97   98   99   100   101   ...   109

222 
münasibətləri,  əmək,  xidmət  və  idarəetmə  mədəniyyəti,  peşə  etikası,  hüquq 
mədəniyyəti,  məsuliyyət  mədəniyyəti,  özünüidarə  və  özünü  təkmilləşdirmə 
mədəniyyəti,  azərbaycançılıq  ideologiyası,  insan  kapitalının  inkişaf  xüsusiy-
yətləri, multikulturalizmin əsasları sahəsində, həmçinin psixoloji biliklər əldə 
edir.  Bu  biliklərin  yayılması  “ASAN  xidmət”  kollektivlərinin  xüsusi  həyat 
fəlsəfəsi və korporativ mədəniyyətinin formalaşmasına, işçilərdə yüksək peşə-
karlıq  səviyyəsinin  yetişdirilməsinə  yardım  edir.  Dövlət  Agentliyi  işçilərinin 
əmək mədəniyyətinin qiymətləndirilməsində işin effektivlik meyarı kimi, on-
ların  vətəndaşların  tələbatları  və  maraqlarını  maksimal  surətdə  təmin  etmək, 
sosial və məişət problemlərinin həllində onlar üçün komfortlu şərait yaratmaq  
qabiliyyəti çıxış edir. 
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası “ASAN xidmət” işçiləri-
nin  peşə  və  etik  mədəniyyətinin  formalaşmasına  müəyyən  töhfə  vermişdir. 
2014-2015-ci illərdə tərəfimizdən, Agentliyin Bakı şəhərində yerləşən  müx-
təlif  mərkəzlərinin  kollektivləri  üçün,  həmçinin  “ASAN  xidmət”in  Gəncə, 
Sumqayıt, Sabirabad və Bərdə şəhərləri filiallarının işçiləri üçün əmək mədə-
niyyəti və xidmət mədəniyyəti üzrə onlarla xüsusi kulturoloji treninqlər keçi-
rilmişdir. Bu interaktiv treninqlərin gedişatında məruzələr və işgüzar oyunlar 
keçirilmiş,  intellektual  və  etik  mədəniyyət,  insan  kapitalı,  əmək  və  xidmət 
mədəniyyəti, menecment və kommunikasiya mədəniyyəti haqqında əsas anla-
yışlardan ibarət multimedia materiallar kollektivlərə verilmişdir.   
İşçilərin potensial imkanlarının sosial reallaşdırılması üçün əlverişli şərai-
tin  yaradılmasına  yardım etməsi, personalın şüuruna və motivasiyasına müs-
bət təsir göstərməsi də kulturoloji treninqlərin üstün və yaxşı cəhətidir. Məş-
ğələlər  əməkdaşların  səriştəliliyinin  atrmasına,  onların  özünə  inamına,  inan-
dırmaq və maraqları harmonizasiya etmək bacarığını inkişaf etdirməyə, kol-
lektivdə komanda ruhunun, sağlam mənəvi və psixoloji iqlimin formalaşdırıl-
masına  yardım edir. Bütün bunlar son nəticədə yüksək əmək məhsuldarlığını 
təmin  edən  ciddi  idarəçilik  resursu  olur.  Treninqlər  nəticəsində  kollektivdə 
formalaşan  sağlam  mənəvi  və  psixoloji  iqlim  təşkilatın  hər  bir  əməkdaşının 
ətrafdakıların məhəbbəti və hörmətini, anlayışı və dəstəyini qazanmaq imka-
nına malik olmasına yardım edir. Öz növbəsində bu güclü mənəvi motivasiya 
işə olan marağı artırmaq və təşkilatda öz potensialını reallaşdırmaq, mədəniy-
yətləri harmonizasiya etmək və ümumi işin səmərəliliyi və keyfiyyətini yük-
səltmək imkanını verir.  
Kulturoloji treninqlər innovativ və interaktiv xarakterə malikdirlər. Onlar təş-
kilat və müəssisə əməkdaşlarına hər zaman “formada olmaq”, özlərinin xüsusi və 
universal bilik səviyyələrini artırmaq, meydana çıxan problemlərin sistemli təhli-
lini  həyata  keçirmək,  konkret  situasiyalarda  vaxtında  və  düzgün  qərarlar  qəbul 


223 
etmək imkanını verən  intellektual cəhətdən zəngin oyunlar və “beyin hücumları” 
ilə  müşayiət  olunurlar.  Sistemli  yanaşmaya  əsaslanan  treninqlər,  işçilərin  in-
tellektual  mədəniyyətinin  və  qazanılmış  biliklərin  praktik  fəaliyyətdə  istifadəsi 
vərdişlərinin möhkəmlənməsi hesabına əhaliyə xidmətin effektivliyinin artması-
na yardım edir.  Onlar dövlət qulluqçularının intellekti, texnoloji silahlanması və 
praktik təcrübəsinin inkişafına, onlarda əməyə və öz sənətinə məhəbbətin forma-
laşmasına,  milli  ənənələr,  vətəndaşların  xarakterləri,  psixologiyası  və  tempera-
menti haqqında biliklərin yayılmasına, insanlarla işləmək bacarığına yardım edir. 
Onlar pozitiv energetikanın və özünüidarə mədəniyyətinin yetişdirilməsinə, yük-
sək əmək mədəniyyəti standartlarına uyğun xidmət texnologiyaları və peşəkarlıq 
bacarığının təkmilləşdirilməsinə imkan yaradır. 
 “ASAN xidmət”də tərəfimizdən keçirilən kulturoloji treninqlər prosesində 
işçilərdə onlar tərəfindən qayda və nizamın gözlənilməsini, qoyulmuş qayda-
lara riayət etməni, insanlara xidmətdə düzgünlük və ədaləti, həmçinin pozitiv 
xarakterin və kompromisə getmək bacarığının təşəkkül tapmasını nəzərdə tu-
tan  yüksək  mədəniyyətli  insanın  keyfiyyətlərinin  formalaşdırılmasına  böyük 
diqqət ayrılırdı. Bunun sayəsində treninq keçmiş dövlət qulluqçuları, adətən, 
müştərilərlə işləyən zaman daha çox diqqət, səbr, təmkin və empatiya göstə-
rirlər, insanların xarakteri, temperamenti və psixologiyasını daha yaxşı nəzərə 
alırlar, sosial-məişət problemlərinin həllində onlara yardım etməyə çalışırlar. 
Ekspertlərin iştirak etdiyi belə treninqlər nəticəsində respublika əhalisinə xid-
mətdə  dövlət  qulluqçularının  bacarığının  daim  təkmilləşdirilməsi,  onların 
beynəlxalq  əmək  mədəniyyəti  standartlarına  yönəldilmiş  peşəkarlıq  və  etika 
səviyyəsinin yüksəldilməsi təmin olunur.  
Agentliyin treninq fəaliyyəti dövlət başçısı tərəfindən qoyulmuş insan ka-
pitalının inkişafı milli strateji vəzifənin praktik reallaşdırılmasına mühüm töh-
fə verir. Əmək mədəniyyəti üzrə xüsusi treninqlərin keçirilməsi həm də işçilə-
rin  diskresion  fəaliyyətə  cəlb  edilməsinə  imkan  verir.  Bu  fəaliyyət  qanunun 
icrası  və  əhaliyə  xidmətdə  qanunla  şərtlənən  məqsədlərə  uğurla  nail  olmaq 
üçün  lazım  olan  qərarları  qəbul  etməkdə  onların  hüququ  və  məsuliyyəti  ilə 
bağlıdır.  “ASAN xidmət” üçün bu xüsusi əhəmiyyət kəsb edir, belə ki, bü cür 
fəaliyyət prosesində “ASAN xidmət”də akkreditasiya olunmuş respublikanın 
digər  nazirlikləri  və  idarələrinin  nümayəndələri  özlərinin  peşəkarlıq  və  etik 
mədəniyyət səviyyəsini yüksəldirlər.    
Personal  tərəfindən  xüsusi  ədəbiyyatdan  bacarıqla  istifadə  olunması, 
treninqlərdə onlar tərəfindən bir daha əldə edilmiş universal və xüsusi bilik-
lərin praktik istifadəsi, sistemli və situasiyalı təhlil metodlarının, müasir ida-
rəçilik mədəniyyəti texnologiyalarının mənimsənilməsi müxtəlif, bəzən hət-
ta  forsmajor  (gözlənilməz)  situasiyalarda  “ASAN  xidmət”  əməkdaşlarının 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə