"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə206/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   202   203   204   205   206   207   208   209   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

815 


 

Barışığı min, on min il gözləmək

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq: 



-Onda buyur, otur burda şahsayaq, 

Bizdən uzaq döyüşgənlik, yal-yaraq, 

Yeyək, içək, əkin, biçin, xış, oraq... 

Onda gərək “əkbiç” evi yaradaq, 

Qancıl gəlsə tanrı gəlib qovacaq, 

Iki başev ikiləşmə deməkdir. 

 

Beş min ildir döyüş olub hər yanda, 



Hamı buna orgənibdir Turanda, 

Öc alanlar ayaq tutub İranda, 

Kim qoruyar bizi pisdən, yamandan, 

Iki başev ikiləşmə deməkdir. 

 

Turq: 


-Tanrı, Sərtüz deyir, yeydir yaxşılıq, 

Yaşayacaq yeylər tanrıqarışıq, 

Pis gedəcək, güc gələcək yaxşılıq, 

Bəsdir daha atda-butda danışıq, 

Iki başev ikiləşmə deməkdir. 

 

            *** 



 

Ikiləşdi İranda da başçılar, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

Turpar, Tusər hər gün durdu üz-üzə

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Biri dedi, yaxşı ürək, söz hanı, 



Sənsən belə qarışdıran İranı, 

Əlləşirsən odlayasan aranı, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Biri dedi, şahsan, bizə böyüksən, 



Ancaq sən öz torpağına dönüksən, 

Turun, Tunqun qabağında büküksən, 

Biri dedi, öc, qancıllıq pis işdir, 

Səninki də güləş, dalaş, döyüşdür, 

Darvidelə, Duzdaqelə yürüşdür, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Biri dedi, qurdalama yaramı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

816 


 

Sən öldürdün qardaşımı, atamı, 

Bu şahlıqda qorxu basır adamı, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Turpar: 


-Turqu, Tunqu mən yaxından görmüşəm, 

 Mən onların iç evinə girmişəm

Görüb, bilib, sevib ürək vermişəm, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

Tusər: 

-Çox böyükdən qorxma, nədir böyükdür, 



Böyük var ki, içi qurdlu, çürükdür, 

Qart ağacın köksü dəlik-dəlikdir, 

Dalğalanır dəniz, sonu kopükdür, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Turpar şahın uca olsun başrağı, 



O ağacdır, mən də onun budağı, 

O başraqdır, mən də onun saçağı, 

Böyük şahdır, məndə iti yarağı, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

-Şah baxmasın mənim acı dilimə, 



O buyursun, durum, gedim ölümə, 

Iki olsaq şahlıq iki bölünər

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Turpar: 



-Bax, belə də Turqər gücdür, hər nədir, 

Turq Turandır, Tunqər orda düymədir, 

Turan dəniz, Tunqər orda dəhnədir, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

-Bu sözlərdə yanıq iyi duyuram, 



Sən yanmısan Tunq əlində, anıram, 

Sən yanmısan, mən də indi yanıram, 

Mən şahımı öc yerimkə qoyuram, 

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

Turpar susdu, danışmadı, dinmədi, 



Ancaq yenə dediyindən dönmədi, 

Gördü Tusər ondan sözdə öndədir

Işdə üçlük ikilikdən yaxşıdır. 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

817 


 

Gördü sözlər söz deyildir iynədir, 

Tunqa gendən tərs şapalaq, sillədir, 

Üzündəki yanıq yerlər göynədi, 

İşdə üçlük ikilikdən yaxşıdır. 

 

 



 

        XIII Bölmə 

 

   Darvidellə döyüş söylənci 

 

Parsdiyarın səsləncləri gurladı, 



Döyüşlərdə söz üstündür, güc üstün? 

Iran ola gərək bütün Darvidel, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

Tusər gizli düşünmüşdü bu toyu, 



Turan üçün qazılmışdı bu quyu, 

Tunq yardıma gələcəkdi çay boyu, 

Bir də üzə çıxacaqdı bu oyun, 

Oxu atıb gizlətmişdi o yayı, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

Darvidelli ayrılmışdı Turandan, 



Istəyirdi üzülüşsün İrandan, 

Heç bilmirdi tutsun kimdən, hayandan, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

Qocalmışdı Balaşq, həm də Qaratel, 



El-elatdan ayrılırdı ilbəil, 

Diyarlaşıb yurdlaşırdı hər biri, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

Turan böyük, Turanlılar dipdiri, 



Baş girdənə, köküs enli, göz iri, 

Türkün, mağın, farsın, sakın ilk yeri, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

Çini, Hindi, Misri keç, gəl dayan, dur, 

Yerdə qalan nə vardırsa Turandır, 

Kim desə ki mən də varam, yalandır, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

Darvidelə Tunq qardaşlıq adına, 



Qurdər şahı yola saldı yardıma, 

Dedi:-Min, get mənim Çilçil atıma, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

818 


 

Toplum götür, çox güc vermə artıma, 

Sayı çatsın on iki min yarıma, 

Döyüşlərdə söz üstündür, güc üstün? 

 

                  *** 



 

Qız toplumu öncə çıxdı meydana, 

Öncə qız yox, oğlan qızdan utanır. 

Dedilər ki, biz bağlıyıq Turana, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Bu, Tusərə alçaqlama gətirdi, 



Sanki, birdən o özünü itirdi, 

Uruyerdən Qurdər özün yetirdi, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Qaş-qabaqlı çıxdı Tusər meydana, 



Dedi:-Qızlar, bu təhqirdir İrana, 

Mən qızlara bu yürüşdə qurbanam, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Sanna dedi:-Qarateləm, vuruşqan, 



Bizim qızlar döyüşgəndir, alışqan, 

De, sən kimsən, sən nəçisən, ay oğlan, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Yarımüztut beş yüz, başda dəbilqə, 



Içlərində topal, çolaq, ələngə, 

Az danışan, çox düşünən, deyingən, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Iki qırış düyünləndi alnında, 



Parlaq qılınc sıyrılandan qınından, 

Tusər gördü gözəl qızı yaxından, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Sanna vurdu, gözləmədi Tusəri, 



Iti idi qılıncının kəsəri, 

Daha iti qadın ərki, təpəri, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Çıxdı önə pota, gödək, Pişikgöz, 



Dedi:-Ay qız bir az gözlə, bir az döz, 

Bu meydanda sən maralsan, mən öküz, 

Öncə qız yox, oğlan qızdan utanır. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə