-bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30
faizinədək azaldılması;
-
həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı
olan işə keçirilməsi;
-
daha aşağı dərəcəli işə keçirilməsi;
-
ixtisas dərəcəsinin aşağı keçirilməsi;
-
ixtisas dərəcəsindən məhrum edilməsi;
-
dövlət qulluğundan azad edilməsi;
Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv
edilməsi üçün 7 gün ərzində Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyaya şikayət vermək olar. Bu zaman intizam tənbeh
tədbiri 10 gün ərzində həmin orqan tərəfindən ya ləğv
olunmalı, ya da qüvvədə saxlanılmalıdır. Çıxarılmış intizam
tənbeh tədbirindən şikayət verilməsi qaydası bu müddəalar
nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq
qanunvericilik, yerli və məhkəmə hakimiyy'əti orqanı
tərəfindən müəyyən edilir.
Dövlət qulluqçuları qanunvericiliklə müəyyən
edilmiş hallarda və qaydada inzibati məsuliyyətə və cinayət
məsuliyyətinə cəlb oluna bilərlər. Dövlət qulluqçuları
tərəfindən və onların təqsiri üzündən dəymiş zərər üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada maddi
məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanunauyğun
hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr
2001-ci il tarixli 571 nömrəli fərmanı ilə siyasi vəzifələr
tutan dövlət qulluqçuları qanunvericilikdə nəzərdə tutulan
hallarda və qaydada vəzifədən çıxarıla bilərlər.
-
74
-
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün
cavabdehdir.
Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət
qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz
göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli
rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu
məsuliyyətdən azad olunur.
§4.4. Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən
şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub -
olmamasının qabaqcadan yoxlanması və ixtisas
dərəcələrinin verilmə qaydaları.
Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən
şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-
olmamasının qabaqcadan yoxlanması qaydaları Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568
nömrəli Fərmanı ilə təsdiq edilmişdir .
Bu fərmana əsasən aşağıda qeyd olunanlar
yoxlanılmalıdır :
1.
Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən
şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-
olmamasının
qabaqcadan
yoxlanılması
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir.
2.
Dövlət qulluğuna girmək məqsədi ilə, müsabiqədə
iştirak etmək istəyən şəxsin sənədləri qəbul edildikdən sonra
üç iş günü müddətində Azərbaycan Respub-
- 75.
likasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya aşağıdakı orqanlara sorğular göndərir.
2.1. Şəxsin fəaliyyət qabiliyyətinə malik olması və
ya məhdud fəaliyyət qabiliyyətinə malik olması barədə
məhkəmə qərarının olub-olmamasını yoxlamaq üçün
müvafiq məhkəməyə Azərbaycan Re,spublikasının Səhiyyə
Nazirliyinə;
2.2.
Şəxsin müəyyən müddətə dövlət vəzifəsi tutmaq
hüququndan məhrum edilməsinin məhkəmə qərarı ilə təsdiq
edilib-edilməməsini
yoxlamaq
üçün
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə ;
2.3.
Şəxsin bilavasitə tabeliyində və ya nəzarəti
altında işləyəcəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qu-
dalıq (ər-ar\^adlar, onların valideynləri, qardaşlar, bacıları,
övladları) əlaqəsi olduğunu yoxlamaq üçün müvafiq dövlət
orqanlarına ;
2.4.
Qanunla nəzərdə tutulmuş hallarda şəxsin
əvvəllər məhkum olunduğunu, habelə bəraətverici əsaslar
olmadan barəsində cinayət işinin icraatına xitam verilib —
verilməməsini yoxlamaq üçün Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə;
2.5.
Şəxsin dini xadim olub - olmamasını yoxlamaq
üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsinə və Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
;
2.6.
Qanunvericiliklə
nəzərdə
tutulmuş
digər
məlumatları yoxlamaq məqsədi ilə müvafiq orqanlara .
3.
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sorğularına
dövlət qulluğuna girmək istəyən şəxs tərəfindən əl ilə
-
76
-
doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsi
əlavə edilir.
4,
Göndəri İmiş sorğular üzrə müvafiq orqanlar
tərəfindən beş iş günü müddətində yoxlama aparılır və
sorğunu göndərən Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya
müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi
vərəqəsində soyadı, adı, atasının adı, tarix, yaxın
qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olunub -
olunmaması və s. məlumatlar əks etdirilməlidir. Kadrlar
uçotunun şəxsi vərəqəsinin nümunəsini Azərbaycan
Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurası təsdiq
edir.
Yoxlamanın qaydası qanunvericiliklə müəyyən
edilir. Şəxsi (ailə ) həyatın təfsilatı yoxlanmamalıdır.
Dövlət qulluğunun keçirilməsi - dövlət xidməti
münasibətlərin yaranması, dəyişməsi və xitam edilməsini
törədən faktların məcmusu kimi başa düşülür.
Bu hüquqi faktlara aşağıdakılar aiddir.
-
dövlət qulluğuna qəbul;
dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi ;
-
dövlət qulluqçularının attestasiyası;
dövlət qulluğunda irəli çəkilmə ;
-
Dövlət qulluğuna xitam verilməsi .
77-
Dostları ilə paylaş: |