Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
40 
qarĢısında duran obyektə yaxınlığı əks etdirir. Barmaqla iĢarə edilən 
obyekt  və  predmetlərin  istiqaməti  və  uzaqlığı  daxili  razılıqla 
müəyyənləĢdirir  və  barmağın  hərəkətindən  asılı  olur.  /Bura/,  /ora/, 
/mən/,  /sən/  və  sə  kimi  sözlər  məhz  iĢarələmə  funksiyasını  yerinə 
yetirir. 
Bu  iĢarələrin  tam  motivli  olmamasını  onunla  göstərmık  olar 
ki,  barmağın  iĢarəsilə  səhv  istiqaməti  də  göstərmək  olur.  Barmağı 
yalandan  baĢqa  istqamətə  tuĢlamaqla  adresatı  aldatmaq  olar.  Hətta 
imzanı da saxtalaĢdırmaq olur. Fotomontaj və ya reklam funksiyası 
daĢıyan  fotolar  da  bura  aid  edilə  bilər.  Fotonun  baĢqa  mətnə 
yerləĢdirilməsi  (montaj,  qaralama  və  s.)  həqiqəti  pərdələmək  məq-
sədi güdür. ġəkildə ana əlini irəli uzadır vətənin müdafiəsinə çağırır, 
altında  isə  /Ana  vətən  səni  çağırır/  yazılmaqla  adresatı  müəyyən 
hərəkətə ruhlandırır. 
 
c) Simvolik işarələr və kodlar 
 
ĠĢarələr arasında simvolik (rəmzi) iĢarələr çox vacib yer tutur. 
O  iĢarələr  rəmzidirlər  ki,  onlar  olmayanda  siqnifikantla  siqnifikat 
arasında  heç  bir  əlaqə  olmur.  Simvol  tarixən  və  konvensional 
motivliyə  aiddir.  O  arbitrerdir.  Yol  hərəkətini  nizamlayan, 
gəmiçilikdəki  tətbiq  olunan  niĢanlar  və  riyazi  simvollar  arbitrerdir. 
Rəmzi iĢarələr müxtəlif dillərdə müxtəli cür olmaqla yanaĢı, həm də 
onların  tarixən  açılıĢı  mümkündür.  Məsələn,  italyan  dilində  qadın 
/donna/ deməkdir. Bu latın dilindəki /domino/ sözündən əmələ gəlib 
/xanım/  demək  idi.O  qadını  bildirən  söz  olaraq  /dominus/  sözünə 
qarĢı  qoyulurdu,  özü  də  müəyyən  yerli  güc,  qüvvə  demək  idi. 
Bundan  istifadə  edən  bəzi  dilçilər  səs  simvolizmindən  istifadə 
edərək  belə  hökm  verirlər  ki,  guya  ayrı-ayrı  fonemlər  öz 
keyfiyyətinə görə müəyyən məna ifadə edirlər. Məsələn, /a/ ən açıq 
sait  olduğuna  görə  guya  o,  böyük  predmetləri  bildirmək  üçün 
iĢlənir. Ancaq Azərbaycan dilində /igid/ heç də  kiçik insan demək 
deyildir.  Bunun  əksinə  olaraq  /Ģir/  sözündə  ən  qapalı  sait 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
41 
iĢlənməsinə baxmayaraq heç də həmin heyvan kiçik və ya çəlimsiz 
bir dördayaqlını bildirmir. 
Arbitrerlik ancaq o demək deyildir ki, biz /it/ deyəndə /piĢik/ 
və /hə/ deyəndə /yox/ baĢa düĢək. Arbitrer kimi müəyyənləĢən kom-
munikasiya  sahəsini  kodlar  sahəsi  kimi  dəyərləndirmək  olar  ki,  bu 
da  cəmiyyətin  üzvləri  tərəfindən  siqnifikantla  siqnifikat  arasındakı 
razılaĢmalar  siyahısı  deməkdir.  Ġkidilli  lüğətləri  buna  misal  gətir-
mək  olar.  Bir  tərəfdə  əlifba  siyahısı  ilə  sözlər  verilir  və  onların 
qarĢısında xarici dildə uyğun sözlər yazılır. ĠĢıqfordakı siqnallar da 
onların kodluğuna aydın nümunədir: 
 
yaĢıl = yol açıqdır 
sarı = yolu boĢalt 
qırmızı = dayan 
qirmızı və sarı = hərəkətə baĢla 
sarının yanıb sönməsi = ehtiyatlı ol 
 
