Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə96/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   92   93   94   95   96   97   98   99   ...   109

217 
zırlanmış “kulturologiya piramidası” universal metodunun malik ola biləcə-
yi innovativ əhəmiyyətə diqqət yetirmək istərdim. Bu metod milli insan ka-
pitalının  mahiyyəti,  xüsusiyyətləri,  tarixi  və  nailiyyətlərinin  müqayisəli  öy-
rənilməsi, onun inkişafının ümumi qanunauyğunluqları və aktual tələbatları-
nın  dərk  edilməsi,  dünya  sivilizasiyasının  dialektik  dəyişikliklərinə  uyğun 
idarəçilik texnologiyaları və modellərinin işlənib hazırlanması üçün keyfiy-
yətcə yeni imkanlar açır. Mənə elə gəlir ki, milli insan kapitalının təhlili və 
inkişafı, onun həyat qabiliyyəti, keyfiyyəti və səmərəliliyinin yüksəldilməsi 
üçün bu metodun praktik istifadəsi Azərbaycanın rəqabət qabiliyyəti səviy-
yəsinin  yüksəlməsinə,  qloballaşma  şəraitində  onun  zamanın  çağırışlarına 
vaxtında  və  layiqli  cavab  vermək  qabiliyyətinin  güclənməsinə  yardım  edə-
cəkdir.    
İnsan kapitalı strateji vəzifəsinin reallaşdırılması siyasi və iqtisadi sabit-
sizlik, dünya sivilizasiyasının daimi dəyişiklikləri və çağırışları ilə müşayiət 
olunan qloballaşma şəraitində Azərbaycanın davamlı inkişafı üçün yeni im-
kanlar  açdı. Eyni zamanda o, vətəndaşların məsuliyyət  mədəniyyətinə,  mə-
murların idarəçilik mədəniyyətinə, mütəxəssislərin hazırlanması və istifadə-
si  problemlərinə,  gənclərin intellektual  və  etik  mədəniyyətinin  inkişafı  mə-
sələlərinə yüksək tələbkarlığı şərtləndirdi.    
Ölkənin yeni sosial-mədəni siyasət tendensiyaları istiqamətində, respublika-
da insan kapitalının inkişafına yardım məqsədilə, 2010-cu ilin əvvəlindən “Si-
murq” AMA Azərbaycan Dövlət televiziyası ilə birlikə, birinci kanalda ilk də-
fə  olaraq,  “İdrak”  stasionar  kulturoloji  elmi-maarifçilik  verilişini  aparmağa 
başlamışdır.  Onun  vəzifəsi  respublikanın  geniş  əhali  təbəqələri  və  xaricdə 
Azərbaycan diasporu arasında universal kulturoloji bilikləri yaymaq olmuşdur. 
“İdrak”  verilişində  aktual  problemlər,  innovativ  kulturoloji  texnologiyalar  və 
Azərbaycanda  insan  kapitalının  inkişafı  imkanları  müasir  kulturoloya  elmi, 
milli və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətləri prizmasından təh-
lil edilirdi.  
 “İdrak”  kulturoloji  verilişi  ölkədə  və  xaricdə  yüksək  reytinq  qazanmış-
dır. 2010-2014-cü illər ərzində Azərbaycan Dövlət televiziyası ilə birgə “Si-
murq” AMA tərəfindən 200-ə yaxın “İdrak” televiziya kulturoloji elmi-maa-
rifçilik verilişi aparılmışdır. Onların arasında: “Kulturologiya və Azərbayca-
nın dövlət simvolları”, “Kulturologiya və insan kapitalı”, “Kulturologiya və 
idarəetmə  mədəniyyəti”,  “Azərbaycanda  liderlik  mədəniyyəti”,  “Kulturolo-
giya və tərbiyə”, “Azərbaycanda informasiya mədəniyyəti”, “Kulturologiya 
və biliklər cəmiyyəti”, ”İnsan və mədəniyyət”, “İnsan və cəmiyyət”, “Kultu-
rologiya  və  etik  mədəniyyət”,  “Azərbaycan  və  Fransa:  beynəlxalq  münasi-
bətlər mədəniyyəti”, “Mərakeş mədəniyyəti”, “Kuba mədəniyyəti”, “Kultu-


218 
rologiya və Azərbaycanda hüquq mədəniyyəti” və digərlərinin adlarını çək-
mək olar. Elə bu dövrdə milli insan kapitalının inkişafına yardım məqsədilə, 
“Ovqat”, “Səhər sovqatı”, “Qadın dünyası”, “Mühazirə”, Yeni gün” veriliş-
lərində, həmçinin milli televiziya və radionun müxtəlif kanallarında, jurnal-
lar, qəzetlər və internet səhifələrində kulturologiya problemləri üzrə çoxsay-
lı elmi-maarifçilik çıxışları edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


219 
KULTUROLOGİYA VƏ ƏMƏK MƏDƏNİYYƏTİ 
 
Milli kulturologiyanın aktual vəzifələrindən biri, ictimai əmək məhsuldar-
lığı və xalqın rifahının yüksəlməsi, dövlətin rəqabət qabiliyyəti və davamlı in-
kişafı  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  elmtutumlu  əmək  mədəniyyətinin 
inkişafına elmi yardımdır.  
Əmək mədəniyyəti – insan həyatının tələbatlarının təmin edilməsi,  qorun-
ması və yaxşılaşdırılması üçün lazım olan dəyərlərin istehsalı məqsədilə, təbi-
ətin və cəmiyyətin dəyişdirilməsinə yönəldilmiş biliklər, bacarıqlar, mütəşək-
killik, etika və yaradıcı fəaliyyətdir. Əmək – mədəniyyətin fundamental tarixi 
institutlarından  biri,  insanın  həyatı,  əqli  və  mənəvi  inkişafının  zəruri  şərtidir 
ki, onsuz insanın mövcudluğunu təsəvvür etmək olmaz. Bu zaman fiziki əmə-
yin dəyəri onda olan, “ruhi istehsalın”, yəni təhsil, elm, incəsənət və yalnız in-
san potensialının formalaşması üçün deyil, həm də iqtisadi istehsalın inkişafı 
üçün mühüm əhəmiyyət kəsb edən digər qeyri-iqtisadi kateqoriyalar sahəsin-
də fəaliyyətin əsasını təşkil edən əqli əmək payından asılı olaraq artır.    
Elmtutumlu əməyin əhəmiyyəti bütöv uğurlu milli mədəniyyət sistemində 
intellektual mədəniyyətin aparıcı həlqə olması ilə şərtlənir. İnsanın, cəmiyyə-
tin  və  dövlətin  bərpaedici  strateji  inkişaf  resursudur,  ona  əsaslanan  elm  isə 
təhlükəsiz və firavan həyat üçün lazım olan müdrikliyə aparır. Humanist mə-
nəviyyatla  şərtlənən  yüksək  intellekt  insanın  başlıca  inkişaf  mənbəyi,  dünya 
sivilizasiyasının aparıcı qüvvəsidir. Kəşflər və ixtiraların düzgün dərk edilmə-
si, qiymətləndirilməsi və vaxtında istifadəsi zamanı intellektual mədəniyyətin 
nailiyyətləri  planetin milyonlarla insanının həyatı üçün əlverişli imkanları tə-
min edir. Ruhi mədəniyyətdəki yüksək intellektə əsaslanan üstünlük yaşama-
nın və inkişafın, hökmranlığın və qələbənin, məhsuldar istehsal və şüurlu is-
tehlakın, mütərəqqi ideologiya və düşünülmüş siyasətin mütləq şərti olub, şər-
tidir  və  olacaqdır.  Elmi  və  texnoloji  nailiyyətlərdən,  təhsilin  keyfiyyətindən 
son  nəticədə  dövlətin  beynəlxalq  reytinqinin  də  müəyyən  edildiyi  həyat 
keyfiyyəti asılıdır.   
Azərbaycan  Respublikasında  dövlət  quruculuğu  və  idarəçiliyinin  davamlı 
milli inkişaf maraqlarına cavab verən innovativ formalarının daimi kreativ ax-
tarışları aparılır. Respublikanın idarəçilik sisteminin modernləşdirilməsi, ənə-
nəvi  modellərdən  fərqli  və  vətəndaşların  tələbatlarına  yönəldilmiş,  dövlət 
strukturlarının  fəaliyyətində  şəffaflığı  və  əhaliyə  xidmət  göstərən  orqanlar 
arasında rəqabəti təmin edən müasir idarəçilik modellərinin yaradılması zəru-
riliyini aşkar etdi. Bu modernləşmə prosesində dövlət idarəçiliyi mədəniyyəti-
nin  effektiv  texnologiyalarıının  tətbiq  edilməsi,  yeni  tipli  kadrların  hazırlan-
ması  və  istifadəsi  hesabına  peşəkar  dövlət  qulluqçularının  formalaşdırılması 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə