Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə99/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   95   96   97   98   99   100   101   102   ...   109

224 
özlərində  düzgün  qərar  qəbul  etmək  qabiliyyətini  yetişdirmək  imkanını 
verir.  Bunlar  hamısı,  o  cümlədən  şəffaflıq,  rahatlıq  və  xidmət  keyfiyyəti 
“ASAN  xidmət”in  fəaliyyətindən  vətəndaşlarımızın  razılığının  günü-gündən 
artmasına səbəb olur ki, bu da öz növbəsində, ölkəmizdə milli mədəniyyətin, 
insan kapitalının və sosial-siyasi sabitliyin  artmasına  Agentliyin əhəmiyyətli 
töhfəsidir. 
Bizə elə gəlir ki, “ASAN xidmət”in iş təcrübəsini öyrənmək və fəaliyyəti 
Azərbaycan Respublikasının davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inki-
şaf maraqlarına cavab verən milli insan kapitalının inkişafına yönəldilmiş bir 
sıra analoji dövlət strukturlarının əmək mədəniyyəti və fəaliyyət effektivliyi-
nin səviyyəsinin təkmilləşdirilməsi üçün istifadə etmək məqsədəuyğun olardı. 
“ASAN xidmət” işçilərinin yüksək əmək və xidmət mədəniyyəti ölkənin bir 
çox  nazirlikləri  və  idarələrində  yayılmaq  üçün  özünəməxsus  “master  klass” 
ola bilərdi ki, bu, Azərbaycanda “Biliklər cəmiyyəti” və “Biliklər iqtisadiyya-
tı”nın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.  
Azərbaycanda  yüksək  əmək  mədəniyyəti  və  dövlət  idarəçili  mədəniyyəti-
nin son dövrdə təsdiqlənən ən parlaq göstəricisi 12-28 iyun 2015-ci ildə Azər-
baycanın  paytaxtında,  Bakı  şəhərində,  Avropa  Olimpiya  Komitəsinin  prezi-
denti Patrik Hikkinin “Avropanın idman tarixində ən böyük hadisələrdən biri” 
adlandırdığı birinci Avropa Oyunlarının nəticələri oldu.  
Heydər  Əliyev  Fondunun  prezidenti,  Azərbaycan  MOK  (Milli  Olimpiya 
Komitəsi) İcraiyyə  Komitəsinin üzvü, YUNESKO və İSESKO-nun xoş mə-
ramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında keçirilən bu unukal 
tarixi  milli  layihə  əmək  mədəniyyətinin  yeni  beynəlxalq  paradiqması  oldu. 
Onun həyata keçirilməsində innovativ iş metodlarından istifadə, yüksək peşə-
karlıq və etika, məsuliyyət mədəniyyəti və menecerlər və icraçılar komandası-
nın nəticələrinə istiqamətlənmə - yüksək rəhbərlik səviyyəsində  təşkilatçılıq, 
strateji planlaşdırma, koordinasiya və vaxtın idarə edilməsinin yüksək səviy-
yəsi ilə təmin olunmuşdur.   
Yaranmış  yaradıcılıq,  təntənə,  xeyirxahlıq,  vətənpərvərlik,  əməkdaşlıq  və 
qonaqpərvərlik  atmosferi  sayəsində,  Bakı  Avropa  Oyunları  Azərbaycan  və 
dünya  mədəniyyəti  tarixində  əlamətdar  hadisə  və  Azərbaycan  Respublikası-
nın səmərəli dövlət siyasəti və yüksək beynəlxalq nüfuzunun inandırıcı dəlil-
lərindən biri oldu. 
 
 
 
 
 


225 
KULTUROLOGİYA VƏ MULTİKULTURALİZM: 
SƏMƏRƏLİ SİYASƏT ÜÇÜN ELMİ 
METODOLOGİYANIN ƏHƏMİYYƏTİ 
 
Müasir dünya çətin zamanlar yaşayır. İnsanın ağlı, dünya mədəniyyəti və 
elminin  görkəmli  nailiyyətləri  ilə  yanaşı,  burada  əhalinin  artması  və  təbii 
ehtiyatların azalması, təbii fəlakətlər, xəstəliklər, mədəniyyətlərin və maraq-
ların münaqişəsi ilə əlaqədar mürəkkəb qlobal problemlər müşahidə olunur. 
Müxtəlif ölkələrdə böhran hadisələr baş verir, dəyərlər, siyasi və sosial-iqti-
sadi həyat şəraiti, insanların həyat fəaliyyəti qanunları və qayadaları dəyişir. 
Resurslar  və  siyasi  təsir  uğrunda  mübarizə  güclənir.  Dünya  sivilizasiyasın-
dakı  böhran  prosesləri,  siyasətdə,  iqtisadiyyatda,  beynəlxalq  münasibətlər-
dəki  sürətli  dəyişikliklər  və  qeyri-müəyyənliklər  daha  səmərəli  yolların  və 
sosial texnologiyaların axtarışını, siyasətin təkmilləşdirilməsini və cəmiyyə-
tin  və  dövlətin  davamlı  inkişafına  neqativ  təsir  göstərən  təhlükələrin  və 
destruktiv  hadisələrin  aradan  qaldırılmasına  yardım  edən  qərarların  işlənib 
hazırlanmasını  tələb  edir.  Bu,  Azərbaycan  Respublikası  üçün  də  ədalətlidir. 
Qloballaşma və dünya sivilizasiyasının daimi çağırışları ölkəmizin uzunmüd-
dətli perspektiv üçün sabit, rəqabətə dözümlü və təhlükəsiz inkişafına yardım 
edən permanent elmi təhlilini və dəyişikliklərin situasiyalı idarəçiliyinin həyat 
qabiliyyətli innovativ texnologiyalarını işləyib hazırlamağı tələb edir.   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən formulə 
edilmiş və azərbaycançılıq ideologiyası çərçivəsində həyata keçirilən, Azər-
baycanın müasir dövlət siyasətinin aparıcı istiqamətlərindən biri multikultu-
ralizmdir.  Bu  siyasətin  əsası  hələ  multikulturalizmi  azərbaycançılıq  ideolo-
giyasının təsdiqinin ən mühüm instrumenti və ölkənin təhlükəsiz inkişafı ki-
mi nəzərdən keçirən Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş-
dur.  Belə  müdrik  yanaşma  hələ  öz  tarixinin  qədim  dövründə  ən  yaxşı  to-
lerantlıq modeli olan ölkəmizin həm tarixi inkişaf reallıqları, həm də müasir 
dünya sivilizasiyasının məkan və zamanında Azərbaycanın davamlı inkişaf 
tələbatları ilə elmi əsaslanmışdır.  
Multikulturalizm – humanist dünyagörüşü və ona uyğun, eyni bir ölkədə 
yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüququnu tanıyan 
siyasətdir. O ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif mil-
lətlərin  və  məzhəblərin  insanlarının  mədəni  müxtəlifliklərinin  qorunması, 
inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətin milli titul mədəniy-
yətinə  inteqrasiyasına  yönəldilmişdir.  Humanist  və  demokratik  konsepsiya 
olaraq, multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz insanlar arasında 
humanizm,  yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, qarşılıqlı 


226 
anlaşma, qarşılıqlı əlaqə, dostluq və əməkdaşlıq  mümkün deyil. Multikultu-
ralizm  cəmiyyətin  sosial  mədəniyyəti  və  siyasi  sabitliyinin  katalizatorudur. 
O, fəal kulturogenezisə, ənənələrin və innovasiyaların sintezinə imkan verir, 
cəmiyyətin və dövlətin mütərəqqi inkişafına aparan etnik və milli mədəniy-
yətlərin  rəqabət  ruhunu  və  qarşılıqlı  zənginləşməsini  yaradır.  Multikultura-
lizm bəzilərinin digərlərində tamamilə əriyib qarışması – assimilyasiya (baş-
qa xalqın dilini, adətlərini, mədəniyyətini və s. qəbul etmək nəticəsində bir 
xalqın öz milli mədəniyyətini itirərək, başqa xalqa qarışması) deyil, lakin ti-
tul millətin,  yəni milliyyəti ölkənin rəsmi adını müəyyən edən ölkə əhalisi-
nin  əsas  hissəsinin  ümummilli  mədəniyyətinə  inteqrasiyası  prinsipləri  əsa-
sında müxtəlif etnoslar və mədəniyyətlərin bərabərhüquqlu birləşməsi və in-
kişafıdır. Dünyagörüşü münasibətində o, hamı üçün vahid qaydalara və bə-
rabər imkanlara, fərdi və kollektiv mədəniyyətlərin konvergensiyasına, etnik 
dəyərlərin qorunması  və  şüurlu  surətdə  diffuziyasına  (qarışmasına),  həmçi-
nin  ümumi  maraqlara  və  qarşılıqlı  faydalı  əməkdaşlığa  əsaslanan  vətəndaş 
mədəniyyətinin formalaşması və inkişafı üçün əlverişli zəmin yaradır.  
Dünya sivilizasiyasının dəyişiklikləri və çağırışları şəraitində multikultu-
ralizm  unitar  və  federal  dövlətlərin  getdikcə  daha  çox  zəruri  sosial-mədəni 
siyasət  instrumentinə  çevrilir.  Belə  ki,  milli,  sosial,  dini  və  digər  fərqlərin 
bir-birinə zidd getmədiyi, lakin bir-birini zənginləşdirdiyi cəmiyyət çərçivə-
sində milli eyniliyin və millətlərarası münasibətlərin formalaşması proseslə-
rini  uğurla  tənzimləməyə  imkan  verir.  Dünya  siyasətində  multikulturalizm 
prinsipinin düzgün istifadəsinin nəticəsi qlobal etno-milli və dini münaqişə-
lərin qarşısını alması ola bilər. Yəni multikulturalizm irqi və mədəni müxtə-
lifliyi ilə seçilən dünya mədəniyyət məkanında dezinteqrasiya (dağılma, ta-
mın tərkib hissələrə parçalanması) proseslərinin qarşısını alan özünəməxsus 
katalizator rolunu oynaya bilər və oynamalıdır.    
Müasir multimədəni cəmiyyətlər kulturoloji xarakterli strategiyaya əsas-
lanan,  düşünülmüş  multikulturalizm  siyasəti  olmadan  davamlı  inkişaf  edə 
bilməz.  Belə  strategiyalar  eyni  dövlət  daxilində  birgə  yaşayan  müxtəlif    
xalqların  nümayəndələrinin  davamlı  inkişafı  və  rihafı  məqsədilə  qarşılıqlı 
anlaşma, hörmət, sosial həmrəylik və əməkdaşlıq üçün əlverişli şəraitin  ya-
radılmasını nəzərdə tutur. Belə strategiyaların uğur dəlillərindən biri, Azər-
baycanın milli titul mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya edən, müxtə-
lif  xalqların  mədəniyyətinin  harmonik  inkişaf  etdiyi  Azərbaycan  Respubli-
kasının  tərəqqisidir.  Mədəniyyətlərin  və  dinlərin  harmonizasiyası  ənənəvi 
siyasəti sayəsində, müxtəlif etnos nümayəndələrinin  mədəniyyətləri və din-
lərinin  inteqrasiyası  üçün  Azərbaycan  həmişə  əlverişli  məkan  olmuşdur  və 
olaraq  qalır.  Müsəlman,  xristian  və  yəhudi  əhalisi  arasında  tolerantlıq  və 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə