ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ


Namaz qılanın libasının şərtləri



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
93 
Namaz qılanın libasının şərtləri 
Namaz qılanın libasının altı şərti vardır: 
1. Pak olsun, yə`ni nəcis olmasın; 
2. Mübah olsun, yə`ni qəsbi olmasın; 
3. Murdar və ölü heyvandan olmasın; 
4. Әti haram olan heyvanın (dərisi və sair)  – dən 
olmasın,  hətta  haram  olan  heyvanın  bircə  tükü 
namaz qılanın üstündə və ya paltarında olsa namazı 
batildir; 
5  və  6. Әgər  namaz  qılan  kişidirsə,  libası  xalis 
ipəkdən  və  qızıldan  tikilmiş  olmasın.  Namazdan 
başqa  halda  da  kişilər  üçün  qızıl  taxmaq  və  xalis 
ipəkli libas geymək haramdır; 
Namaz qılanın məkanının şərtləri 
Namız qılanın məkanının yeddi şərti vardır: 
1. Mübah olsun: (qəsbi olmasın); 
2. Hərəkətsiz  olsun:  Әgər  vaxtın  darlığı  və  ya 
çarəsizlikdən  hərəkətli  yerdə  (məsələn:  maşın 
avtobus  və  sair  kimi)  yerlərdə  namaz  qılsa, 
mümkün  qədər  hərəkətli  halda  bir  şey  oxumasın. 
Həmçinin  maşın  və  sair  kimi  miniklər  qiblədən 
digər tərəfə hərəkət etsələr, namaz qılan da qibləyə 
tərəf dönsün; 
3. Namazı  sonadək  qıla  biləcəyinə  ehtimal 
verdiyi  bir  yerdə  namaz  qılsın:  məsələn:  Yağış  və 


 
94 
külək  və  yaxud  camaat  cəm  olan  yerdə  ehtimal 
versə  ki,  namazı  sona  yetirə  bilməyəcək,  o  yerdə 
namaz  qılmaq  səhih  deyil.  Hətta  namazını 
təsadüfən  o  yerdə  sona  yetirə  bilsə  belə  namazı 
düzgün deyildir; 
4. Damı  alçaq  olan  və  qiyam  halında  diyana 
bilməyən  və  yaxud  yerin  kiçik  olmağı  səbəbindən 
ruku və səcdələrə gedə bilməsə, namazı batildir; 
5. Әgər  namaz  qılanın  yeri  nəcis  olsa,  gərək 
namaz qılanın libasına yə ya bədəninə sirayət edən 
həddə  rütubətli  olmasın.  Әgər  alnını  qoyduğu  yer 
(möhür)  nəcis  olsa,  (quru  da  olsa  belə)  namazı 
batildir; 
6. Әgər  kişi  qadınla  bir  yerdə  namaz  qılarsa, 
qadın  bir  qədər  kişidən  arxada  dayanmalıdır. 
Amma  dediyimiz  bu  fasilə  Məkkə  şəhərində  lazım 
deyil. 
Namaz qılan üçün müstəhəb olan yerlər. 
Müqəddəs  İslam  şəriətində  məsciddə  namaz 
qılmağa  çoxlu  sifariş  olunmuşdur.  Məscidlər 
arasında ən üstün yer Məscidul-həram, ondan sonra 
Mədinədə yerləşən Peyğəmbər (səlləllahu əleyhi və 
alihi və səlləmin) məscidi daha sonra Kufə məscidi, 
ondan sonra Beytul-Muqəddəs məscidi və sonra isə 
hər  bir  şəhərin  came  məscididir.  Bundan  sonra 
məhəllə məscidi və daha sonra isə bazar məscididir. 


 
95 
Amma  Mə`sum  İmamların  hərəmində  namaz 
qılmaq  müstəhəb  və  məscidlərdən  daha  üstündür. 
Həmçinin  rəvayət  olunub  ki,  Әli  (əleyhis-salam)-ın 
hərəmində  namaz  qılmaq  iki  yüz  min  namaza 
bərabərdir.  
Qadınlar  üçün  isə  evdə  və  hətta  arxa  otaqda 
namaz qılmaq daha yaxşıdır. 
Məscidə  çox  getmək  və  habelə  namaz  qılanı 
olmayan məscidə getmək müstəhəbdir. 
Namaz qılmaq üçün məkruh olan yerlər 
Neçə  yerdə  namaz  qılmaq  məkruhdur  o 
cümlədən: 
1. Hamamda; 
2. Duzlu (şoranlıq) yerdə; 
3. İnsan ilə üzbəüz; 
4. Açıq qapı ilə üzbəüz; 
5. Ötənlər  üçün  zəhmət  olmayan  yolda  və  ya 
küçədə.  Әgər  zəhmət  sayılsa  orada  namaz  qılmaq 
haramdır; 
6. Çıraq və od ilə üzbəüz
7. Mətbəx və od olan hər hansı bir yerdə; 
8. Quyu və ya sidik çalası ilə üzbəüz; 
9. Ruhu  olan  insanın  heykəli  və  ya  şəkli  ilə 
üzbəüz,  amma  onların  üzünə  pərdə  çəkilsə  eybi 
yoxdur; 
10. Әr və arvadın yataq otağında; 


 
96 
11. Şəkil olan otaqda
12. Qəbr ilə üzbəüz; 
13. Qəbrin üstündə; 
14. İki qəbrin arasında; 
15. Qəbristanlıqda. 
Namazın tərcüməsi 
Hər  bir  müsəlmana  vacibdir  ki,  namazı  Allah 
buyurduğu  kimi  ərəbcə  qılsın.  Hər  kəs  namazı 
başqa dildə qılsa, namazının batil olmasından əlavə, 
İslam  dininə  bid᾿ət  gətirərək,  böyük  zərbə  vurmuş 
olur.  Burada  Namazın  sözlərini  ərəb  dilindən 
tərcümə  etməkdən  məqsədimiz,  siz  əziz  namaz 
qılanları,  namaz  əsnasında  Allah  müqabilində  nə 
söylədiklərinizdən xəbərdar etməkdən ibarətdir. 
Azan və iqamənin tərcüməsi 
Allahu əkbər: 
Allah hər şeydən ucadır. 
Әşhədu əlla ilahə illəllah: 
Şəhadət  verirəm  ki,  Allahdan  başqa  heç  bir 
mə`bud yoxdur. 
Әşhədu ənnə Muhəmmədən rəsulullah: 
Şəhadət 
verirəm 
ki, 
Həzrət 
Məhəmməd 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)  Allahın  rəsulu 
və göndərdiyi peyğəmbərdir. 
Әşhədu ənnə Әliyyən vəliyyulah: 


 
97 
Şəhadət  verirəm  ki,  Әli  (əleyhis-salam)  Allahın 
dostu və (Peyğəmbərin haqq canişini)-dir. 
Həyyə ələs-səlah: 
Tələsin namaza doğru! 
Həyyə ələl-fəlah: 
Tələsin nicat tapmağa doğru! 
Həyyə əla xəyril-əməl: 
Tələsin xeyir əmələ doğru! 
Qəd qamətis-səlah: 
Namaz artıq bərqərar oldu. 
La ilahə illəllah: 
Allahdan başqa heç bir mə`bud yoxdur. 
Fatihə surəsinin tərcüməsi 
Bismillahir-rəhmanir-rəhim: 
Bağışlayan və mehriban Allahın adı ilə 
Әlhəmdu lillahi rəbbil-aləmin: 
Həmd-səna,  tə`rif  aləmlərin  pərvərdigarı  olan 
Allah üçündür. 
Әrrəhmanir-Rəhim: 
O Allah ki, mehriban və rəhm edəndir. 
Maliki yəvmiddin: 
O, qiyamət gününün sahibidir. 
İyyakə nə`budu və iyyakə nəstəin: 
Yalnız  sənə  ibadət  edir  və  yalnız  səndən  kömək 
istəyirik. 
İhdinəs-siratəl-mustəqim: 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə