Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin



Yüklə 0,73 Mb.
səhifə3/4
tarix20.04.2022
ölçüsü0,73 Mb.
#85707
1   2   3   4
V referat

Tağı-tağı tağbatağ

Başında yoxdu papaq.

Deyib onu ələ salırlar. Bu sözlər papaqsızın papaq qapmasına qədər təkrar olunur. Oyun beləcə davam edir. Oyunçuların dəyirman daşının hərlənməsi istiqamətində papaq qapıb oyunu davam etdikləri üçün bəzi yerlərdə bu oyuna "Dəyirman oyunu" adı da verilib.



Mil” oyunu

Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalınmağa başlardı. Dumbul, əvvəlcə, l ap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Pəhləvanlar şənliyin sonunda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli Pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.

Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından götürər, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq "süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.

Qeyd edək ki, altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun, qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona "üçlük”, "beşlik”, "onluq” əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar zorxanada da iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.



3.

Cənubi Azərbaycan, Naxçıvan və Lənkəran regionlarını əhatə edir və bir sıra şivə qruplarına ayrılır: 1) Təbriz, 2) Ərdəbil, 3) Urmiya, 4) Naxçıvan, 5) Lənkəran və s. Cənub ləhcəsinin qrammatik xüsusiyyətləri bunlardır:

1.İndiki zamanda -ır, -ir, -ur, -ür şəkilçisi ilə yanaşı ola-raq -ıy, -iy, -uy, -üy; -ey; -er; -ı, -i şəkilçilərinin də işlənməsi: alıy, gəliy; aley, gəley; açer, oler, geder, görer; başlanı, gedi, bili.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə