Фяхряддин Вейсялли. СЕМИОТИКА
28
əvvəlki biliklərdən və təcrübədən istifadə edirlər.
Bu zaman dil bilgisi çox vacibdir. Məlumatı göndərən Ģəxs
gürcü, qəbul edən isə bu dili bilməyən azərbaycanlıdırsa, onda
/Roqara xar, bico/ sualının mənası açılmamıĢ qalacaqdır, deməli,
mənası bəlli olmayacaq, çünki adresatın deyilənlə bağlı anlamı
yoxdur.
Ġnformasiyanın dekodlaĢmasında anlam, yəni əvvəlki
təcrübədən beyində qalan izlər əsasında qaydalar düzəltmək olar.
Məs., qonĢu evdən tüstü çıxırsa, deməli, yanğın var. Tüstünün
yanğınla əlaqələndirilməsi anlam kimi Ģərh edilə bilər. Çətir və
yanğın görməyən uĢaq və ya etnosun nümayəndəsi onları ilk dəfə
görəndə çaĢ-baĢ qalacaq, fiziki prosesi əqli fəaliyyətlə əlaqələndirə
bilməyəcək, yəni onun həmin Ģeylər barəsində heç bir anlamı
olmayacaq.
Q.Freqeyə uyğun olaraq bu əlaqələndirməni biz anlam
adlandırırıq. Ünsiyyətdə deyilənin məqsədə çatması, qəbul edənin
ötürülən məlumatı alıb baĢa düĢməsi və ona münasib hərəkət etməsi
ünsiyyətin mənalı olmasını Ģərtləndirir. Kommunikativ məqsədə
çatmaqda görünüĢ də müəyyən rol oynayır. Deməli, səslənmə və
eĢitmə ilə yanaĢı dadbilmə, iybilmə və toxunma da mənanın
açılmasında
mühüm
rol
oynayır.
Qida
məhsullarının
qablaĢdırılması, binaların tikinti üslubu, geyim, habelə üz və saçın
forması və s. ictimai əhəmiyyət daĢıyan informasiyaların baĢa
düĢülməsində mühüm rol oynayır, olayla bağlı təsəvvür yaratmaqda
zəngin vasitə kimi çıxıĢ edirlər.
Ola bilər ki, göndərənin məlumatını dinləyən düzgün açmasın,
deyilən barədə heç bir anlamı olmasın. Məs., almanların yarandığı
vaxtdan /Karlsbad/ adlandırdığı kurort Ģəhərini çexlər /Karlovı varı/
adlandırırlar. Bu barədə heç bir anlamı olmayan azərbaycanlı həmən
kurorta gedəndə sərhəddə bir almandan bu yeri /Karlovı varı/ kimi
soruĢanda, o xeyli dayanıb durdu, xeyli keçəndən sonra , hə, hə,
Karlsbadı deyirsiniz, oraya təxminən 100 km qalır, dedi. SoruĢan
azərbaycanlı olarsa və onun tarixdən xəbəri yoxsa, o da çaĢıb
qalacaq. Ancaq tarixdən xəbəri olan kəs o saat biləcək ki, bu,
Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
29
keçmiĢ alman ərazisi olan Sudetenlandda Böyük Karlın əsasını
qoyduğu və onun Ģərəfinə adlandırılan müalicə zonası kimi tanınan
/Karlsbad/dır. Sonralar bu ərazi Çexiyanın tərkibində saxlanılmaqla
adı dəyiĢdirilib /Karlovı varı/ olub.
Deməli, ünsiyyətdə mənanın düzgün baĢa düĢülməsi
anlamdan asılıdır. Ünsiyyət və məna bir-birilə anlam vasitəsilə sıx
bağlıdır və müxtəlif səviyyələrdə bir-birinə qarıĢır.
Bəs informasiya nədir? Riyazi anlamda informasiya dünyanın
vəziyyətinin qeyri-müəyyənliyini məhdudlaĢdıran fəaliyyət kimi
baĢa düĢülür. Futbol oyunu haqqında məlumat almaq gözlənilən üç
nəticədən (qələbə, heç-heçə və məğlubiyyət) birini bilmək
deməkdir. Bunu ikili həll vasitəsilə məhdudlaĢdırıb ölçmək olar.
Ölçü vahidi kimi bit (binary digital) götürülür. Əgər 8 imkan olarsa,
onda bunu 3 bitlə ölçmək olar: 2.2.2 bərabərdir 8-ə, yəni nəticəni
3 dəfədə müəyyənləĢdirmək olur, hər dəfə yalnız ikidən birinin
mümkünlüyü götürülür. Elmdə, texnkada belə ölçü çox vacib
sayılır. Amma adi dildə bu xeyli mürəkkəbdir. Presuppozisiya,
propozisiya və redundantlıq kimi məsələlər adi danıĢıqda
informasiyanın qeyri-dəqiqliyini aradan qaldırmağa xeyli kömək
edir. Redundantlıq məlumatın verilməsində küy faktorunu aradan
qaldaırmağa kömək edir. Adresant düĢünür, çoxsaylı operasiyalar
edir, inandırır, vəd edir, fantaziyasını iĢə salır. Məsələn, telefonda
danıĢarkən /Firuzə/ deyəndə o biri baĢda dinləyən xəttdəki küyə
görə sözü tanıya bilmir. BaĢa düĢməni asanlaĢdırmaq üçün danıĢan
məcbur olub sözdəki hər bir fonemi ayrıca sözlə baĢa salır: /Fərhad/
+ /Ġkram/ + /Rasim/ + /Urfan/ + /Əsəd/. Bununla da deyən
istədiyinə çatır, göndərdiyi informasiyanın baĢa düĢülməsinə nail
olur. Amma danıĢan xeyli vaxt və enerji itirir. Bu da xərc deməkdir.
Qəbuletmə bir adamın (baĢqa canlı və bu məqsədlə düzələn
qurğunun) göndərdiyi xəbəri, mətni qəbul edəndir (adresat,
qəbuledici və ya resipiyentdir, oxucudur). Dünyanın müxtəlif
yerində bu aktı mətn kimi dəyərləndirib kim üçünsə anlam
yarandığını qiymətləndirirlər. Anlamın aid olmasında Ģərh, yozma,
açma və interpretasiya çox mürəkkəb bir prosesin çıxıĢ nöqtəsidir.
Фяхряддин Вейсялли. СЕМИОТИКА
30
Burada söhbət ünsiyyətin həlledici aktından gedir. Aydındır ki,
göndərən olmasa kommunikasiya baĢ tutmaz. Deyək ki, kimsə elmi
mənbədən. xəstəlik simptomundan və ya baĢqa indisiyalardan, yəni
əhəmiyyət kəsb edən dünya strukturlarından anlam yaradır (klassik
nümunəsi qızdırma xəstəliyi, qatilin barmaq Ģəkli). Ancaq adresat
olmasa heç bir kommunikasiya meydana gəlməz
17
. Göstərdiyimiz
nümunələrdə hərəkəti həyata keçirən yoxdur, sadəcə olaraq, ətraf
aləmin Ģeyləri hər hansı bir kommunikativ proses olmadan mövcud
indisiyalardır. Eynilə ölçü alətləri və avtomatik həyəcan siqnalları
kiməsə siqnal vermək üçün düzəldilmiĢ qurğuların fəaliyyətinin
nəticəsidir. Adresatsız (ən azından planlı Ģəkildə müraciət edilən
avtomatik əlavəsiz) instrument maddi cəhətdən iĢləsə də, ancaq heç
bir anlam yaratmaz (Fərz edək ki, göldə suyun daĢmasını bildirən
avtomat siqnal verir, ancaq siqnalı qəbul edən yoxdur). Termometr
oxunmursa, o nə qədər əla iĢləsə də, heç bir anlamı olmur, ona görə
də o, bu halda ĢüĢə borudan baĢqa bir Ģey deyildir. Eynilə tüstü və
qandakı mikroblar diqqəti cəlb etmirsə və qəbul edilmirsə, bu
cürdür. Ancaq Ģərh və ya izah termometrin temperaturla əlaqəsini
ortalığa qoyur. Qandakı mikrobları öyrənəndə onun xəstəliklə
əlaqəsini müəyyən etməyə imkan verir. Dünyada baĢ verən bütün
hadisə və olaylara reaksiya verəndə onlar əhəmiyyət kəsb edir.
Ġnsanın dediyi söz və ya cümlə adresatsız məntiqi görünmür,
danıĢanın dəli olmasına dəlalət edir. Həmçinin səhrada çağırıĢ və ya
adamın tərtib etdiyi mətn qəbuledicisiz mənasıdır. Əgər insan çığırtı
elədiyini təzədən bilmək istəmirsə və ya məktubu yoxlamaq üçün
təzədən oxumursa, onda onun hərəkəti əhəmiyyətsizdir. Virtual
adresat olanda danıĢan ifadələrini seçir, mətni ona münasib tərtib
edir və s. Ancaq ünsiyyətə cəhdlər olur. Telefonla danıĢmaq
istəyirik , o baĢda cavab verən olmur. Ancaq ünsiyyətin tam baĢ
tutmasına əmin olunca(fatik funksiya) müvafiq təsdiq gəlir (yoxsa
təkrar-təkrar deyirsən, küyü nəzərə alırsan və s.). Deməli, məlumat
tam qəbul ediləndə ünsiyyət baĢ tutmuĢ hesab edilir. Bədii əsərlərdə
onların ünsiyyətə daxil olana qədər müddətdə adresat yaradıcının
özü olur. Ü.Hacıbəylinin (1885-1948) ―Leyli və Məcnun‖ operası
Dostları ilə paylaş: |