Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə94/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   90   91   92   93   94   95   96   97   ...   109

213 
formalaşdırılmasının  strateji  əhəmiyyətinin  dərk  edilməsi  yeni  və  ən  yeni 
dövrdə  Qərb  sivilizasiyasının  qabaqlayıcı  və  dinamik  inkişafına  yardım 
etmişdir.  İntellektual  mədəniyyətə  -  elm  və  təhsilə  qoyulan  qabaqlayıcı  in-
vestisiyalar elmi-texniki tərəqqini, yüksək əmək məhsuldarlığı və keyfiyyə-
tini,  qərb  ölkələrinin  sosial-iqtisadi  inkişafındakı  uğurları  təmin  etmişdir. 
Bu, inkişaf etməkdə olan ölkələrin elmtutumlu iqtisadiyyatının yüksək inki-
şaf templəri, istehsal və idarəçilik fəaliyyətinin keyfiyyəti, əmək mədəniyyə-
ti ilə şərtlənən, dünyanın qabaqcıl dövətlərinın inkişaf səviyyəsinə çıxışının 
yeganə yoludur.    
Cəmiyyətin və dövlətin sosial-mədəni, o cümlədən həm də iqtisadi inki-
şaf sürəti və keyfiyyətinin yüksəldilməsində insanın intellektual mədəniyyə-
tinin  və  intellektual  fəaliyyəıt  nəticələrinin  rolunun  dərk  edilməsi  -    ABŞ, 
Avropa  ölkələri  və  Yaponiyada  elm  və  təhsilin  qabaqlayıcı  inkişafı  dövlət 
siyasətinin əsası olmuşdur. Orta əsrlərin son dövründə yüksək intellektuallı 
insan kapitalının sürətli artımı hesabına qərb sivilizasiyası daha qədim sivili-
zasiyalarla  qlobal  tarixi  yarışı  uddu.  “XVIII  əsrin  sonunda  Qərbi  Avropa 
adambaşına düşən ÜDM üzrə bir yarım dəfə və əhalinin savadlılıq göstərici-
si  üzrə  iki  dəfə  Çin  və  Hindistanı  ötüb  keçdi.  İqtisadi  azadlığa,  sonra  isə 
demokratiyaya  artırılmış  son  şərait  avropalıların,  həmçinin  ABŞ  və  digər 
anqlosakson  ölkələrin  iqtisadi  uğurlarının  başlıca  amili  oldu”.  Şərqin  digər 
ölkələrindən  fərqli  olaraq,  artıq  XIX  əsrin  sonuna  yaxın,  təhsil  və  uzun-
ömürlülük  daxil  olmaqla,  Yaponiya  insan  kapitalının  yüksək  səviyyəsinə 
malik idi. Buna görə də insan kapitalının başlanğıc (ilkin) səviyyəsi üzrə o, 
XX  əsrdə  texnoloji  sıçrayış  etməyə  və  dünyanın  qabaqcıl  ölkələri  sırasına 
çıxmağa hazır oldu.           
Qərb ölkələrində insan kapitalının formalaşdırılması və inkişafındakı nai-
liyyətlər mədəni-iqtisadi inkişaf qanunlarının dərk edilməsi və ictimai tərəq-
qini idarəetmə texnologiyalarının təkmilləşdirilməsi ilə şərtlənmişdir. Bugün 
inkişaf etmiş insan kapitalı olan ölkələr inkişafda şəksiz üstünlüklərə malik-
dirlər. Sivilizasiyanın tərəqqisinin aparıcı amili  olan insan kapitalının strat-
eji dəyərinin alimlər, siyasətçilər və idarəçilər tərəfindən məhz düzgün anla-
mı, - iqtisadiyyatda  rəqabətə davamlı yüksək milli texnologiyaların, davam-
lı və təhlükəsiz sosial-siyasi inkişaf kulturoloji strategiyalarının yaradılması 
üçün,  xalqların  və  dövlətlərin  etibarlı  gələcəyinin  qurulması  üçün  yeni  im-
kanlar açdı.   
Dünya praktikasının müqayisəli təhlili göstərir ki, insan kapitalına qoyu-
lan  investisiyada,  onun  inkişafı  və  istifadəsində  nisbətən  yüksək  entropiya 
əksər  ölkələrin  uğurlu  inkişafına  mane  olur.  Belə  entropiyanın  səbəbləri 
yaxşı məlumdur. Bu, dünyanın müxtəlif ölkələri üçün az və ya çox dərəcədə 


214 
xarakterik olan, sosial bazasının cəmiyyətdə əhalinin az mədəni və destruk-
tiv  hissəsinin  olduğu  “antimədəniyyət”,  hüquq  pozuntuları,  monopolizm, 
rüşvətxorluq və digər neqativ təzahürlərdir. Bununla bərabər, insan kapitalı-
nın entropiyası həm də professional elitanın həyat fəaliyyəti üçün lazımi əl-
verişli şəraitin olmaması, onun nailiyyətləri və imkanlarının səmərəsiz isti-
fadəsi,  alimlərin  və  mütəxəssislərin  əməyinin  qiymətləndirilməsi  və  meri-
tokratik  motivasiyasında  idarəçilik  səhvləri,  dövlət  siyasətində  ciddi  elmi 
bazaya  malik  olmayan  qeyri-düzgün  hesablamarla  şərtlənir.  Bunu  nəzərə 
alaraq,  insan  kapitalının  səmərəliliyinin  artırılması  bu  prosesin  daimi  elmi 
təminatını tələb edir. O, alimlər, müəllimlər, mühəndislər, həkimlər və ziya-
lıların digər kateqoriyalarının elmi tədqiqat nəticələrinin qiymətləndirilməsi 
və həyat fəaliyyəti üçün onların bilikləri, bacarıqları və kreativ imkanlarının 
praktik olaraq daha yaxşı reallaşdırılmasına, onların daim dəyişən cəmiyyə-
tin həyati maraqları və tələblərinin təmin edilməsinə  yönəldilmiş əməyinin 
keyfiyyəti və səmərəliliyini yüksəltməyə imkan verən komfortlu (rahat) şə-
raitin yaradılması məsələlərinə diqqətdən də çox asılıdır.   
İnsan  kapitalının  mahiyyəti  ondan  ibarətdir  ki,  o,  şəxsiyyət,  ailə  və  cə-
miyyətin  eyni  vaxtda  həm  amili,  həm  məqsədidir.  Maliyyə,  təbii  və  fiziki 
kapital ilə cəmdə insan kapitalı hər bir ölkənin milli sərvətinin əsasını təşkil 
edir.  Bu  zaman  onun  strukturu,  keyfiyyəti  və inkişaf  dinamikası  tarixən bu 
və  ya  digər  xalqların  və  dövlətlərin  ruhi  mədəniyyəti  və  sivilizasiyasının 
milli inkişaf xüsusiyyətləri ilə şərtlənmişdir.   
İnsan kapitalının xüsusiyyətləri onun inkişafına qoyulan daimi investisi-
yaların zəruriliyindən və  digər kapital növləri ilə  müqayisədə,  ona qoyulan 
vəsaitlərin geriyə qaytarılmasının nisbətən uzunmüddətli dövrü ilə şərtlənir. 
İnsan kapitalını qısa tarixi zaman kəsiyində dəyişmək mümkün deyil. 
Ümumilikdə mədəniyyətin inkişafı kimi, insan kapitalının inkişafı təbii-
coğrafi şərait, mədəniyyətin genetik kodu, sosial mühit, tarixi şərait və mə-
dəni mübadilə kimi obyektiv-tarixi amillərdən asılıdır. Onların arasında so-
sial mühit müəyyənedici əhəımiyyətə malikdir. Bütün bərabər şəraitlərdə in-
san kapitalının təməli  məhz odur. Dünya təcrübəsinin göstərdiyi kimi, xal-
qın aşağı səviyyəli intellektual mədəniyyəti və geridə qalmış mentaliteti ol-
duğu halda, yüksək texnologiyalı iqtisadiyyata qoyulan investisiyalar gözlə-
nilən nəticələri vermir.   
İnsan  kapitalı  əsasən  xalqın  mentalitetindən,  insanların  həyat  rifahı, 
keyfiyyəti  və  təhlükəsizliyindən,  təhsil  və  tərbiyə  sisteminin  effektivliyin-
dən,  elmi  və  yüksək  texnologiyaların  nailiyyətlərindən,  bazar  iqtisadiyyatı 
və azad rəqabətin hüquqi təminatından, innovativ fəaliyyətdən, ümumilikdə 
dövlətin  intellektual,  etik,  siyasi,  informasiya,  hüquq,  idarəçilik,  iqtisadi, 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə