171
• VI fəsil •
Dünya əhalisinin müxtəlifliyi
•
6
1. Xәritә-sxemә әsasәn, rәnglәnmiş әrazilәrә aid xarakterik xüsusiyyәtlәri müәyyәnlәşdirin:
a) Təbii artım yüksəkdir.
b) Cinsi tərkibinə görə kişilər
üstünlük təşkil edir.
c) Emiqrasiya prosesi güclüdür.
d) Təbii artımın aşağı səviyyəsi
səciyyəvidir.
e) Əhalinin yaş strukturunda
yaşlıların sayı üstündür.
f) Dövlətin demoqrafik siyasəti
təbii artımın yüksəlməsinə
istiqamətlənmişdir.
g) Uzunömürlülərin sayı
yüksəkdir.
2. Demoqrafik piramidalara uyğun gәlәn ölkәlәri qruplaşdırın vә yazın:
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
Avstriya
Banqladeş
Əfqanıstan
Vyetnam
Almaniya
İtaliya
Yaponiya
Nigeriya
Braziliya
Norveç
Monqolustan
Misir
Kanada
Danimarka
Peru
Avstraliya
1. ______
2. ______
LAYİHƏ
172
3. Cәdvәli dәftәrinizә çәkib tamamlayın:
Göstəricilər
Ölkələr, regionlar
Qadınlar və daha yuxarı yaşlı əhali üstünlük təşkil edir.
Uşaqlar 22–25%-dən çox deyil, yaşlı əhali 15–20%-dir.
Orta ömür müddəti 70 yaşdan yuxarıdır.
Kişilər üstünlük təşkil edir, əhali sayında gənclərin payı
yüksəkdir, 40–45% və daha artıq, qocaların payı 5–6 %-
dən aşağıdır, orta ömür müddəti 45 yaşa qədərdir.
Kişi və qadınların sayı təqribən bərabərdir, əmək qabiliyyətli
əhali üstünlük təşkil edir. Uşaqlar əhalinin ümumi sayının
15–18%-ni, yaşlılar 10–12%-ni təşkil edir, orta ömür müddəti
60–70 yaşdır.
4. Mәsәlә. Ölkə əhalisi 9 milyon nəfərdir. Onların 3 milyonunu 16 yaşa qədər olanlar, 2 milyonunu
yaşlı təqaüdçülər, 0,6 milyonunun isə işsizlər təşkil edir. İşsizliyin səviyyəsini müəyyən edin:
5. Mәsәlә. Ölkədə işsizlik 14% təşkil edir, əmək qabiliyyətli əhalinin sayı isə 5 mln. nəfərə çatır.
Ölkənin iqtisadi cəhətdən fəal əhalisini hesablayın:
6. Cәdvәldә verilmiş statistik rәqәmlәrdәn istifadә edәrәk yaş-cins piramidasını qurun.
Hindistanın yaş-cins qruplarının əhali bölgüsü (min nəfər)
Yaş qrupları
Ümumi sayı
Kişilər
Qadınlar
00-04
1 000 849
517 040
483 809
05-09
118 195
60 593
57 602
10-14
113 059
58 303
54 756
15-19
109 931
56 568
53 364
20-24
92 066
49 089
42 977
25-29
83 094
43 057
40 037
30-34
74 355
37 098
37 258
35-39
65 399
33 077
32 322
40-44
56 462
29 225
27 238
45-49
47 451
24 762
22 689
50-54
38 712
20 354
18 358
55-59
30 841
16 130
14 710
60-64
23 560
12 180
11 379
65-69
18 384
9 332
9052
70-74
13 586
6807
6779
75-79
8437
4345
4092
80+
6006
3087
2919
LAYİHƏ
7
173
• VII fəsil •
İqtisadiyyat və onun inkişaf yolları
•
T
ƏSƏRRÜFATIN SAHƏ QURULUŞU
İqtisadiyyatın belə bölgüsü yüz min illər ərzində formalaşaraq müasir dövrdə daha
da təkmilləşmişdir. Hazırda iqtisadiyyatın dörd sektoru mövcuddur – birinci, ikinci,
üçüncü və dördüncü.
Birinci sektor – insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Bu sahəyə
faydalı qazıntıların hasilatı, kәnd tәsәrrüfatı, meşә tәdarükü və s. daxildir. Faydalı
qazıntıların istehsalı – mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada
çıxarılan mineral xammalın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. On-
lardan neft, təbii qaz, daş kömür, dəmir, boksit, mis, qalay, qızıl, habelə almaz, fosforit
və s. üstünlük təşkil edir.
Əkinçilik və heyvandarlığı birləşdiriən kənd təsərrüfatı da, əsasən, təbii şəraitdən
asılıdır. Lakin kənd təsərrüfatının təbii şəraitdən asılılığı elm və texnikanın inkişafı
nəticəsində yaradılan istixana və fermalar sayəsində azalmışdır.
49
Qədim insanların fəaliyyətini cədvəl üzrə
qruplaşdırın:
1. Heyvan və balıqların ovu
2. Geyimin hazırlanması
3. Əmək alətlərinin hazırlanması
4. Misin çıxarılması
5. Dərinin emal edilməsi
Resursların əldə
edilməsi
Resursların emal
edilməsi
Qədim insanlar öz həyatlarını təmin etmək üçün müxtəlif fəaliyyət növü ilə məşğul olurdular.
Cәdvәl üzrә iş
İQTİSADİYYAT VƏ
ONUN İNKİŞAF
YOLLARI
7
LAYİHƏ
174
Ağac tədarükü, ilk növbədə, oduncaq emalını əhatə edir. Bu sahə meşə ehtiyat-
larının zəngin olduğu ekvatorial və mülayim iqlim qurşaqlarında yerləşən ölkələrdə
inkişaf etmişdir. Meşə resurslarından istifadənin istiqamətləri fərqlidir: inkişaf etmiş
ölkələrdə mebel və kağız; Konqo, Qabon, Surinam və s. kimi ölkələrdə isə əsasən,
oduncaq emal olunur və ixrac edilir.
İkinci sektor – әldә edilәn ehtiyatların emalıdır. Bu sektora aşağıdakı təsərrüfat
sahələri daxildir:
1. Energetika – yanacağın hasilatını, elektrik enerjisinin əldə edilməsini və onun
istehlakçıya çatdırılmasını əhatə edir. Enerji istehsalı olmadan digər sahələrin inkişaf
etdirilməsi mümkün deyildir.
İnkişaf etmiş ölkələrdə enerji mənbəyi kimi bioehtiyatlardan da (peyin və bitki
qalıqları) istifadə olunur.
2. Metallurgiya – filizlərin saflaşdırılması, əridilməsi, prokata çevrilməsi proseslə-
rinin həyata keçirildiyi sahədir.
3. Maşınqayırma – maşın, cihaz və digər növ mexanizmlərin hazırlandığı sahədir.
Maşınqayırma digər sahələri avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi
ölkənin iqtisadi gücünü əks etdirir.
LAYİHƏ
Dostları ilə paylaş: |