www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
875
Deyir orda ölüm-dirim savaşdır,
Muğlar, Saklar, Türklər döğma qardaşdır,
Turpar oğul, Besyar bizə Anaşdır,
Nec olsa da İran bizə qardaşdır,
Az qazanır, çox itirir tələsən.
Deyir, gedib İskəndəri qovaram,
Güc göstərsə gözlərini ovaram,
Bizuc ilə mıxlayaram divara,
Az qazanır, çox itirir tələsən.
“Avesta”nı yandırmayıb bəlkə də,
Onu bəlkə o qaçırır ölkədən,
Bəlkə şişib paxıllıqdan, hikkədən,
Afinaya pay aparır bəlkə də,
Az qazanır, çox itirir tələsən.
Yadımdadır nə deyirdi Anakar,
“Axtarandır, öyrənəndir Yunanlar,
Buna alim babalarda həvəs var”,
Az qazanır, çox itirir tələsən.
“Avesta”nı yandırıbsa o sərsəm,
Mən onsuz da onu əzbər bilirəm,
Haram olsun ona, o ad, o görkəm,
Az qazanır, çox itirir tələsən.
Gecikmişəm bu vuruşa deyəsən,
Şimşəkatım, uç, küləklə, yürü sən,
Iranlıya kömək, yardım olum mən,
Az qazanır, çox itirir tələsən.
Tələsirdi Turqər qəsddən yürüşdə,
Axşam üfüq rəng götürür gümüşdən,
Turq diskinir gözlənilməz görüşdən,
Az qazanır, çox itirir tələsən.
***
Iskəndərdir, çapan toplum önündə,
Ya ucalır, ya da ölür öndəki.
Turqər deyir:-Kimsən gələn, nəçisən?!
Ya ucalır, ya da ölür öndəki.
Qılıncını parıldadır İskəndər,
Deyir:-Kimdir yol üstündə, nə xəbər?!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
876
Mənimkilər hardan belə gəlirlər?
Ya ucalır, ya da ölür öndəki.
Turqər deyir:-Səninkilər yox daha,
Qeysər ayaq üstə durmaz bir daha,
Burda yürüş qismət deyil hər şaha,
Ya ucalır, ya da ölür öndəki.
Bura Turan, mən də Turqam, biləsən,
Afinada axtarırdım səni mən,
Filip dedi, yürüşdəsən dünəndən,
Ya ucalır, ya da ölür öndəki.
Iskəndər:
-Eşitmişəm, hörmətim var bu ada,
Nə yaxşı ki biz görüşdük Turq ata,
Ya ucalır, ya da ölür öndəki.
Səni burda böyük xaqan edərəm,
Səni yeni Atrepatan edərəm,
Iranı da böyük Turan edərəm,
Ya ucalır, ya da ölür öndəki.
Turq:
-Eşitdim ki yandırılıb “Avesta”,
-“Avesta”mız dünən getdi it-bata,
-İt-bat olmaz, onu əzbər bilirəm,
Sənə qarşı onu sipər bilirəm,
“Avesta”nı ölməz əsər bilirəm,
Ya ucalır, ya da ölür öndəki.
***
Gülə-gülə Turqa dedi İskəndər:
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Sənin belə danışmağın hədərdir,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
-Get, aparma “Avesta”nı Yunana,
Qaytar onu lap indicə Turana,
Yoxsa tamam batacaqsan al qana,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
877
Iskəndərin ala gözü qaynadı,
Lüt qılıncı başı üstə oynadı,
Turqun qalxan tutan əli qanadı,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Neçə addım Turq çəkildi geriyə,
Bir minbaşı bu an çıxdı bəriyə,
Turqa tərəf o yeriyə-yeriyə,
-Sən qocasan, vayzaqlama çox deyə,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Şimşəkqılınc yardı onun üzünü,
Lap ağzında qoydu hərzə sözünü,
Turq çatdırdı İskəndərə özünü,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Vurdu, onun böyrü soldan söküldü,
Qan fışqırdı, riyə-riyə töküldü,
Parıltılar gözlərindən çəkildi,
Turq:
-Get, “Avesta” hara, yazıq, sən hara,
Çox dərindir böyründəki o yara,
Səni qəbrə aparacaq o yara,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Yardı keçdi Turq bir neçə sıranı,
Iskəndərlə o saxladı aranı,
O, susmaqda gördü deyən çaranı,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Gürcü, Bentürk gəldi Turqa əltuta,
Yürüş etdi acıqana Turq ata,
Döşdöşəydi ərən ərə, at ata,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Üç gün çəkdi Sarkinuda bu döyüş,
Iskəndəri susqun qoydu bu dönüş,
Artdı hər gün geriləmə, tökülüş,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
O gizlətdi yarasını hamıdan,
Əlacsızdı yara dərman, sarğıdan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
878
O inlədi gizli kəskin ağrıdan,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Dedi,”Gedim Hində, Çinə, Təbətə,
Oralarda mən başlayım qarətə,
Qarət məni qaldıracaq hörmətə,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Deyən, yaram sağalacaq o vaxta,
Yoxsa burda düşəcəyəm ayaqdan,
Hədələyir məni ölüm qabaqda,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Turq düz dedi, tələsmişəm, gərək mən,
Aparaydım “Avesta”nı bu yerdən,
Yandırmışam o əsəri mən nədən,
Səhv etmişəm, günahkaram mən deyən,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
At üstündə oturmuşdu İskəndər,
Gözləyirdi yıxılmasın, birtəhər,
Daim yürüş edən beş min fateh ər,
Dönüb geri qayıdırdı bu səfər,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
***
Bu əsəri mən yazaraq qurtardım,
Həm tarixdir, həm dastandır bu əsər.
Qızıl, gümüş, kərpiç evdir tikilib,
Həm tarixdir, həm dastandır bu əsər.
Qaldı neçə əsərlərim yarımçıq,
Qocalmışam, üzülmüşəm, mən artıq,
Mənə baxıb gülür yorğun qocalıq,
Həm tarixdir, həm dastandır bu əsər.
Heydər ata, sənə rəhmət min kərə,
Bu əsəri sən bəxş etdin ellərə,
Kitab yatdı, ürəklərə, dillərə,
Həm tarixdir, həm dastandır bu əsər.
***
Dostları ilə paylaş: |