Ancaq bu kodun gerçəkdə xüsusi nəzərə çarpan redundantlığı 
vardır,  bu  da  rənglərin  ardıcıllığında  özünü  büruzə  verir.  YaĢıl 
aĢağıdakı, qırmızı isə yuxarıdakı ilə əvəz olunur. Göründüyü kimi, 
burada qırmızının yanıb  sönməsi  yoxdur. Deməli, ikonik iĢarələrin 
hər cür ardıcıllığı deyil, yalnız bir qismi ünsiyyətdə istifadə olunur. 
Dildə də bu belədir. Məlumdur ki, dildə teoretik cəhətdən mümkün 
birləĢmələrin  heç  də  hamısı  ünsiyyət  üçün  sözlərin  düzəlməsində 
iĢtirak  etmir.  Kodun  bu  redundantlığı  riyazi  yolla  hesablana  bilir. 
Ancaq  redundantlıq  ünsiyyətdə  maneənin,  küyün  aradan  qaldırıl-
masında  çox  böyük  rol  oynayır.  Siqnifikat  redundant  kodlaĢırsa, 
siqnifikantda  yardımçı  elementlər  bolluğu  meydana  gələn  küyü  və 
ya  maneəni  saxlaya  bilər.  Arbitrerlik  incə  və  mürəkkəb  mətləbləri 
bildirməkdə  böyük  rol  oynayır,  çünki  hipoikonlar  asan  tətbiq  olu-
nur,  baĢa  düĢülən  və  əyanidir.  Ancaq  onlarla  məntiqi  və  narrativ 
əlaqələri  göstərmək  çətindir.  Məsələn,  ikonik  yolla  inkarı  vermək 
mümkün  deyildir.  Bir-birini  ötən  maĢınların  və  ya  yük  maĢınının 
Ģəkli  ikonikdir,  ancaq  burada  simvolik  iĢarə  də  mümkündür. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
42 
Qırmızı  dairənin  içərisindən  köndələninə  keçən  xətt  razılaĢmaya 
əsasən  qadağanı  bildirir.  Ġxtiyarilik  dil  və  dilə  bənzər  ünsiyyət 
sistemlərində  mühüm  əhəmiyyət  kəsb  edir.  Siqnifikatla  siqnifikant 
arasında əlaqə yuxarıda deyildiyi kim tarixi və zəruri ola bilər. Belə 
halda  söhbət  vertikal  ixtiyarilikdən  gedir.  Yuxarıda  gətirdiyimiz 
iĢıqfor nümunəsində rənqlərlə ifadə olunan mənalar arasında birbaĢa 
əlaqə  yoxdur,  hərçənd  ki,  bizim  mədəniyyətimizdə  /qırmızı/ 
təhlükəni  (yanğın,  qan,  siyasi  partiyanın  bayrağının  rəngi  və  s.), 
/yaĢıl isə sakitləĢdirici dəyəri bildirir (açıq  mənzərənin, cərrahların 
ümidvericilik  rəmzi  olan  geyimi  və  s.).  Ancaq  bunların  hamısında 
yerdəyiĢmə  mümkündür.  ĠĢıqforda  qırmızı  əvəzinə  narıncı,  yaĢıl 
əvəzinə isə mavi qəbul olunsaydı  yol hərəkəti əvvəlki kimi nizam-
lanardı.  Bizim  cəmiyyətdə  qara  yas  bildirdiyi  halda,  yaponlarda 
həmin anlamda ağ rəng iĢlənir. Siqnifikant baxımından əsas məsələ 
fərqlənmək  və  qarĢılaĢma  yaratmaqdır.  Yəni  hansı  rəngin  ilkin 
olaraq seçilməsi və cəmiyyət tərəfidən qəbul edilməsi həlledicidir. 
Təbii dildə eyni substansiya, materiya və səslənməni  yaradan 
orqanlar eyni olsa da, onların funksional cəhətdən iĢlənməsi dildən- 
dilə fərqlidir. /d/ samiti ingilis dilində apikal, alman və Azərbaycan 
dillərində  isə  dorsal  tələffüz  olunur.  Ancaq  bu  dillərin  fonem 
sistemlərində  həmin  əlamətlərə  görə  fonoloji qarĢılaĢmalar  yoxdur. 
Bu  sadəcə  olaraq  norma  səviyyəsində  tələb  olunan  inteqral  əla-
mətdir.  Bu üfüqi  ixtiyarilik təkcə  siqnifikantlar üçün deyil, həm  də 
siqnifikatda  özünü  büruzə  verir.  Yeni  sözlərin  yaranmasında  ixti-
yarilik müĢahidə olunur. Məsələn, /tozsoran/ rus dilindəki /pılesos/ 
sözünün  kalka  yolu  ilə  tərcüməsi  olsa  da,  onun  komponentlərinin 
mənasından sözün ümumi mənası yaranır. 
Arbitrerlik  dildə  rəngarəngliyi  təmin  edən  mühüm  əlamətdir. 
Elə  bunun  nəticəsidir  ki,  ətraf  aləm  müxtəlif  dillərdə  müxtəlif  cür 
əks  olunur.  Rənglərin  adları,  insanların  zövqləri  müxtəlif  dillərdə 
tamam fərqli Ģəkildə öz əksini tapır. Elə bir dil yoxdur ki, cürbəcür 
ifadə  vasitələrindən,  yamsılamalardan,  metaforlardan  istifadə  et-
məklə  ətraf  aləmin  semantik  mənzərəsini  ifadə  edə  bilməsin.  Dilin 
ifadə  zənginliyinə  can  atmasını  bitki  adlarından  götürülmüĢ  /qızıl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə