"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə208/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   204   205   206   207   208   209   210   211   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

823 


 

 

Dedi, qoyum Elçiçəyi yerimdə, 



Bəs kim qalsın Elçiçəyin yerində

Yerinc qoyum onərlərin birindən, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Özüm gəzim ölkə, ölkə Turanı, 



Mən Turanın qulluğunda dayanım, 

Olum hər gün elin, yurdun hayanı, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Böyük ölkə dolandırmaq ağırdır, 



Böyük ölkə haradasa fağırdır, 

Ona qarşı çox ölkələr paxıldlr, 

Böyük ölkə sanki şirin nağıldır, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Gərək bölüm bunu İran, Turana, 



Tərs baxacaq onda xortdan xortdana, 

Bənzəyəcək qohum-arpa, samana, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Yoxsa bitməz qan-qan deyən bu işlər, 



Bitməyəcək aramızda döyüşlər, 

Ara verməz sancı, təhqir, söyüşlər, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Böyük ölkə parçalanır içindən, 



Zəhləm gedir daha tayfa köçündən

Zəhləm gedir onun, bunun öcündən, 

Qala bilməz Turan bu cür biçimdə, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Qoy çağırım Sayan, Alan, Sayanı, 



Bəlkə onlar dolandıra Turanı, 

Yaradalar hər səliqə, sahmanı, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Turq düşünür, yorğun atı yorğadır, 



Tunqun yolu dəyişilib, başqadır, 

Gecə ulduz ətək-ətək qorğadır, 

Ay ulduzlar içrə qızıl toqqadır, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Nə deyirsən, sısqa diyar, sısqa yurd, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

824 


 

Sən də buyur öz-özünə ölkə qur, 

Az Turanın arxasınca yeri, yort, 

Öz xeyrinə onu, bunu qopart, qırt, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Muğel, Çinçay, Qoşaboğaz, Qobuçöl, 



Ay Buzboğaz, Durudaşel, Yaqutel, 

Bağlantıdan çıxın, Altay, Darvidel, 

Turan daha yolqonağı ev deyil

Qan-qadanın əvvəli var, sonu yox. 

Turq düşünür, at yanpörtü şüllənir, 

Külək vurur, yal, quyruğu yellənir, 

Dağ başında gün işığı bəllənir, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Çilçilatı gətirillər, o, şişib, 



Yaralıdır, sol sağrısı, sağ döşü, 

O kişnəyir, şaha qalxır, yer eşir, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Tunqər deyir:-Haradaydın çil atım, 



Döyüşlərdə qoruncumsan, həyatım, 

Xilaskarım, mənim qolum, qanadım, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

                *** 



 

Qarşıladı Tunqu tezdən Elçiçək

Əri yedirt, sonra aç, de, sözünü. 

Açılmışdı bol süfrələr Basevdə, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Dedi:-Ərim, hardan yara almısan, 



Arıqlayıb bir azcana solmusan, 

Eşitdim ki Tusa zəfər çalmısan, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Tunq bir dinclik duydu sanki özündə, 



Vəcdə gəldi arvadının sözündən

Iyləyərək öpdü onun üzündən, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Arvadına açdı dedi çox sözü, 



Açdı, dedi cod yalanı, ağ düzü, 

Yatdı bütün iki gecə gündüzü, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

825 


 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Gileyləndi qaynatası Turqərdən, 



-O əl çəkmir-ora, bura səfərdən, 

Salır bizi yad gözlərdə nəzərdən, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Ancaq dinib danışmadı arvadı, 



Elçiçəkdi təkcə Turqun övladı, 

Dağılardı yoxsa evi, büsatı, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

Ərlə arvad arasında söz acı, 



Arvad quzu timsalında, ər qoçu, 

Belə vaxta açmaq olmaz hər sucu, 

Əri yedirt, sonra aç, de, sözünü. 

 

 



       Başev söylənci 

 

Başev yedi, içdi, kefdən hallandı, 



Qarışdırma quşla quzu ətini. 

Hamı bildi Tunq bir azca dəyişib

Qarışdırma quşla quzu ətini. 

 

Tunqun dili acılaşdı get-gedə, 



Dedilər ki, bu keçəndir, tez gedər, 

Qaratikan tez tökülər, gül bitər, 

Tunqu çox da danlamayın, çox, yetər, 

Qarışdırma quşla quzu ətini. 

 

Açılmışdı bol süfrələr yan-yana, 



Məclis Tunqdan küsülüydü çox güman, 

Bicləmələr burdan doğur hər zaman

Qarışdırma quşla quzu ətini. 

 

Biri dedi:-Mən gücümü yığaram, 



Mən İranı beşiyində boğaram, 

O ox olsa, mən şimşəktək çaxaram, 

Qarışdırma quşla quzu ətini. 

 

Biri dedi:-Çoxuq, saya gəlmirik, 



Ölkə artır, sayımızı bilmirik, 

Ömür artır, qocalırıq, ölmürük, 

Qarışdırma quşla quzu ətini. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

826 


 

 

Biri dedi:-Turan gərək seçilsin, 



Biri dedi:-Turan gərək kiçilsin, 

Turan, İran, Çinçay-dedi-üç olsun

Qarışdırma quşla quzu ətini. 

 

Rəqs etmirdi qızlar bu gün məclisdə, 



Bərq vururdu onlar ipək təlisdə, 

Çəkinirdi Turqdan, Tunqdan üst-üstə, 

Qarışdırma quşla quzu ətini. 

 

Tunq sevmirdi qadın çöldə oynasın, 



Ölülərin qatı qanı qaynasın, 

Oynaqlasın vaxtsız tövlə danası, 

Qarışdırma quşla quzu ətini. 

 

  Duzdağda döyüş söylənci 

 

Duzdağyerin səsləncləri gurladı, 



Rəqsdən sümük, səsləncdən qan oynayar. 

Balasqelin toplumları yürüşdə, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Gec gəlmişdi Balasqlılar köməyə, 



On min atlı dönüb iti küləyə, 

Dırmaşıllar dağa, yala, ətəyə, 

Neçə gündü möhtac qalıb çörəyə, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Ac toplumu qabaqlayır Dəmirqız, 



Yaraqlanıb, qılınc, bizuc, ox, toppuz, 

Qoşquların təkərləri yararsız, 

Dəmirqızdır ondə gedən, tək-yalqız, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Xəbər çatdı Tunqa gecə yarısı, 



Zoqquldadı onun köhnə yarası, 

Görüb bunu dedi, Ağüz atası, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Dedi:-Beş min atlı getsin Duzdağa, 



On, dörd atlı qoşqu, bir də on daşqa, 

On min atlı yola düşsün Balasqa, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə