Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş


PRIMEFACT Yoxlama siyahısı



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   ...   32

PRIMEFACT Yoxlama siyahısı
Adamlar (P) 
Nümayəndələrinizin güclü və zəif cəhətləri hansılardır?
Əməkdaşlar, direktorlar, üzvlər, tərəfdaşlar, məsləhətçilər və
digər maraqlı tərəflər.
Nüfuz (və ya Brend) (R)
Hədəf müştərilərimiz qarşısında nüfuzumuzu təmin edən
amillər hansılardır? Brend və ya brendlərimizin güclü, yaxud
zəif cəhətləri hansılardır?
Əqli Mülkiyyət (I)
Biz hansı əqli mülkiyyətə sahibik? O necə qorunur? Onu
gəlir mənbəyinə çevirməyin ən asan yolu nədir?
Bazarın Tədqiqi / Bazar haqqında Məlumat (M)
Bazar seqmentləri və təmayülləri haqqında hansı
məlumatımız var? Konkret müştərilər və onların xüsusi
ehtiyacları haqqında nə bilirik?
İdeallar (və ya Dəyərlər, yaxud Mədəniyyət) (E)
İdeallarımız, dəyərlərimiz və təşkilati mədəniyyətimiz
dedikdə nə nəzərdə tutulur? Bütün maraqlı tərəflər bu
ideallara tərəfdardırmı?
Maliyyə (yəni Pul) (F)
Cari mənfəət, nağd pul dövriyyəsi və aktivlər hansı
vəziyyətdədir? Hansı məbləğdə sərmayə yatırmağa və ya
borc götürməyə imkanımız var?
Çeviklik (və ya Cəldlik, yaxud Dəyişkənlik) (A)
Yeni imkanlardan yararlanmaq üçün kifayət qədər
çevikikmi? Adamlarımız dəyişməyə və dəyişikliklərə
hazırdırlarmı? Dəyişiklik üçün maneələr mövcuddurmu?
Həmkarlar (İttifaqlar, Tərəfdaşlıqlar və Şəbəkələr) Digər
müəssisə və təşkilatlar (o cümlədən, hökumət) ilə
qurduğumuz qarşılıqlı əlaqələrin güclü və zəif cəhətləri
hansılardır?
İstedadlar (Səriştə və Bacarıqlar) (T)
Əsas qabiliyyətlərimiz hansılardır? Hansı bacarıqlarımız
var və bu məsələ ilə bağlı nə kimi boşluqlar mövcuddur?
Yeni bacarıqlara necə yiyələnirik?
18
Əqli Mülkiyyət
səhifə 54-ə baxın
Bazarın Tədqiqi
səhifə 38-ə baxın
Maliyyə
səhifə 64-ə baxın
Dəyərlər
səhifə 11-ə baxın


Zəif cəhətlərinizdən bəhs edərkən də açıq və səmimi olun.
Unutmayın ki, bütün zəif cəhətlərin aradan qaldırılmasına
ehtiyac  yoxdur.  Bəlkə  də,  bazarda  elə  bir  mövqe  tuta
biləcəksiniz ki. zəif cəhətlərinizin heç bir əhəmiyyəti olmayacaq.
Bunun  üçün  güclü  və  zəif  cəhətlərinizi  rəqiblərinizlə
müqayisədə  qiymətləndirməlisiniz.  Hansısa  keyfiyyətiniz
xüsusilə güclü ola bilər, lakin rəqibləriniz də bu məsələdə
sizin  qədər,  yaxud  sizdən  də  güclüdürsə,  o  zaman  bu
keyfiyyətiniz sizə 
Rəqabət Üstünlüyü 
qazandırmır.
Əsas Bacarıqlar
Əsas Bacarıqlarınız
biznes uğurunuzun təməlində duran
ixtisaslaşmanızdır.  Onun  əhəmiyyəti  çox  vaxt  ilk  baxışda
göründüyündən daha dərindir.
Misal üçün, "Canon" şirkəti əsasən kameralarda yox, daha
çox optikada ixtisaslaşdığını özü üçün müəyyənləşdirəndən
sonra anlayıb ki, fotosurət bazarına da daxil ola bilər. Eynilə,
Sony şirkətinin ixtisaslaşdığı əsas bacarıq elektronika yox,
miniatürizasiyadır; "Honda"nınkı maşınlar yox, mühərriklərdir
– bu, "Honda"nın avtomobil bazarının hüdudlarını aşaraq
qayıq  mühərriki  və  otbiçən  maşın  istehsalçısı  olmasına
gətirib  çıxarıb.  Riçard  Bransonun  "Virgin"  brendi  əslində
müştəri xidmətləri ilə əlaqədardır, buna görə də, o, yalnız
musiqiyə deyil, avia şirkətlərə, qatarlara, maliyyə xidmətlərinə
və mobil telefonlara da tətbiq edilə bilər.
Bəzi teatr şirkətləri hesab edirlər ki, əsas bacarıq dramın öz
mahiyyətini  deyil,  dramdan  istifadə  etməklə  "ismarışların
çatdırılması"ndadır.  Bəzi  hallarda  veb-dizaynerlərin  əsas
bacarıqları brendinq və marketinq konsultasiyasındadır. 
"Pep-
pered  Sprout"
un  əsas  bacarığı  nəşriyyat  yox,  "ideyaların
müştərilərə çatdırılması"dır.
Əlinizi ürəyinizin üstünə qoyub səmimi şəkildə deyin, sizin
əsas bacarığınız nədir?
19
Əsas Bacarıqlar
Rəqabət Üstünlüyü
səhifə 45-ə baxın
Gerçəkləşən İdeyalar 
— 
səhifə 24-ə baxın


Kirpi
Rəqabətə davamlı ən güclü cəhətlərinizin qiymətləndirilməsi
üçün  bu  suala  cavab  verin:  "Biznesiniz  hansı  işi  dünya
səviyyəsində  görə  bilər?"  Nəzərə  alın  ki,  sual  sizin  dünya
səviyyəsində nəyi etmək istədiyiniz deyil, nəyi bacaracağınız
haqqındadır.  Bunu  bilmək  və  əsas  güclü  cəhətlərinizdən
inamla  istifadə  etmək  uğurlu 
Kirpi  Strategiyasının
10
bir
hissəsidir. 
Hiyləgərliyi ilə tanınan tülkü kirpini öldürmək üçün bir çox
strategiyadan  istifadə  edir.
11
Kirpinin  isə  özünü  müdafiə
etmək üçün yalnız bir strategiyası var. Tülkü nə vaxt, hansı
istiqamətdən  hücum  edir-etsin,  kirpi  tikanlı  top  halını  alıb
özünü müdafiə edir. Bu hər dəfə təkrar olur. Kirpi yalnız bir
şeyi fövqəladə dərəcədə yaxşı edir və əlverişli strategiyasına
sadiqliyi sayəsində sağ qalır. Müəssisənizin Kirpi Strategiyası
müəyyən  etməyiniz  yalnız  hansı  işi  dünya  səviyyəsində
edə  biləcəyiniz  (yaxud  bilməyəcəyiniz)  haqqında  tam  və
obyektiv anlayışa malik olduğunuz halda mümkündür.
95:5 Qaydası
İmkanları və təhlükələri müəyyənləşdirərkən ən böyük ustalıq
böyük  miqdarda  lazımsız  şeylərin  arasından  vacib  olan
azlığı seçib tapmaqdadır, çünki burada da hər yerdə olduğu
kimi  Pareto  Prinsipi  özünü  göstərir.  İqtisadçı  Vilfredo
Paretonun  müşahidələrinə  görə,  hazırda  İtaliyada  var-
dövlətin 80%-i ölkə əhalisinin 20%-nə məxsusdur. Prinsip
"80:20  Qaydası"  kimi  də  tanınır.  Hesab  edirəm  ki,  buna
daha çox
95:5 qaydası deməliyik.
95:5 Qaydası azlıqda olan bir neçə vacib şeyin hadisələrə
daha çox təsir etməsini ifadə edir. Misal üçün, satışın 95%-
ni məhsulların 5%-i təmin edə bilər. Yaxud mənfəətin 95%-i
müştərilərin  5%-dən  alına  bilər.  Və  ya  rəqabətə  davamlı
üstünlüklərinizin  95%-ni  güclü  tərəflərinizin  cəmi  5%-dən
əldə  edə  bilərsiniz  (Üstəlik,  baş  ağrısının  95%-ni
həmkarlarınızın sadəcə 5%-i verə bilər!). Və sairə və ilaxır...
Zəif cəhətlər saysız-hesabsız ola bilər, onları PRIMEFACT
yoxlama siyahısının istənilən xanasında tapmaq olar. Amma
20
Kirpi Strategiyası
95:5 Qaydası


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə