İnzibati vəzifələrin beşinci təsnifatı - 2-ci
kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 3-cü
kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin
vəzifələri, 4-cü kateqoriya dövlət orqanları bölmə
rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 5-ci
kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların
müavinlərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları
aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci
kateqoriya - yerli icra hakimiyyəti orqanları başçılarının
müavinlərinin vəzifələri;
İnzibati vəzifələrin altıncı təsnifatı - 3-cü, 4-cü, 5-
ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 6-cı
kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların
müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanları
aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
İnzibati vəzifələrin yeddinci təsnifatı - 6-cı
kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 7-ci
kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri və yanında, tabeliyində olan
orqanları rəhbərlərinin, müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin yerli bölmələri
rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə
rəhbərlərinin müvafiq icra hakimiyyəti orqanlarının
tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;
İnzibati vəzifələrin səkkizinci təsnifatı - 7-ci
kateqoriya dövlət orqanlarının - mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri və yanında, tabeliyində olan
orqanları rəhbərləri müavinlərinin vəzifələri, müvafiq icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik-
392
-
larinin və dövlət xidmətlərinin yerli bölmələri rəhbərləri
müavinlərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının
tabeliyində olan orqan rəhbərləri müavinlərinin vəzifələri;
İnzibati vəzifələrin doqquzuncu təsnifatı - 7-ci
kateqoriya dövlət orqanlarının - mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri və yanında, tabeliyində olan
orqanları mütəxəssislərin vəzifələri, müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət
xidmətlərinin yerli bölmələri mütəxəssislərinin vəzifələri, yerli
icra hakimiyyəti orqanları bölmə mütəxəssislərinin, müvafiq
icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların
mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının
ərazi vahidləri üzrə nümayəndələrinin vəzifələri, rayon
məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri
aparatlarının mütəxəssislərinin vəzifələri;
Yardımçı vəzifələrin aşağıdakı təsnifat mərhələləri
vardır;
-
Yardımçı vəzifələrin birinci təsnifatı - 1-ci kateqoriya dövlət
orqanlarında
texniki vəzifələr;
Yardımçı vəzifələrin ikinci təsnifatı - 2-ci kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
-
Yardımçı vəzifələrin üçüncü təsnifatı - 3-cü kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
-
Yardımçı vəzifələrin dördüncü təsnifatı -4-cü kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
-
Yardımçı vəzifələrin beşinci təsnifatı - 5-ci kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
-
Yardımçı vəzifələrin altıncı təsnifatı -6-cı və 7-ci kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
393
-
Dövlət orqanlarının aparatları və onların bölmələri 1-7-ci
kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə müə
3
^ən edilmiş funksiya və
səlahiyyətləri,
habelə
onların
həyata
keçirilməsi
xüsusiyyətləri nəzərə alınaraq təminedici və yardımçı kimi
təsnifləşdirilmişdir,
Dövlət orqanlarının aparatının və onun bölmələrinin
adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müə>^ən
edilir.
- 3 9 4 -
“Azərbaycan Respublikasının
Səfirliyi haqqında əsasnamə”nin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
(25 may 2006-cı il, № 408)
1.
“Azərbaycan Respublikasının Səfirliyi haqqında
əsasnamə ” təsdiq edilsin (əlavə olunur).
2.
Azərbaycan
Respublikasını
Xarici
İşlər
Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri
öz səlahiyyətləri daxilində həll etsin.
Dərci: 27 may 2006 -ci il
Azərbaycan Respublikası Prezidentinin 2006-ci il
25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasının Səfirliyi haqqında
ƏSASNAMƏ
I.
ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Səfirliyi (bundan
sonra səfirlik) qəbul edən dövlətdə Azərbaycan Respublikasını
təmsil edən diplomatik xidmət orqanıdır. Səfirlik Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsis edilir. Səfirlik
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan
sonra nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının
vahid sisteminə daxildir.
- 3 9 5 -