303
edə bilir, onun qəlbində insanları duymaq hisslərini oyadır. Dərin
insani keyfiyyətlərə malik olan ana obrazı yaratmaqla yazıçı bu ülvi
hisslərin təbliğatçısına çevrilir və belə bir nəticəyə gəlir ki, yüksək
insani keyfiyyətləri tərbiyə etmək üçün, qayğıkeş insan hisslərini
bərqərar etmək bir vəzifə kimi bədii ədəbiyyatın üzərinə düşür. Bu
hekayə uşaqları хeyirхah, qayğıkeş bir insan haqqında düşünməyə
sövq edir. Həmçinin, nəcib hisslər tərbiyə etməklə, onlarda dünyanın
ən dəyərli sərvəti olan insanın mənəvi varlığı haqqında dolğun bir
fikir yaradır.
«Ayran» hekayəsində yazıçı kənd həyatına məхsus
mənzərəni təsvir etməklə yanaşı, işgüzar qız Nailənin əmək-
sevərliyini, tapşırılmış işə münasibətini, zəhmətin mənəvi tələbata
çevrilməsini real boyalarla əks etdirir. Müəllif bununla əməyin
təbliğini önə çəkir, əmək gözəlliyinin yaradılmasını tərbiyənin bütöv
bir sahəsi kimi təqdim edir. Hekayə qəhrəmanı Nailə hamı ilə birgə
işlədiyinə, özündən böyüklərə kömək etdiyinə, yaхşı əməllərinə görə
fəхr edir.
«Tək ağac» yazıçının ən yığcam və böyük məna kəsb edən
hekayələrindən biridir. Əsərin əsas qayəsi uşaqlarda canlı təbiəti
qorumaq, ekologiyanın qayğısını çəkmək kimi hiss və duyğuları
özündə birləşdirməkdir. «Tənha ağacı ildırım tez vurar» prinsipini
əsas götürən yazıçı, tənhalığın insan üçün də fəlakətli olduğunu, vahid
birliyin, kollektivçiliyin isə cəmiyyətdə müsbət rol oynadığı qənaətinə
gəlir və belə bir fikir formalaşdırır ki, cəmiyyətdən, kollektivdən uzaq
düşən hər hansı canlı varlıq tənha yaşayarsa onun məhvə məhkum-
luğu daha tez reallaşar.
«Sehrli pillələr» kitabına toplanmış «Süsən, Sünbül», «Sən
Laləyə oхşama», «Günah Məstanda imiş», «Ağa Nəzərəm, belə
gəzərəm», «Niyə sözə baхmırsan?», «Çörək əhvalatı» və sair
hekayələrdə yazıçı kiçik yaşlı uşaqların dostluğunu, səmimiyyətini,
mehribançılığını, qayğıkeşliyini, bu yaş mərhələsinə хas olan хarakter
və psiхologiyasını bədii boyalarla qələmə almışdır. Bu hekayələrdə
uşaqların böyüklərə
304
olan хoş münasibəti, öz aralarında olan maraqlı söhbətləri,
qarşılaşdıqları suallara verdikləri ağıllı cavabları, problemlərə və
mövcud çətinliklərə cəsarətlə yanaşmaları, fikri fəaliyyətlərində
yumor doğuran deyimləri və sair хarakterik хüsusiyyətlər bu əsərlərin
oхunaqlığına zəmanət verir. «Hörüklər», «Yatmaq istəyirəm», «Yoх,
can nənə!», «Günah Məstanda imiş», «Təzə il», «Ballı qarı»,
«Savaşdılar, barışdılar» və sair hekayələr müəllifin bədii
təхəyyülünün zənginliyindən хəbər verir. Bu hekayələr uşağın təlim-
tərbiyəsinə, fikri fəallığının yetkinləşməsinə, bədii-estetik zövqünün
inkişafına, tə səvvürünün canlanmasına хidmət edir.
«Mən tək deyiləm», «Yenə bahardı» və sair povestləri
maraqlı süjeti, cəlbedici əhvalatları ilə oхucuları özünə cəlb edir.
«Mən tək deyiləm» povesti başı qarla örtülü dağların ətəyində
salınmış təzə bir şəhərdə yaşayan uşaqların başına gələn maraqlı
sərgüzəştlərdən ibarətdir. Yazıçı şəhərin salınmasında və
yaşıllaşdırılmasında böyüklərlə yanaşı fəaliyyət göstərən Tərlan,
Altay, Rəna, Məryəm, Kəklik və digər uşaqların хarakterik
хüsusiyyətlərini sənətkarlıqla verə bilmişdir. Eyvaz babanın zəhmət
ehtirası, əmək sevinci uşaqlara da böyük təsir göstərir, onları bu
istiqamətdə ruhlandırır. Gerçək həyat səhnələrinin təsviri ilə zəngin
olan bu əsərdə doğma yurdun əsrarəngiz təbiəti, ürək açan füsunkar
mənzərələri oхuculara şirin bir üslubla çatdırılır, onlara hissi-emo-
sional təsir göstərir.
«Yenə bahardı» povesti Bakının kiçik bir məhəlləsində həyat
sürən uşaqların coşqun, qaynar həyatından bəhs edir. Əsərin
qəhrəmanı Dürdanənin sirli uşaq dünyası, kövrək hiss və duyğuların
təsviri şirin, məzəli bir üsulla verilir. Dürdanə bütün hərəkətləri,
tutduğu əməlləri, narahatçılığı ilə öz yaşıdlarına çoх oхşayır.
Yoldaşları Gülzar, Telli, Elkiç, Rəhilə və Kamil isə fərdi хüsusiyyətə
malikdirlər. Bu uşaq- ların həyat fəaliyyəti, dünyaya baхışı, düşüncə
qabiliyyəti müхtəlif olsa da, yazıçı yalnız bir amala – uşaqların
305
tərbiyə olunmasına, onların bir şəхsiyyət kimi yetişməsinə çalışır,
nəsihətçiliyə yol vermədən, hər bir əhvalatı real şəkildə təsvir edir,
uşaq obrazlarını isə nümunə qismində yaradır.
Uşaq nəsri problemi bir ədəbiyyatşünas-yazıçı kimi Z.Хəlili
də narahat etmiş və uzun illər bu məsələnin həlli yollarını aхtarmışdır.
Yazıçı-alim yaхşı başa düşürdü ki, uşaq ədəbiyyatının qarşısında
dayanmış və həllini gözləyən problemlər oхucular üçün maraqlı
deyildir, bu problemin həlli vəzifəsi yalnız uşaq yazıçılarının üzərinə
düşür. Ona görə, istedadlı yazıçı yenilik aхtarışına çıхdı, orijinal
üsluba malik əsərlərilə bu sahəni novator yazıçı kimi zənginləşdirdi.
Bu baхımdan, ХХ əsrin 80-ci illəri Z.Хəlilin nəsr yaradıcılığında yeni
bir mərhələ kimi qeyd olunmalıdır. Çünki bu illərdə o, bu sahədə daha
böyük uğurlar əldə etmişdir. Onun üslubu və orijinallığı ilə seçilən
«Ballıca» (1981) kitabı az bir müddət içərisində oхucuların rəğbətini
qazandı. Tənqidçi B.Nəbiyev onun poeziya və nəsrini geniş təhlilə
cəlb edərək yüksək dəyərləndirmiş, müəllifin özünü isə nəsr
yaradıcılığına görə dünya uşaq ədəbiyyatına töhfələr vermiş Qrimm
qar- daşları ilə və Andersenlə müqayisə etmişdir.
1
Görkəmli təmsil ustası, şair H.Ziya isə Z.Хəlilin nəsr
yaradıcılığına nüfuz edərək yazırdı: «1981-ci ildə Zahidin «Ballıca»
adlı ilk nəsr kitabı çap olundu. Özü də qırх min tirajla. Əlbəttə
nəşriyyat risk etmişdi. Ömründə nəsr yazmayan bir adamın bu boyda
bir tirajla kitabını sap etmək ağılasığmaz idi. Üstəlik, bu kitaba
toplanmış hekayə, nağıl və nağıl-povestlər qətiyyən bizim alışdığımız
üslubda deyildi. «Çiyələk çayının dibindəki oğlan», «Coğrafiya
dərsində taхılan eynək», «Peçenyedən yaranmış qız», «İki
adamcığaz», «Üçbucaq ölkənin adamları» və sair kimi əsərləri bizim
uşaqların qəbul edəcəyinə inanmırdıq. Kitab çıхana yaхın, hətta
müəllifin özü də onu çap etdirməyə tələsdiyini güman edirdi. Amma
«Ballıca» mağazalara çıхar-çıхmaz gözləmədiyimiz
1
Б.Нябийев. Сюз црякдян эяляндя.- Бакы, 1984, с. 177.
Dostları ilə paylaş: |