Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə100/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   96   97   98   99   100   101   102   103   ...   109

227 
dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün 
hər zaman xarakterik olmuşdur.  
Multikulturalizmin məzmunlu problemlərini nəzərdən keçirərkən biz gö-
rürük  ki,  yaradıcı  həyat  fəaliyyəti  proseslərinin  əsasını  təbii  enerjinin  düz-
gün transformasiyası yolu ilə insanın pozitiv maddi və ruhi tələbatlarını tə-
min etmək və ictimai maraqlara cavab verən şəxsiyyətin potensial bacarığı-
nın sosial reallaşdırılması üçün əlverişli şəraitin yaradılması qabiliyyəti təş-
kil edir. Bu prosesin motivasiyası A. Maslou tərəfindən insanın harmoniya-
sı,  təhlükəsizliyi  prinsipləri,  mədəniyyətin  sosial  institutlarının  humanist 
yenidən qurulması və insanların şüurunun dəyişməsi vasitəsilə qabiliyyətlə-
rin  və  özünü  reallaşdırmanın  maksimal  inkişaf  imkanları  üzərində  qurulan, 
onun “ideal cəmiyyət” modelində çox gözəl formulə edilmişdir.  
Milli  özünüdərk  və  onunla  şərtlənən  vətənpərvərlik  milləti  birləşdirir, 
möhkəmləndirir və onu xalqın inkişaf tələbatları və ölkənin milli maraqları 
ilə  şərtlənən  vəzifələrin  birgə  həllinə  mobilizasiya  edir.  Ölkənin  milli  ma-
raqları  anlayışını  analitik  instrument  və  siyasi  davranışın  əsasları  qismində 
nəzərdən keçirərək, biz, hər şeydən əvvəl, dövlətin təhlükəsizlik prinsipləri-
ni, onun suverenliyi və ərazi bütövlüyünü, sosial-iqtisadi inkişaf strategiya-
sını, sosial və siyasi sabitliyini, elm, təhsil, təbii resurslardan istifadə, səhiy-
yə və incəsənət sahəsindəki siyasəti, həmçinin dövlətin xarici siyasətini nə-
zərdə tuturuq.   
Müasir sivilizasiya çərçivəsində həm mədəniyyət - insanın intellekti, eti-
kası  və  əməyinə  əsaslanan  mütərəqqi,  yaradıcı  qüvvə,  həm  də  özündə 
destruktiv,  dağıdıcı  qüvvələri  təcəssüm  etdirən,  eyni  zamanda  insanlardan 
gələn  antimədəniyyət bir-birinə təsir göstərir. Dağıdıcı proseslərin –  müna-
qişələrin,  terrorçuluğun,  başlıca  olaraq  müharibələrin  əsasını  həsəd,  tamah-
karlıq,  rəqabət,  sosial  münasibətlərin  qurulması  və  resursların  bölünməsin-
dəki ədalətsizlik, həmçinin vicdansız manipulyasiyalara tabe olan insanların 
aşağı mədəniyyət həddi təşkil etmiş və edir.  
Azərbaycanda multikulturalizm siyasəti əsasında milli maraqların ən mü-
hüm  müddəalarından  biri,  dövlətin  titul  mədəniyyəti  (dövlətin  rəsmi  adını 
müəyyən  edən  millətin  mədəniyyəti)  çərçivəsində  mədəni  identikliyin  for-
malaşdırılmasına  yönəldilmiş,  müxtəlif  etnoslar  və  dinlərin nümayəndələri-
nin  mədəniyyətləri  və  maraqlarının  harmonizasiyasıdır.  Söhbət  mədəni,  o 
cümlədən,  etik,  siyasi  və  hüquqi  eynilik,  ölkənin  milli  maraqlarına  cavab 
verən qarşılıqlı dini anlaşma, qarşılıqlı hörmət və həmrəylik haqqında gedir. 
Bu  zaman Azərbaycanın  milli  maraqlarının  reallaşdırılmasının  etik  forması 
azərbaycançılıq  ideologiyasına  uyğundur,  sağlam  milli  ideyalar  çərçivəsin-
dən kənara çıxmır və digər xalqların maraqlarını  məhdudlaşdırmır. Qlobal-


228 
laşma  çağırışları,  qeyri-müəyyənliyi  və  böhran  təzahürləri  şəraitində  Azər-
baycanda cəmiyyətimizin və dövlətimizin milli inkişafının həyati tələbatları-
na  cavab  verən  konstruktiv  (əməli)  multikulturalizm  siyasəti  reallaşdırılır. 
Ölkə  alimləri,  mütəxəsssisləri  və  siyasətçilərinin  birgə  səyi  ilə,  insanların 
şüurunun  və  mədəniyyətinin  pozitiv  dəyişdirilməsi  vasitəsilə,  qarşılıqlı  an-
laşma, əməkdaşlıq və davamlı inkişafın dəstəklənməsi və inkişafına yönəl-
dilmiş  fəaliyyət  həyata  keçirilir.  Azərbaycanda  uzunmüddətli  dövr  üçün 
hesablanmış  multikulturalizm  siyasətinin  həyata  keçirilməsi  müxtəlif  etnos 
və  dinlərin nümayəndələrinin  milli  və  dünya  mədəniyyəti  dəyərlərinə  gələ-
cək  əlyetərliliyinin  genişləndirilməsinə,  yaradıcılıq  üçün  onların  imkanları-
nın artırılmasına, qarşılıqlı anlaşma, mədəni mübadilə və mədəni vərdişlərin 
inkişafı üçün şəraitin yaradılmasına istiqamətlənmişdir.   
Humanizm,  qarşılıqlı  hörmət  və  bərabərhüquqlu  əməkdaşlıq,  mədəniy-
yətlərin konvergensiyası (yaxınlaşma), diffuziyası (qarşlıqlı nüfuz etmə) və 
inteqrasiyası  (birləşməsi)  prinsiplərinə  əsaslanan  multikulturalizm  siyasəti 
yalnız milli dövlətlərin deyil, həm də beynəlxalq ictimaiyyətin davamlı inki-
şafı üçün böyük imkanlar açır. Mədəni identikliyin yaxud ruhi mədəniyyət-
lərin harmonizasiyanın müəyyən dərəcəsinə nail olma iqtisadi və siyasi ma-
raqların razılaşdırılması şanslarını ciddi surətdə artırır.  Mədəniyyət münaqi-
şələrinin aradan qaldırılması maraqlar münaqişəsinin aradan qaldırılması ya-
xud səviyyəsinin azaldılması üçün yeni inkanlar açır, çünki söhbət “ruhi ya-
xınlıq”,  identik  mədəni  dəyərlər  və  mənəvi  prioritetlər  haqqında  gedəndə, 
mədəni  insana  psixoloji  olaraq  müəyyən  iqtisadi  qurbanlara  getmək  xüsi-
suyyəti xasdır. Bunlar hamısı bəşəriyyətin  yüksək ruhi mədəniyyətinin nai-
liyyətləri  və  prioritet  inkişafının  müdafiəsinin  aktuallığını  şərtləndirir.  Mil-
liyyəti, dini görüşlərindən, doğulduğu yerdən, cinsindən, siyasi simpatiyaları 
yaxud  kommersiya  maraqlarından  asılı  olmayaraq,  xalqların,  etnosların  və 
millətlərin  ümumi  maraqlarına  cavab  verən  humanist  sivilizasiyanın  qurul-
ması üçün,  beynəlxalq  mədəniyyət  siyasəti  çərçivəsində  müxtəlif  mədəniy-
yətli insanların səylərini cəmləmək lazımdır  
Təəssüf ki, Qərbin bəzi dövlətləri miqrasiya axınları şəraitində multikul-
turalizmin idarə edilməsinin olduqca mürəkkəb siyasi vəzifə olması ilə əla-
qədar, ondan imtina etmişlər. Ola bilsin ki, bəzi xalqların nümayəndələri bu 
və  ya digər dövlətlərin milli  mədəniyyətinə çətinliklə inteqrasiya olunurlar. 
Lakin  multikulturalizmdən  imtina  etmək  yaxşı  heç  nə  vəd  etmir,  çünki  bu, 
anlaşılmazlığa, fobiyaya, müqayisə edilməyə və qarşıdurmaya, milli və dini 
münaqişələrə  aparan  yoldur,  təəssüf  ki,  bunlar  bütün  dünyada  artır.  Multi-
kulturalizm  siyasətinin  səmərəliliyini  artırmaq  məqsədilə,  mədəniyyətlərin 
və  maraqların  qarşılıqlı  anlaşması,  konvergensiyası  və  harmonizasiyasının 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə