Zəif cəhətlərinizdən bəhs edərkən də açıq və səmimi olun.
Unutmayın ki, bütün zəif cəhətlərin aradan qaldırılmasına
ehtiyac yoxdur. Bəlkə də, bazarda elə bir mövqe tuta
biləcəksiniz ki. zəif cəhətlərinizin heç bir əhəmiyyəti olmayacaq.
Bunun üçün güclü və zəif cəhətlərinizi rəqiblərinizlə
müqayisədə qiymətləndirməlisiniz. Hansısa keyfiyyətiniz
xüsusilə güclü ola bilər, lakin rəqibləriniz də bu məsələdə
sizin qədər, yaxud sizdən də güclüdürsə, o zaman bu
keyfiyyətiniz sizə
Rəqabət Üstünlüyü
qazandırmır.
Əsas Bacarıqlar
Əsas Bacarıqlarınız
biznes uğurunuzun təməlində duran
ixtisaslaşmanızdır. Onun əhəmiyyəti çox vaxt ilk baxışda
göründüyündən daha dərindir.
Misal üçün, "Canon" şirkəti əsasən kameralarda yox, daha
çox optikada ixtisaslaşdığını özü üçün müəyyənləşdirəndən
sonra anlayıb ki, fotosurət bazarına da daxil ola bilər. Eynilə,
Sony şirkətinin ixtisaslaşdığı əsas bacarıq elektronika yox,
miniatürizasiyadır; "Honda"nınkı maşınlar yox, mühərriklərdir
– bu, "Honda"nın avtomobil bazarının hüdudlarını aşaraq
qayıq mühərriki və otbiçən maşın istehsalçısı olmasına
gətirib çıxarıb. Riçard Bransonun "Virgin" brendi əslində
müştəri xidmətləri ilə əlaqədardır, buna görə də, o, yalnız
musiqiyə deyil, avia şirkətlərə, qatarlara, maliyyə xidmətlərinə
və mobil telefonlara da tətbiq edilə bilər.
Bəzi teatr şirkətləri hesab edirlər ki, əsas bacarıq dramın öz
mahiyyətini deyil, dramdan istifadə etməklə "ismarışların
çatdırılması"ndadır. Bəzi hallarda veb-dizaynerlərin əsas
bacarıqları brendinq və marketinq konsultasiyasındadır.
"Pep-
pered Sprout"
un əsas bacarığı nəşriyyat yox, "ideyaların
müştərilərə çatdırılması"dır.
Əlinizi ürəyinizin üstünə qoyub səmimi şəkildə deyin, sizin
əsas bacarığınız nədir?
19
Əsas Bacarıqlar
Rəqabət Üstünlüyü
səhifə 45-ə baxın
Gerçəkləşən İdeyalar
—
səhifə 24-ə baxın
Kirpi
Rəqabətə davamlı ən güclü cəhətlərinizin qiymətləndirilməsi
üçün bu suala cavab verin: "Biznesiniz hansı işi dünya
səviyyəsində görə bilər?" Nəzərə alın ki, sual sizin dünya
səviyyəsində nəyi etmək istədiyiniz deyil, nəyi bacaracağınız
haqqındadır. Bunu bilmək və əsas güclü cəhətlərinizdən
inamla istifadə etmək uğurlu
Kirpi Strategiyasının
10
bir
hissəsidir.
Hiyləgərliyi ilə tanınan tülkü kirpini öldürmək üçün bir çox
strategiyadan istifadə edir.
11
Kirpinin isə özünü müdafiə
etmək üçün yalnız bir strategiyası var. Tülkü nə vaxt, hansı
istiqamətdən hücum edir-etsin, kirpi tikanlı top halını alıb
özünü müdafiə edir. Bu hər dəfə təkrar olur. Kirpi yalnız bir
şeyi fövqəladə dərəcədə yaxşı edir və əlverişli strategiyasına
sadiqliyi sayəsində sağ qalır. Müəssisənizin
Kirpi Strategiyasını
müəyyən etməyiniz yalnız hansı işi dünya səviyyəsində
edə biləcəyiniz (yaxud bilməyəcəyiniz) haqqında tam və
obyektiv anlayışa malik olduğunuz halda mümkündür.
95:5 Qaydası
İmkanları və təhlükələri müəyyənləşdirərkən ən böyük ustalıq
böyük miqdarda lazımsız şeylərin arasından vacib olan
azlığı seçib tapmaqdadır, çünki burada da hər yerdə olduğu
kimi Pareto Prinsipi özünü göstərir. İqtisadçı Vilfredo
Paretonun müşahidələrinə görə, hazırda İtaliyada var-
dövlətin 80%-i ölkə əhalisinin 20%-nə məxsusdur. Prinsip
"80:20 Qaydası" kimi də tanınır. Hesab edirəm ki, buna
daha çox
95:5 qaydası deməliyik.
95:5 Qaydası azlıqda olan bir neçə vacib şeyin hadisələrə
daha çox təsir etməsini ifadə edir.
Misal üçün, satışın 95%-
ni məhsulların 5%-i təmin edə bilər. Yaxud mənfəətin 95%-i
müştərilərin 5%-dən alına bilər. Və ya rəqabətə davamlı
üstünlüklərinizin 95%-ni güclü tərəflərinizin cəmi 5%-dən
əldə edə bilərsiniz (Üstəlik, baş ağrısının 95%-ni
həmkarlarınızın sadəcə 5%-i verə bilər!). Və sairə və ilaxır...
Zəif cəhətlər saysız-hesabsız ola bilər, onları PRIMEFACT
yoxlama siyahısının istənilən xanasında tapmaq olar. Amma
20
Kirpi Strategiyası
95:5 Qaydası