Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə102/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   98   99   100   101   102   103   104   105   ...   109

231 
mədəniyyət standartlarının sintezi əsasında insanların akkulturasiyası və in-
kulturasiyası  proqramlarının  işlənib  hazırlanması  və  həyata  keçirilməsində-
dir.  Şübhəsiz,  belə  strategiya  yaşama  və  inkişaf  tələbatları,  həyatın  özünün 
dəyərləri ilə şərtlənən mədəniyyətlərin gələcək harmonizasiyası üzrə müəy-
yən  səylər  tələb  edir.  Azərbaycan  üçün  bu  taleyüklü  problem  üzrə  düzgün 
diskresion  qərarların  qəbul  edilməsi,  zəruri  davamlı  və  münaqişəsiz  yaşam 
texnologiyalarının işlənib hazırlanması üçün kulturoloqlar, psixoloqlar, filo-
loqlar, tarixçilər, etnoloqlar, sosioloqlar, pedaqoqlar, hüquqşünaslar, iqtisad-
çılar,  politoloqlar  və  digər  mütəxəssislərin  iştirakı  ilə  uyğun  kulturoloji 
ekspertizaları həyata keçirmək zəruridir. Alimlər və mütəxəssislər tərəfindən 
lazımi qiymətləndirmələr verilməli və insanların həyat fəaliyyətinin, onların 
dünyagörüşü və dəyərlər sisteminə təsir edən amillərin uyğun ölçüləri həya-
ta  keçirilməlidir.  Multikulturalizm  xüsusi  təhsili,  interaktiv  treninqləri  və 
mədəni  insanlar  tərbiyə  etməyi,  ekspert-analitik  materialların  hazırlanması-
nı, ictimai münasibətlər mədəniyyəti sahəsində düşünülmüş siyasi qərarların 
qəbul  edilməsi  üçün innovativ  ictimai inkişaf  modelləri və  texnologiyaları-
nın, proqnozlar və tövsiyələrin işlənib hazırlanmasını təxmin edən kulturo-
loji proqramlar və layihələri nəzərdə tutur. Ekspertlərin tədqiqatçılıq və ma-
arifçilik  fəaliyyəti  xalqın  ümummədəni  səviyyəsinin  yüksəldilməsinə,  yük-
sək əmək mədəniyyəti və insan münasibətlərinin formalaşdırılmasına, müx-
təlif  etnosların,  dinlərin  və  əhalinin  müxtəlif  sosial  qrup  nümayəndələrinin 
bu  prosesə  fəal  cəlb  edilməsi  əsasında,  intellektual,  etik,  hüquq,  idarəçilik, 
istehsal, məişət, millətlərarası, siyasi və sosial mədəniyyətin yüksək standar-
tlarının işlənib hazırlanmasına xidmət etməlidir.  
Düşünürəm  ki,  qoyulmuş  suallara  optimal  cavab  axtarışı  üçün  “insanın 
davranışı  onun  mədəniyyətinin  dəyişməsi  ilə  dəyişir”  ifadəsinin  dərk  edil-
məsi  rol  oynaya  bilər  ki,  bu  davranışa  təhsil,  maddi  rifah,  həyat  şəraitinin 
dəyişməsi,  sosial  mühit,  siyasət  və  mədəni  mübadilə  məlum  təsir  göstərir. 
İnsanın  intellektual  mədəniyyət  səviyyəsi  aşağı  olduqca,  qarşılıqlı  anlaşma 
imkanı daha azdır, təcavüzkarlıq və qarşıdurma və münaqişələr doğura bilə-
cək vicdansız manipulyasiya təhlükəsi daha yüksəkdir. Bu səbəbdən iqtisadi 
xarakterli məsələlərin tənzimlənməsi ilə yanaşı, intellektual mədəniyyətin, o 
cümlədən, əsasını həm milli maraqların, həm də hamı üçün ümumi olan hə-
yatın öz dəyərlərinin təşkil etdiyi mədəni dəyərlər və normaların formalaşdı-
rılması və inkişafı üçün qayğı göstərmək lazımdır. Təhsil, maarifçilik və tər-
biyə vasitəsilə uşaqların və böyüklərin mədəniyyət genetikasına təsir göstər-
məklə, aprior xarakterli mədəni dəyərlərin üstünlük təşkil etdiyi mədəni mü-
hitin sosial bazasını genişləndirmək lazımdır.     
Multikulturalizm  milli  siyasətinə  yardım  instrumentlərindən  biri,  əvvəl-


232 
cədən  “Simurq”  Azərbaycan  Mədəniyyət  Assosiasiyası  tərəfindən  irəli  sü-
rülmüş ölkə əhalisinin akkulturasiyası və inkulturasiyası üzrə proqramın tət-
biq  edilməsi  ola  bilərdi.  Söhbət  “Homo  sapiens”  tipli  insandan  yüksək  in-
tellektual  və  etik  mədəniyyətin,  empatiyanın  (başqasının  dərdinə  şərik  ol-
maq  bacarığı)  və  altruizmin  (öz  mənafeyini  unudub  başqalarının  qeydinə 
qalma, başqalarına təmənnasız yardım etməyə hazır olma)  xarakterik oldu-
ğu “Homo culturalis” tipli insana keçid proqramının işlənib hazırlanması və 
tətbiq  edilməsindən  gedir.  Belə  insan  alicənablığı,  xeyirxahlığı,  tolerantlığı 
və vətənpərvərliyi ilə fərqlənməli, “özümün-özgənin” dağıdıcı psixologiyası 
ilə  şərtlənən  neqativ  təfəkkür  stereotiplərindən,  insanların  manipulyasına 
əsaslanan  davranışdan,  başqalarına  qarşı  təcavüzkarlıqdan  və  düşmənçilik-
dən, qeyri-humanist qərarlar və hərəkətlərdən azad olmalıdır.  
Qeyri-sabit  qlobal  proseslər  şəraitində  Azərbaycanda  belə  insanların  daimi 
“istehsalı”, artırılması və yayılması mədəni identikliyin (eyniliyin) formalaşma-
sı, çoxəsrli tolerantlıq ənənələrinin qorunması və inkişafı, Azərbaycan cəmiyyə-
tinin  davamlı  və  münaqişəsiz  inkişafı  üçün  əlverişli  şəraitə  imkan  verəcəkdir. 
Çalışmaq lazımdır ki, Azərbaycanın hər bir vətəndaşı multikulturalizm siyasəti-
ni əldə rəhbər tutaraq, belə sosial-mədəni siyasətin nəcib məqsədləri, proqram-
ları  və  layihələrinin  həyata  keçirilməsinə  dərk  edilmiş  və  məsuliyyətli  şəkildə 
əlindən gələn töhfəni versin, öz bilikləri və nüfuzu, xoş məramı, intellektual və 
istehsal nailiyyətləri, bacarığı və hünəri ilə onların həyata keçirilməsinə yardım 
etsin. Bu proqramın həyata keçirilməsi çərçivəsində resursların, texnologiyala-
rın, risklərin və yeni inkişaf imkanlarının, insan münasibətləri mədəniyyətinin, 
insan kapitalının qiymətləndirilməsi və istifadəsinin təhlilini nəzərdə tutan milli 
və dünya mədəniyyətinin inkişaf problemlərinin sistemli təhlili zəruridir.      
Düzgün əməllərin əsasında düzgün təfəkkür dayanır, o isə düzgün anlayı-
şı, doğru informasiyanı, əks  tərəfin mədəniyyəti və psixologiyası haqqında 
bilikləri, əsasını universal biliklərin təşkil etdiyi, yaxşı təhsilə əsaslanan ki-
fayət qədər erudisiyanı (hər hansı bir sahədə dərin bilik, geniş məlumatı) tə-
ləb edir. Bunu nəzərə alaraq, uşaq bağçasından tutmuş dövlət təşkilatları və 
müəssisələrinədək, əhalini, insan kapitalının əsasını təşkil edən biliklər, ba-
carıqlar, mütəşəkkillik, mənəviyyat və yaradıcı fəaliyyətin kifayət qədər sə-
viyyəsinə  malik  mədəni  insanların  keyfiyyət  və  kəmiyyət  artımına  yardım 
edən sistemli kulturoloji təhsil və maariflə əhatə etmək vacibdir. Dünya mə-
dəniyyəti və sivilizasiyasının traixi, nəzəriyyəsi və praktikasının xüsusi təh-
sil  və  maarifçilik  proqramları  üzrə  geniş  və  hər  yerdə  öyrənilməsi  –  Azər-
baycan Respublikasının milli maraqlarına cavab verən düzgün strategiya ki-
mi nəzərdən keçirilmədir.   
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə