Maddə 145. Bələdiyyələrin qərarları
I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair
qərarlar qəbul edilir.
TI. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir.
III.
Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar
bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təmi
natı
I.
Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə
müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan
vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir.
Bələdiyyə
üzvlərinin
seçilməsi,
səlahiyyətlərinin
dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi,
bələdiyyələrin vaxtından əvvəl buraxılması hallan və qaydası
qanunla müəyyən edilir.
II.
Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata
keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə
bilməz.
III.
Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV.
Qanunla müəyyən edilmiş hallarda və qaydada
bələdiyyələr öz fəaliyyətləri barəsində
Azərbaycan
Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
V.
Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə,
dövlət hakimiyyəti orqanlarının qərarları nəticəsində yaranan
əlavə xərclərinin ödənilməsinə təminat verilir.
380-
X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
Maddə
147.
Azərbaycan
Respublikası
Konstitusiyasının hüquqi qüvvəsi
I.
Azərbaycan
Respublikasının
Konstitusiyası
Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə
malikdir.
Tl. Azərbaycan Respublikasının Konstitusiyası
birbaşa hüquqi qüvvəyə malikdir.
III.
Azərbaycan
Respublikasının
Konstitusiyası
Azərbaycan Respublikasının qanunvericilik sisteminin
əsasıdır.
Maddə
148.
Azərbaycan
Respublikasının
qanunvericilik sisteminə daxil olan aktlar
I.
Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi
aktlardan ibarətdir;
1 )Konstitusiya;
2)
referendumla qəbul edilmiş aktlar;
3)
qanunlar;
4)
fərmanlar;
5)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6)
mərkəzi icra hakimİ
3
^əti orqanlarının normativ aktları.
II.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq
sisteminin ayrılmaz tərkib hissəsidir.
III.
Naxçıvan Muxtar Respublikasında həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları,
381
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları
hüquqi qüvvəyə malikdir.
IV.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik
sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə
uyğun olmalıdır.
V.
Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti
orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd
gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
Maddə 149, Normativ hüquqi aktlar
I.
Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
II.
Referendumla qəbul olunmuş aktlar yalnız dərc
edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik,
icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr
üçün məcburidir.
III.
Qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti,
hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
IV.
Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və
icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi
şəxslər üçün məcburidir.
V.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına və Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası
-
382
-
Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların
tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti
orqanları, hüquqi şəxslər üçün məcburidir.
VI.
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları
Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd
olmamalıdır.
VII.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilmir.
VIII.
Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs
dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət
olunmasına) məcbur edilə bilməz və belə aktın icra
olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə
cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi
qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.
Maddə 150. Bələdiyyə aktları
I.
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və
haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)
əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin
fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına,
-
383
-
Dostları ilə paylaş: |