Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
25
və xəbər ayrıca ifadə olunub. Onlardan biri yanlıĢ olsa, eyni
zamanda ikinci də yanlıĢ olar. Burada o haldır ki, budaq cümlə özü
anlam kimi tam fikir bildirir (ona vaxt və zaman bildirən sözlər
əlavə etsək). Budaq cümlənin mənası gerçəklik dəyərinə uyğundur.
Burada bütövün mənasına xələl gətirmədən onu eyni gerçəklik
dəyəri olan bir cümlə ilə əvəz edə bilərik. Ancaq unutmamalıyıq ki,
onun mübtədası qrammatik cəhətdən /Napoleon/ olan cümlə ilə
əvəz edilə bilər. Onu biz /və/ ilə də əvəz etməklə düzəldə bilərik.
Azərbaycan dilində məhz hər iki anlam bildirən bir cümlə ilə ifadə
olunub, çünki cümlədə bir mübtəda və feli bağlama tərkibi olmaqla
bir xəbər vardır. Napoleon təhlükədən qabaq qərar qəbul etsəydi, bu
artıq cümləmizin bir hissəsinin anlamına uyğun olmazdı.
AĢağıdakı hallarda tamam baĢqa fikirlər ifadə olunardı.
/Napoleon sağ cinah üçün təhlükəni duydu/ və /Napoleonun
artıq 45 yaĢı vardı//. Bunlar artıq tam baĢqa gerçəklik dəyərləridir.
/Əhməd/ fikirləĢdi ki, maĢını qaytarsa yaxĢı olar//.
Burada budaq cümlədəki sözlər vasitəsiz mənaya malikdir.
Ancaq /MaĢının qaytarılması Əhməd üçün yaxĢıdır// cümləsində adi
məna ifadə olunub.
Deməli, budaq cümlədən fərqli olaraq ikincidə gerçəklik
dəyəri ifadə olunub. Ancaq bu gerçəklik dəyəri budaq cümlənin
mənası deyil, ona görə də onu baĢqası ilə əvəz edə bilmərik.
/Buz spesifik olaraq sudan yüngül olduğundan suda batmır//
Almanca bu belədir: /Weil das Eis spezifisch leichter ist, so
schwinmt es auf dem Wasser// cümləsi alman dilində fikir doğurur:
1.
/Das Eis ist spezifisch leichter als Wasser//
2.
/Wenn etwas spezifisch leichter als Wasser ist, so
schwinmt es auf dem Wasser//
3.
/Das Eis schwinmt auf dem Wasser//
Burada nə birinci, nə ikinci, nə üçüncü, nə də 2-ci və 3-cü
birlikdə cümlənin anlamını vermir. Ancaq: /Weil das Eis spezifisch
leichter als Wasser ist// budaq cümləsində 1-ci fikir, həm də ikinci
cümləmizin bir hissəsi ifadə olunub. Ona görə də budaq cümləni
Фяхряддин Вейсялли. СЕМИОТИКА
26
eyni gerçəklik dəyərli baĢqa birisilə əvəz edə bilmərik, çünki bu
zaman bizim fikir dəyiĢərdi.
Nəticə:
1. Budaq cümlə fikrin bir hissəsi olduqda o, heç bir gerçəklik
dəyəri bildirmir.
2. Budaq cümlə gerçəklik dəyəri bildirirsə, bununla məhdud-
laĢmır, onun anlamı bir fikirdən baĢqa fikrin bir hissəsini əhatə edir.
Birinci sözün vasitəsiz mənasında, ikinci isə xüsusi ad olmaq
əvəzinə cümlənin bir hissəsini qeyri-müəyyən Ģəkildə ifadə edir.
Ġkinci halda budaq cümlə ikiqat götürülür, bir dəfə öz adi
mənasında, ikinci dəfə vasitəsiz mənada; və ya o, budaq cümlənin
bir hissəsinin anlamı kimi eyni zamanda baĢqa fikrin tərkib hissəsi
olur və budaq cümlədə ifadə olunan fikirlə birlikdə baĢ və budaq
cümlənin anlamını əmələ gətirir. Budaq cümlə eyni gerçəklik dəyəri
olan baĢqası ilə əvəz oluna bilmirsə, bu bizim aĢağıdakı fikrimizin
əksinə ola bilməz: cümlənin gerçəklik dəyəri onun mənası, anlamı
isə fikirdir.
―a=a‖ və ―a=b‖-nin idrak dəyəri müxtəlifdirsə, bu o deməkdir
ki, cümlənin anlamı idrak dəyəri ücün onun mənasından az
əhəmiyyətli deyil, bu da onun gerçəklik dəyəridir. Əgər ―a=b‖-
dirsə, onda b-nin mənası a-ya bərabərdir, ―a=b‖-nin
gerçəklik dəyəri
―a=a‖-dır. Buna baxmayaraq ―b‖-nin anlamı ―a‖-nın anlamından
fərqli ola bilər və eynilə ―a=b‖də ifadə olunan fikir ―a=a‖-da ifadə
olunan fikirdən fərqli ola bilər, onda hər iki cümlə eyni idrak
dəyərinə malik olmayacaq. Əgər ―hökm‖ deyəndə fikirdən onun
gerçəklik dəyərinə tərəqqi baĢa düĢürüksə, deməli, hökmlər də
müxtəlifdir – deyə Q.Frege öz mülahizələrini tamamlayır
16
.
Q.Freqenin izahından aydın olur ki, iĢarə və ad eyni anlamı
bildirsə də, nə də xüsusi adı təmsil edir, onun mənası konkret
predmetdir, ancaq məfhum və əlaqə deyildir.