Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə95/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   91   92   93   94   95   96   97   98   ...   109

215 
tibb  və  ekoloji  mədəniyyətindən  asılıdır.  O  həmçinin  məsuliyyət  mədəniy-
yəti ilə, əmək mədəniyyəti, hər şeydən əvvəl onun keyfiyyət və məhsuldar-
lıq kimi indikatorları ilə, sağlamlıqla, yaxşı işləmək arzusu ilə, xüsusi hazır-
lıq keçmiş yüksək ixtisaslı kadrların sosial və maddi-texniki həyat fəaliyyəti 
şəraiti ilə əlaqədardır. Bu zaman tamamilə aydındır ki, milli insan kapitalı, 
ilk  növbədə,  milli  inkişaf  vektoru,  imkanları  və  tempini  bir  çox  cəhətdən 
müəyyən  edən  intellektual  elitanın  potensialı  və  fəaliyyətinin  səmərəliliyi 
ilə şərtlənir ki, bu da dövlətin intellektual mədəniyyətə qoyduğu investisiya-
lara xüsusi əhəmiyyət verir.   
İnsan kapitalının inkişaf problemləri – sistemli kulturoloji təhlili və ölkə-
də mövcud olan yaradıcı potensialın və dəyişən tələbatların qiymətləndiril-
məsini,  milli  inkişaf  maraqlarında  praktik  fəaliyyətin  əsasını  təşkil  edən 
effektiv kulturoloji texnologiyaların seçimini nəzərdə tutan dövlət idarəçiliyi 
mədəniyyətinin də problemləridir. Sistemli kulturoloji yanaşmaya əsaslanan 
ən mühüm idarıçilik vəzifələri bunlardır: strateji inkişaf prioritetləri və vəzi-
fələrinin müəyyən edilməsi; keyfiyyətli professional hazırlıq; alimlər, mütə-
xəssislərdən və onların əməyinin nəticələrindən səmərəli surətdə və vaxtında 
istifadə  edilməsi;  onların  məhsuldar  həyat  fəaliyyəti  üçün  müasir  maddi-
texniki və sosial şəraitin yaradılması.   
Kulturologiyanın metodologiyası və metodları insan kapitalının bütöv in-
kişaf  panoramasını  və  onların  səmərəli  idarəçıilk  imkanlarını  əks  etdirən 
müxtəlif indikatorların məcmusunu nəzərdən keçirməyə imkan verir. Bura-
ya:  insan  kapitalının  strategiyaları,  məqsədləri  və  səviyyələrini,  əsas  təsir 
mənbələri və amillərini, potensial və tələbatların istifadə, qiymətləndirmə və 
düzgün  interpretasiyasını,  inkişaf  prioritetləri  və  texnologiyarını  aid  etmək 
lazımdır.    
Strategiya insan kapitalının inkişaf məqsədləri və priorotetlərinin düzgün 
formalaşdırılmasını, resurslar, texnologiyalar, insanlar, zaman, maliyyə, mə-
dəni və siyasi dəyərlər kimi amillərin hesaba alınmasını, həmçinin nailiyyət-
lər və nöqsanların, bu proseslə əlaqədar olan imkanlar və risklərin hesabını 
nəzərdə  tutur.  Təhsilin  səviyyəsi,  əhalinin  gəlirləri,  uzunömürlülük,  milli 
təhlükəsizlik,  yoxsulluq  səviyyəsi,  tibbi  xidmət  səviyyəsi,  ətraf  mühit və  s. 
kimi  dəyişən  kəmiyyətlərin  qiymətləndirilməsini  kulturoloqların  görüş  dai-
rəsinə  daxil  etmək  lazımdır.  Bu  zaman,  həmçinin  dəyişən  kəmiyyət  hesab 
olunan inkişaf məqsədləri və prioritetləri daimi aktuallıq, səmərəlilik və mil-
li maraqlara uyğunluq monitorinqinə məruz qalmalıdır. Lakin bütün dəyişik-
liklərdə  nəzərə  almaq  lazımdır  ki,  insan  kapitalının  effektiv  fəaliyyətini  tə-
min  edən  dəyişməz  strateji  prioriteti  ölkənin  intellektual  potensialının  qa-
baqlayıcı inkişafıdır.    


216 
İnsan kapitalının inkişaf strategiyalarının işlənib hazırlanması və təkmil-
ləşdirilməsi  üçün  sistemli  kulturoloji  təhlil  əvəzsiz  əhəmiyyətə  malikdir.  O 
hər birinin öz  mahiyyəti, funksiyaları,  materiyası, enerjisi, hərəkət vektoru, 
əlaqə mexanizmləri, tarixi və inkişaf qanunauyğunluqları olan, qaşılıqlı əla-
qəli və qarşılıqlı asılı komponentlərə malik, bütöv sistem olan insan kapitalı-
nın  öyrənilməsinə  yönəldilmiş  tədqiqat  metodlarının  məcmusundan  ibarət-
dir.  Bu  təhlilin  mühüm  vəzifəsi  kulturoloji  təhlil  vahidlərinin  –  dinamik 
sistem  olan  insan  kapitalının  müxtəlif  parametrlərinin  ölçülməsi  üçün  indi-
katorların müəyyən edilməsidir. Bu vəzifənin həyata keçirilməsi son nəticə-
nin səmərəliliyi baxımından qəbul edilən qərarlara təsir göstərən bütün amil-
ləri hesablamaq imkanını verir. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi 
və Piter Çeklandın “yumşaq təfəkkür” nəzəriyyəsindən istifadə etməklə, sis-
temli kulturoloji yanaşma, insan kapitalının inkişaf dinamikasına təsir göstə-
rən  siyasi,  iqtisadi,  zaman  və  digər  dəyişən  amilləri  təhlil  etməyə  imkan 
verir.  
İnkişaf məqsədləri: şəxsiyyət və liderlərin professional “istehsalı” və tək-
milləşdirilməsini;  ailə  mədəniyyətinin  inkişafını;  şəxsiyyət  və  cəmiyyətin 
həyat rifahı və keyfiyyətini; insanın, cəmiyyətin və dövlətin davamlı inkişa-
fını ehtiva edir. İnkişaf səviyyələri bunlardır: ailə, şəxsiyyət, kollektiv və cə-
miyyət. Əsas mənbələr, istifadə sahələri və təsir amilləri – təhsil, maarif və 
tərbiyə; elm və texnologiyalar; ədəbiyyat və incəsənət; siyasət və idarəetmə; 
hüquq və qanunvericilik; milli təhlükəsizlik və müdafiə; sosial mühit, ənə-
nələr  və  mədəni  irs;  iqtisadiyyat  və  maliyyə;  informasiya  və  mətbuat;  din; 
sahibkarlıq fəaliyyəti; diplomatik fəaliyyət və beynəlxalq münasibətlər; tibb 
və ekologiya; fiziki mədəniyyət və idman; turizm və xidmətlər sahəsi; qeyri-
hökumət  təşkilatları  və  s.  kimi  ruhi  və  maddi  mədəniyyət  sahələrini  əhatə 
edir.  Mühüm  təsir  amili  motivasiyadır.  İnsan  kapitalı  potensialının  qiymət-
ləndirilməsi – insanın bilikləri, bacarıqları, mütəşəkkilliyi, mənəviyyatı, ya-
radıcı fəaliyyət səviyyəsinin ölçülməsi ilə həyata keçirilir. Ən mühüm texno-
loji  inkişaf  instrumentləri  -  düzgün  təşkil  etmə,  təlim,  inkişaf  parametrləri-
nin qiymətləndirilməsi və ölçülmə qabiliyyəti, hüquqi tənzimləmə, informa-
siya  təminatı,  innovativ  fəaliyyət,  təkmilləşmə,  bərabər  imkanlar  və  meri-
tokratik motivasiyadır. 
Azərbaycan  üçün  milli  insan  kapitalının  permanent  inkişafının  praktik 
əhəmiyyəti, - özündə müxtəlif sosial və humanitar elmlərin yanaşmaları və 
metodlarını  birləşdirən,  yuxarıda  adı  çəkilən  sistemli  kulturoloji  yanaşma 
əsasında bu sosial-mədəni fenomenin tədqiqini olduqca aktual edir. Bununla 
əlaqədar  dövlət  idarəçiliyi  praktikasında  insan  kapitalının  strateji  inkişaf 
problemlərinin sistemli kulturoloji təhlili üçün müəllif tərəfindən işlənib ha-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə