Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

-bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 

faizinədək azaldılması; 

-

 

həmin  dərəcədən  olan,  lakin  vəzifə  maaşı  aşağı 



olan işə keçirilməsi

-

 



daha aşağı dərəcəli işə keçirilməsi

-

 



ixtisas dərəcəsinin aşağı keçirilməsi; 

-

 



ixtisas dərəcəsindən məhrum edilməsi; 

-

 



dövlət qulluğundan azad edilməsi

Tətbiq  olunmuş  intizam  tənbeh  tədbirinin  ləğv 

edilməsi  üçün  7  gün  ərzində  Azərbaycan  Respublikasının 

Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə 

Komissiyaya şikayət vermək olar. Bu zaman intizam tənbeh 

tədbiri  10  gün  ərzində  həmin  orqan  tərəfindən  ya  ləğv 

olunmalı, ya da qüvvədə saxlanılmalıdır. Çıxarılmış intizam 

tənbeh tədbirindən şikayət verilməsi qaydası bu müddəalar 

nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericilik,  yerli  və  məhkəmə  hakimiyy'əti  orqanı 

tərəfindən müəyyən edilir. 

Dövlət  qulluqçuları  qanunvericiliklə  müəyyən 

edilmiş hallarda və qaydada inzibati məsuliyyətə və cinayət 

məsuliyyətinə  cəlb  oluna  bilərlər.  Dövlət  qulluqçuları 

tərəfindən  və  onların  təqsiri  üzündən  dəymiş  zərər  üçün 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maddi 

məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanunauyğun 

hərəkətləri  nəticəsində  dəymiş  zərərin  əvəzi  tam  həcmdə 

dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Azərbaycan  Respublikası  Prezidentinin  3  sentyabr 

2001-ci  il  tarixli  571  nömrəli  fərmanı  ilə  siyasi  vəzifələr 

tutan  dövlət  qulluqçuları  qanunvericilikdə  nəzərdə  tutulan 

hallarda və qaydada vəzifədən çıxarıla bilərlər. 



74



- 


Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün 

cavabdehdir. 

Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan  dövlət 

qulluqçusunun  etirazına  baxmayaraq,  həmin  rəhbər  işçi  öz 

göstərişini  qüvvədə  saxlayırsa  və  ondan  yuxarı  vəzifəli 

rəhbər  işçi  həmin  göstərişi  ləğv  etmirsə,  dövlət  qulluqçusu 

məsuliyyətdən azad olunur. 

§4.4. Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən 

şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub - 

olmamasının qabaqcadan yoxlanması və ixtisas 

dərəcələrinin verilmə qaydaları. 

Dövlət  orqanlarında  dövlət  qulluğuna  qəbul  edilən 

şəxsin  dövlət  qulluğunda  işləməsinin  mümkün  olub- 

olmamasının qabaqcadan yoxlanması qaydaları Azərbaycan 

Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 

nömrəli Fərmanı ilə təsdiq edilmişdir . 

Bu  fərmana  əsasən  aşağıda  qeyd  olunanlar 

yoxlanılmalıdır : 

1.

 

Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən 



şəxsin  dövlət  qulluğunda  işləməsinin  mümkün  olub- 

olmamasının 

qabaqcadan 

yoxlanılması 

Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu 

Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir. 

2.

 



Dövlət qulluğuna girmək məqsədi ilə, müsabiqədə 

iştirak etmək istəyən şəxsin sənədləri qəbul edildikdən sonra 

üç iş günü müddətində Azərbaycan Respub- 

- 75. 



likasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə 

Komissiya aşağıdakı orqanlara sorğular göndərir. 

2.1.  Şəxsin  fəaliyyət  qabiliyyətinə  malik  olması  və 

ya  məhdud  fəaliyyət  qabiliyyətinə  malik  olması  barədə 

məhkəmə  qərarının  olub-olmamasını  yoxlamaq  üçün 

müvafiq məhkəməyə Azərbaycan Re,spublikasının Səhiyyə 

Nazirliyinə; 

2.2.


 

Şəxsin müəyyən müddətə dövlət vəzifəsi tutmaq 

hüququndan məhrum edilməsinin məhkəmə qərarı ilə təsdiq 

edilib-edilməməsini 

yoxlamaq 

üçün 


Azərbaycan 

Respublikasının Daxili İşlər Nazirliyinə ; 

2.3.

 

Şəxsin  bilavasitə  tabeliyində  və  ya  nəzarəti 



altında işləyəcəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qu- 

dalıq  (ər-ar\^adlar,  onların  valideynləri,  qardaşlar,  bacıları, 

övladları) əlaqəsi olduğunu yoxlamaq üçün müvafiq dövlət 

orqanlarına ; 

2.4.

 

Qanunla  nəzərdə  tutulmuş  hallarda  şəxsin 



əvvəllər  məhkum  olunduğunu,  habelə  bəraətverici  əsaslar 

olmadan barəsində cinayət işinin icraatına xitam verilib  — 

verilməməsini yoxlamaq üçün Azərbaycan Respublikasının 

Daxili İşlər Nazirliyinə; 

2.5.

 

Şəxsin  dini  xadim  olub  -  olmamasını  yoxlamaq 



üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsinə və Azərbaycan 

Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 

2.6.


 

Qanunvericiliklə 

nəzərdə 

tutulmuş 

digər 

məlumatları yoxlamaq məqsədi ilə müvafiq orqanlara . 



3.

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında 



Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiyanın  sorğularına 

dövlət qulluğuna girmək istəyən şəxs tərəfindən əl ilə 



76

- 



doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsi 

əlavə edilir. 

4,

 

Göndəri  İmiş  sorğular  üzrə  müvafiq  orqanlar 



tərəfindən  beş  iş  günü  müddətində  yoxlama  aparılır  və 

sorğunu  göndərən  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiyaya 

müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi 

vərəqəsində  soyadı,  adı,  atasının  adı,  tarix,  yaxın 

qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olunub - 

olunmaması  və  s.  məlumatlar  əks  etdirilməlidir.  Kadrlar 

uçotunun  şəxsi  vərəqəsinin  nümunəsini  Azərbaycan 

Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurası təsdiq 

edir. 


Yoxlamanın  qaydası  qanunvericiliklə  müəyyən 

edilir. Şəxsi (ailə ) həyatın təfsilatı yoxlanmamalıdır. 

Dövlət  qulluğunun  keçirilməsi  -  dövlət  xidməti 

münasibətlərin  yaranması,  dəyişməsi  və  xitam  edilməsini 

törədən faktların məcmusu kimi başa düşülür. 

Bu hüquqi faktlara aşağıdakılar aiddir. 

-

 

dövlət qulluğuna qəbul



dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi ; 

-

 



dövlət qulluqçularının attestasiyası; 

dövlət qulluğunda irəli çəkilmə

-

 

Dövlət qulluğuna xitam verilməsi . 



77- 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə