Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə88/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   84   85   86   87   88   89   90   91   ...   109

198 
Xoşbəxtlik – insanın və onun yaxınlarının mənəvi və fiziki sağlamlığıdır, 
şəxsiyyətin  şüurlu  istəkləri  və  ideallarının  həyata  keçməsidir.  Xoşbəxtlik 
yalnız uğur deyil. Ona nail olma alicənablıq, xeyirxahlıq və insanlara xidmət 
ilə,  öz arzuları və  idealları uğrunda  mübarizə  aparmaq,  şüurlu  kompromisə 
getmək  bacarığı  ilə  şərtlənir.  İnsanın  və  onun  yaxınlarının  sağlamlığı  şərti 
ilə  mükəmməl  insan  xoşbəxtliyini  daxili  gözəllik,  pozitiv  xarakter,  vicdan 
və  düzgünlük,  məhəbbət,  dostluq  və  sədaqət kimi  keyfiyyətlər  olmadan tə-
səvvür etmək çətindir.  
Xoşbəxtliyin ən mühüm meyarları möhkəm və firavan ailə, sevimli peşə 
və iş, doğmaların və dostların etimadıdır. Həyatdan fərəhlənmək, hər şeydən 
zövq almaq, inandırmaq bacarığı, başlanğıcını ailədən götürən insanın düz-
gün həyat fəlsəfəsindən daha çox asılıdır. Ailədə düzgün tərbiyə və təhsilin 
nəticəsi  olan  anadangəlmə  mədəni  keyfiyyətlər  də  böyük  rol  oynayır  ki, 
bunlar zamanla genetik səviyyəyə keçir, və insanın müəyyən qabiliyyətləri, 
mədəni dəyərləri və üstünlüklərində ifadə olunur.  
Xoşbəxtlik üçün həyatda şüurlu və aydın məqsəd, maddi rifah, öz poten-
sialını  reallaşdırmaq  imkanı  və  cəmiyyətdə  layiqli  yer  tutmaq  da  lazımdır. 
Buna görə də xoşbəxtlik, şübhəsiz, əlverişli mədəni mühitin və sosial ədalə-
tin  olması  ilə  bağlıdır.  O  nəinki  insanın  anadangəlmə  mədəni  keyfiyyətləri 
və qabiliyyətlərini, həm də bilikləri və  müdrikliyini, inadlı əməyini, kamil-
ləşmə cəhdini, inamı və dözümünü, iradəsi və məsuliyyətini, azadlığı və cə-
surluğunu,  vətəndaş  özünüdərkini,  həmçinin  ətrafdakılar  tərəfindən  məhəb-
bət, hörmət, anlaşılma və dəstək tələb edir. Beləliklə, xoşbəxtliyə gedən yol 
insanın bilikləri, bacarıqları, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliy-
yətini nəzərdə tutan yüksək ruhi mədəniyyətdən keçir.  
 
Məhəbbət enerji mənbəyi kimi 
 
Nəyə  isə  nail  olmağı  çox  güclü  istəmə,  müəyyən  işə  məhəbbət,  düzgün 
seçilmiş yol və gərgin zəhmət şərti ilə, müvəffəqiyyət qazanmağın lokomoti-
vinə çevrilir. Lakin öz inkişafında uğur qazanmaq mütləq ətrafdakıların ma-
raqları və gözləmələri, altruizm kimi həyati vacib prinsipin gözlənilməsi ilə 
əlaqədardır. İnsanlara məhəbbət ən mühüm energetik amil, qarşılıqlı anlaş-
ma və ən müxtəlif problemlərin uğurlu həlli şərtlərindən biridir. 
Con  Templton  hesab  edir  ki,  məhəbbət  –  həyatın  kvintessensiyası  (cöv-
həri, əsas mahiyyəti), onun ən böyük bəxşişidir, fikirlər, sözlər və hərəkətlər 
formasında ətrafdakılara məhəbbət bəxş etmək isə hüsn-rəğbətin, xeyirxahlı-
ğın, dəstək olmanın, qayğı və mərhəmətin təbii təzahürüdür. O, məhəbbəti – 
bizə  xeyirxahlığı  çəkib  gətirən  və  “kainatın  öz  təsir  qüvvəsinin  harmonik 


199 
axınına” çevrilən cazibə qüvvəsi kimi nəzərdən keçirir. Məhəbbətin “Eros” 
(romantik məhəbbət), “Stroq” (ailə üzvlərinə məhəbbət), “Aqape” (altruistik 
məhəbbət)  kimi  qədim  yunan  təriflərini  təhlil  edərək.  Templton  insanlara 
qarşı humanist məhəbbət kimi, bəşəriyyətin bütün dinlərində sülh, qarşılıqlı 
anlaşma və inkişaf əldə etmək üçün ən qiymətli hesab edilən, Allahdan gə-
lən şərtsiz məhəbbət olan “Aqape”ni ayırır. İnsanlara belə məhəbbət nə qə-
dər çox bəxş edilirsə, o daha da artır.  
Bununla bərabər insanlara qarşı məhəbbətin ən yüksək təzahürü və ən ali 
dini  dəyər  insanın  maariflənməsidir  ki,  əldə  etdiyi  elmi  biliklər  vasitəsilə 
ona mədəniyyətin həyati gücünü verir. Digər ruhi dəyər insanı ilahi müdrik-
liyə yaxınlaşdıran elmi fəaliyyətdir. Lakin elmin dəyər şərti qazanılan bilik-
lərin insanlar arasında yayılmasıdır. Erazm Rotterdamski deyir: “İşıq bəxş et 
və qaranlıq öz-özünə yox olacaq”.  
 
 
Vaxtın idarə edilməsi 
 
Özünü  idarə  etmənin    bütövlükdə  insanın  həyat  fəaliyyətinin  ən  mü-
hüm resursu vaxtdır. Özünüidarə mədəniyyəti strateji düşünmək qabiliyyəti-
ni, vaxtı əhəmiyyətsiz şeylərə sərf etməməyi və böyük məqsədlər formalaş-
dırmağı, öz həyat fəaliyyəti prioritetlərini müəyyənləşdirməyi bacarmağı tə-
ləb edir. Öz fəaliyyətinin elmi təşkili yolu ilə daha yüksək nəticələrə, müasir 
elmin nailiyyətlərindən istifadə hesabına daha yüksək əmək məhsuldarlığına 
nail  olmaq  üçün  vaxtdan  səmərəli  istifadə  etmək  lazımdır.  Hesiod  deyirdi: 
“Öz  vaxtına  sahib  olmağı  bacaran  kəs  həqiqətən  böyük  adamdır.”  Vaxtın 
dəyərini  qeyd  edən  Çarlz  Darvin  deyirdi  ki,  “vaxtın  bir  saatını  hədər  yerə 
keçirməyə  cəsarət  edən  adam  –  həyatın  dəyərini  hələ  dərk  etməmişdir”. 
Vaxt, hər biri geriyə dönmədən həyatımızdan gedən anlardan ibarətdir. Bu-
na görə də vaxt resursunu idarə etmək bacarığı həyati zərurətdir.  
Həqiqi məhəbbəti olduğu kimi, vaxtı da heç bir pulla almaq mümkün de-
yil.  Sadəcə  onu  öz  maraqlarında  düzgün  idarə  etməyi  öyrənmək  lazımdır. 
Vaxtı mədəniyyətin entropiyası prizmasından nəzərdən keçirərək hiss etmək 
çətin deyil ki, vaxtın dəyəri onun məhdudluğunda və dönməzliyindədir. Hə-
yatda hər bir insana müəyyən zaman müddəti ayrılmışdır. Bu müddət ərzin-
də  öz  arzunu  həyata  keçirmək,  özünü  təsdiq  etməyə  müvəffəq  olmaq,  şəx-
siyyət olmaq, özünə, ailəsinə və digər insanlara fayda və sevinc gətirən mə-
nalı,  maraqlı,  yaradıcı həyat qurmaq, harmonik bəşəri həyat prosesinə əlin-
dən gələn töhfəni vermək lazımdır. 
 


200 
Situasiyanın tələblərindən asılı olaraq, bizə hər gün fəaliyyətimizin prio-
ritetlərini yenidən nəzərdən keçirmək lazımdır. Con Templton jurnal məqa-
lələrindən birinə istinad edərək, obrazlı olaraq, yaşanan hər bir günü, faydalı 
və yaradıcı işlərə sərf etmək lazım olan 86400 saniyəli “bank” bileti şəklin-
də təsəvvür edir. İstifadə olunmayan saniyələr ertəsi günün hesabına keçmə-
yərək, həmişəlik yox olurlar, geriyə isə - yol yoxdur. Buna görə də sağlam-
lıq, müvəffəqiyyət, xoşbəxtlik və öz həyat fəaliyyətində konkret nəticələr əl-
də etmək üçün onları səmərəli istifadə etmək lazımdır. İtirilmiş vaxtın həmi-
şəlik yox olduğunu nəzərə alaraq, vaxtın hər dəqiqəsini səmərəli idarə etmək 
məqsədi  ilə  Templton  uzunmüddətli  və  qısamüddətli  məqsədlər  strategiya-
sından istifadə etməyi məsləhət görür. O bir neçə il əvvəl üçün strateji məq-
sədlərin müəyyən edilməsi və monitorinqini, prioritetlərin yenidən nəzərdən 
keçirilməsi  yolu  ilə  bu  məqsədlərin  permanent  korrektəsini,  həmçinin  gün-
dəlik, həftəlik, aylıq və illik planlaşdırmanı nəzərdə tutur. Bununla bərabər 
zəruri məsələlərin vaxtında həll edilməsi şərtlərindən biri gündəlik fəaliyyət 
planının ertəsi günün axşamı tərtib edilməsidir.  
 
Minnətdarlıq hissi 
 
Özünüidarə - situasiyadan faydalanaraq ona nəzarət etməkdir, məyusluğu 
optimist şəkildə füsunkarlığa çevirməkdir, həyati bəxşişləri minnətdarlıqla qə-
bul edərək, xırda hisslərdən uzaq olmaqdır. Özünü idarə etmənin baza vəzifələ-
rindən biri, özündə sevinc və xoşbəxtlik, qeryi-məhdud inkişaf imkanları mən-
bəyi kimi, həyatı sevmək və onu qiymətləndirmək bacarığını formalaşdırmaqdır. 
Gündəlik həyat ətalətinə üstün gələrək, biz həyatın gözəlliyini görməli və ona 
görə  minnətdarlıq  hissi  keçirməliyik.  Praktik  olaraq  bütün  psixoloqlar  qeyd 
edirlər kihətta ən kədərli hadisələri belə pozitiv şərh etməyə can atmaq, həya-
tın insana bəxş etdiyi hər şeyə sevinməyi bacarmaq, hər bir situasiyadan faydalı 
olanı  mənimsəmək,  insanları  və  yaşanan  ömrün  hər  bir  anını  əsl  bəxşiş  kimi 
qiymətləndirmək  lazımdır.  Həyatın  bizə  bəxş  etdiyi  hər  bir  bəxşişə  görə  min-
nətdarlıq  -  rifaha  və  ruhi  rahatlığa  səbəb  olan  ən  mühüm  psixoloji  amillərdən 
biridir. Yaradana, bizi əhatə edən insanlara və bütün çətinlikləri və problemləri 
ilə birlikdə həyatın özünə minnətdarlıq hissi insana öz gücündə əminlik verir və 
qoyulmuş məqsədlərə nail olmağa yardım edir. O qarşılıqlı pozitiv enerji yara-
dır ki, bu da insanın imkanlarını, gücünü və biliyini artırır, xeyirxahlığı və fira-
van yaşamanı insana doğru cəlb edir.  
“Yarımçıq stəkanı boş deyil, dolu görmək” bacarığı çox gözəl həyat nik-
binliyidir, bizi əhatə edən hər şeydə yaxşını görmə qabiliyyətidir. Bəxş edil-
miş həyat nemətlərinə görə minnətdarlıq hissi bizə həyat harmoniyası, inam 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə