5.
Azorbaycan Respublikasının Nazirlər Kabineti
bu
Konstitusiyanın
qüvvəyə
mindiyi
gündən
bu
Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir,
6.
Bu Konstitusiya qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikası yerli Xalq Deputatları Sovetlərinin
səlahiyyətlərinə xitam verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
Azərbaycan Respublikasının yerli Xalq Deputatları
Sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti
orqanları həyata keçirir.
7.
Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il
müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli
və bələdiyyələrə seçkilər keçirilməlidir.
8.
Bu Konstitusiyanın qəbul edildiyi günədək
Azərbaycan Respublikasının ərazisində qüvvədə olan
qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya
zidd olmayan hissədə qüvvəsini saxlayır.
9.
Bu Konstitusiya qüvvəyə minənədək fəalij'yət
göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət
mühakiməsini
bu
Konstitusiyada
müəyyən
edilən
səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.
10.
Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il
ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə
islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu
Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir
və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri
yenidən təyin edilməlidir.
Həmin qanunvericilik qəbul edilənədək hakimlərin
vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya
-388
qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında
həyata keçirilir.
11.
Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il
müddətində Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu
qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi yaradılmalıdır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada
nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin
səlahiyyətləri
həyata
keçirilmir.
Bu
Konstitusiyanın 130-cu maddəsinin üçüncü hissəsinin 7-ci
bəndində
nəzərdə
tutulmuş
məsələni
Azərbaycan
Respublikasının Ali Məhkəməsi həll edir.
12.
Azərbaycan
Respublikasının
Ali
Arbitraj
Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və
qüvvədə
olan
qanunvericiliklə
müəyyən
olunmuş
səlahiyyətləri həyata keçirir.
-
389
-
№
00
.
12 noyabr 1995-ci il.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
dərc edilmişdir (31 iyul 1997-ci il, № 1)
Azərbaycan Respublikasının Konstitusiyasına
dəyişikliklər etmiş sənədlərin siyahısı
1.
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı —
«Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140);
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29
avqust 2002-ci il tarixli 99/372 nömrəli Qərarı —
«Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216)
2.
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli Qərarı —
«Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288);
Azərbaycan
Respublikası
Mərkəzi
Seçki
(Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli 19/86
nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il,
№66) (KMl) 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında
öhdəliyi olmayan...» müddəasının hüquqi mənası vətəndaşın
xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan
münasibətlərin
mövcudluğu
ilə
əlaqədar
yaranan
öhdəliklərinin olmamasını ehtiva edir.
Belə öhdəliklər uzun müddət ərzində xaricdə
yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit
münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi,
ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s.
-
390
-
kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də Qİa
bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1
avqust 2003-cü il tarixli qərarı - «Azərbaycan» qəzeti, 3 avqust
2003-cü il, № 176).
İnzibati və yardımçı vəzifələrin təsnifatı
İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır;
İnzibati vəzifələrin birinci təsnifatı - 1-ci kateqoriya
dövlət orqanları aparat rəhbərlərinin vəzifələri, Azərbaycan
Respublikası
Prezidentinin
səlahiyyətlərinin
həyata
keçirilməsini bilavasitə təmin edən digər orqanların
rəhbərlərinin vəzifələri;
İnzibati vəzifələrin ikinci təsnifatı - Azərbaycan
Respublikası
Prezidentinin
səlahiyyətlərinin
həyata
keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri, 2-ci
kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
İnzibati vəzifələrin üçüncü təsnifatı - 1-ci
kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci
kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin
vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin
vəzifələri;
İnzibati vəzifələrin dördüncü təsnifatı - 1-ci
kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci
kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin
vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin
vəzifələri, 4-cü və 5-ci kateqoriya dövlət orqanları aparat
rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci
kateqoriya dövlət orqanı - Bakı şəhər İcra Hakimiyyəti
başçısının müavinlərinin vəzifələri;
-
391 -
Dostları ilə paylaş: |