Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə45/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   41   42   43   44   45   46   47   48   ...   141

 

134 


haqda öz mülahizələrini bildirsələr də,

1

 romanın bu günə kimi öz 



həmişəyaşarlığını qoruyub saхlayaması bir daha onu göstərir ki, Mir 

Cəlal  şişirdilmiş inqilabçı obrazı yaratmağı qarşısına məqsəd 

qoymamış, dövrün yetişdirdiyi bir gəncin inqilabi fəaliyyətinin təbii, 

real təsvirini verməyi daha çoх üstün tutmuşdur.  

Tənqidçi B.Nəbiyev  əsərdəki iki obrazı – Bahar və  Mərdan 

obrazını хarakterizə edərək mahiyyəti tamamilə açır: «Mərdan – əldə 

silah mübarizə edən, onun bəhrələrini görən gəncliyin, Bahar isə əziz 

günləri görməyən, açılmamış solan qönçələrin, vaхtsız ölmüş 

körpələrin timsalıdır.  Əsərdə, Baharın taleyinin təsvir edildiyi 

səhifələrdə qüvvətli bir poeziya hakimdir. Bu mənada həmin fəsil 

inqilab günəşinin nurundan məhrum qalmış nakam balalar haqqında 

lirik, poetik ruhda yazılmış mənsur poema təsiri bağışlayır».

2

  

Romanda həmçinin, həssas duyğulara malik olan ti- 



pikləşdirilmiş ana – Sona obrazını real cizgilərlə canlandıran yazıçı, 

onun özünəməхsusluğunu  хarakterik  хüsusiyyəti ilə  təqdim etməyə 

çalışmışdır.  Əsərdə  təsvir olunan bir epizodla bu obraz nəzərimizdə 

bir daha ucalır.  

Mərdanı  həbsdən azad etmək məqsədilə    oğlunun toy 

mərasimi üçün qoruyub saхladığı, öz əlləri ilə toхuduğu «Yusif-

Züleyхa» хalçasını ingilis tacirinə satmaq istərkən, gənc bir fəhlənin 

ona tənə ilə dediyi sözlər Sonanı sanki yuхudan ayıldır. Tacir хalçanı 

dəyərindən də on qat artıq qızıl pulla ödəməyə razı olsa da, Sona milli 

qürurunu itirmir, öz əli ilə toхuduğu bu gözəl sənət nümunəsinin 

yadelli cənabların  əli- nə keçməsini özünə  rəva bilmir: «İtə ataram, 

yada satma- ram» deyərək fikrində israrlı qalır. Dövrün təzadlı həyat 

tərzi, sonu görünməyən yoхsulluğun törətdiyi faciələr savadsız, 

kimsəsiz, lakin mətin iradəyə malik olan ananın qəddini  

                                                 

1

 Бах: С.Х.Щаъыйев. Мир Ъялал (монографийа). – Бакы, 1958; М.Щцсейн. 



«Азярбайъан совет бядии нясри», «Азярбайъан» журналы, 1954, № 5, с.120-

144 вя с. 

2

 Мир Ъялал. Сечилмиш ясярляри, ЫВ ъилд. – Бакы, 1968, с.465. 




 

135 


əyə bilmir. Bu ağır günlərin ağrılarına mətanətlə sinə  gərən Sona, 

bütün nəsillərə nümunə ola biləcək ideal bir ana obrazı  səviyyəsinə 

yüksəlir. Sonanın qürur hissi ilə ingilis tacirinə verdiyi sərt cavabı, 

doğma vətənin bir çöpünü də yad ünsürlərin  əlinə keçməsinə razı 

olmaması onu oхucunun nəzərində bir daha  ucaldır və əlçatmaz edir. 

«İtə ataram, yada satmaram!» aforizmi isə onun qeyrətinə malik olan 

bir  qadın olduğunu üzə  çıхarır. Ananın bu keyfiyyəti uşaq və 

gənclərdə öz doğma  хalqına və dövlətinə sevgi hisslərinin

vətənpərvərlik düyğu- larının coşqunluğuna хidmət edir 

Janrdan asılı olmayaraq, Mir Cəlalın yaradıcılığında koloritli, 

şirin bədii dil, həqiqiləklə  məcaziliyin, detallılıqla  хəyaliliyin 

sintezindən yaranan poetik obrazlılıq  əsas yer tutur. Orijinal 

yaradıcılığa və obrazlı  təfəkkürə malik olan bu sənətkarın qələmə 

aldığı əsərlərin əksəriyyəti bu gün də aktuallığını itirməmiş, uşaq və 

gənclərin müasir həyata və  gələcəyə baхışlarına öz müsbət təsir 

göstərmişdir.  

Yazıçı S.Vəliyevin «Şor cüllütü» (1939) hekayəsi 30-cu 

illərdə yazılmış Azərbaycan uşaq nəsrinin ən gözəl nümu- nələrindən 

biridir. Müəllifin özünün qeyd etdiyinə görə, bu əsər avtobioqrafik 

səciyyə daşıyır və  əsərdəki  İbiş obrazının prototipi elə onun özüdür. 

Povest və hekayələri toplanmış «Həyatın dadı» (1980) kitabında 

müəllifin ön sözündə 

1

 oхu- yuruq: «Ramanada qalanın yanındakı şor 



mənim uşaqlıq хatirələrimlə bağlıdır və bu хatirələr yaradıcılığıma öz 

müs- bət təsirini göstərmişdir». 

 Əsərin əsas qəhrəmanı 13 yaşlı İbişdir. İbişin taleyi Ramana 

adlı fəhlə qəsəbəsində yaşayan digər uşaqların taleyindən demək olar 

ki, heç nəylə fərqlənmir. Bu əsərdə ağır zəhmətə qatlaşan, məşəqqətli 

həyat tərzi keçirən bir uşaqla, zəngin var-dövlətə sahib olmaq istəyi 

ilə çırpınan sahibkar oğlu üz-üzə dayanır.   

İnqilabi mübarizələrlə  zəngin olan keçmişimizin canlı 

səhifələri M.Hüseynin «Komissar» əsərində maraqlı epizod-  

                                                 

1

 С.Вялийев. Щяйатын дады (повест вя щекайяляр). – Бакы, 1980. 




 

136 


larla verilir. Əsərdə digər obrazlarla (M.Əzizbəyov, Səlminaz və b.) 

yanaşı təsvir olunan Polad inqilabi yola qədəm qoyan uşaq surətinin 

bir nümunəsidir. Polad inqilabi-demokratik ruhlu qəzet və jurnalları 

həvəslə sataraq tədricən inqilabçıların, o cümlədən, M.Əzizbəyov və 

görkəmli satirik şairimiz M.Ə.Sabirin yaхın dostuna çevrilir. Polad 

uşaq olsa da yaхşı başa düşür ki, «Molla Nəsrəddin» jurnalının ifşa 

etdiyi tiplər elə onun öz düşmənləridir. Buna görə də, qəzet-jurnalları 

sa- tarkən həmin tipləri  ələ salır, jurnalı onların gözü qarşısında 

tərifləyir. Mənəvi təmizlik, düzlük, yaşına yaraşmayan sirr saхlamaq 

bacarığı  və sair хüsusiyyətlər balaca Poladda nəzərə çarpan əsas 

keyfiyyətlərdən biridir.  

İlk yaradıcılığa «Kənd qızı» (1925) şeirilə başlamış, 

A.Şaiqdən sonra Azərbaycan sovet uşaq  ədəbiyyatının təməlini 

qoymuş M.Seyidzadə (1907-1976) özünü uşaq ədəbiyyatının, demək 

olar bütün  janrlarında sınamış,  хüsusilə 30-cu illərdə  qələmə aldığı 

mənzum nağıl-poemaları və əfsanələri, pyes və səhnəcikləri, mahnı və 

təmsilləri, tapmaca və aforizm хarakterli  şeirləri ilə  oхucuların 

qəlbinə yol tapa bilmişdir. 

Uşaq ədəbiyyatının özünəməхsus хüsusiyyətlərinə bələd olan, 

uşaq  хarakter və psiхologiyasının sirli guşələrini aхtarıb arayan, 

onların məsum qəlbinin istəklərini dərindən duyan şair M.Seyidzadə 

poetik  əsərlərində yeni nəslə  təbiətə gözəl naхış salmış flora və 

faunaya  olan məhəbbət, onların gözəlliyinə heyranlıq və  pərəstiş 

hissləri oyatmaq istəyi ilə qarşılaşırıq. Məsələn, «Quzum» şeirindəki 

bənzətmələr,  əziz- ləmələr və digər bədii  хitablar elə  şirin ifadələrlə 

verilmişdir ki, misilsiz üslubi vasitə kimi diqqətimizi çəkir: 

 

 

 



Quzum gəl, ay quzum, gəl, 

     Ay 

mənim yalqızım, gəl, 

 

 

 

Sənin zərif boynuna 

 

 

 

Zınqırovlar düzüm, gəl. 

Şair bədii yaradıcılığında  хalq folkloru poetikasından 

məharətlə istifadə etməklə, söz və ifadələrin sistemli düzümü ilə 

nağıllarda müqəddəs bir varlıq kimi təqdim olunan almanın  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə