ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
98 
Bizi doğru yola hidayət et! 
Siratəlləzinə  ən-əmtə  əleyhim,  ğəyril  məğzubi 
əleyhim vələz-zallin: 
O  kəslərin  yoluna  ki,  onlara  ne`mət  vermisən, 
qəzəb etdiyin və azğınların yoluna yox. 
İxlas surəsinin tərcüməsi: 
Bismillahir-rəhmanir-rəhim: 
Bağışlayan və mehriban Allahın adı ilə 
Qul huvəllahu əhəd: 
De ki: Odur yeganə Allah. 
Allahus-Səməd: 
O Allah ehtiyacsızdır. 
Ləm  yəlid  və  ləm  yuləd  və  ləm  yəkun  ləhu 
kufuvən əhəd: 
Doğmayıb və doğulmayıb və Ona tay olan heç bir 
şey də yoxdur. 
Ruku və səcdələrin zikrinin tərcüməsi 
Subhanəllah: 
Pakizə və müqəddəsdir O Allah. 
Təsbihati ərbəənin tərcüməsi: 
Subhanəllahi  vəlhəmdu  lillahi  və  la  ilahə 
illəllahu vallahu əkbər. 


 
99 
Allah pakizə və müqəddəsdir, tə`rif yalnız Allaha 
məxsusdur.  Ondan  başqa  heç  bir  mə`bud  yoxdur, 
Allah hər şeydən ucadır. 
Təşəhhüdün tərcüməsi 
“Әşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləh, 
və  əşhədu  ənnə  Muhəmmədən  əbduhu  və  Rəsuluh. 
Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. 
Şəhadət  verirəm  ki,  Allahdan  başqa  ayrı  bir 
mə`bud yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)  Onun  bəndəsi 
və  elçisidir.  Ey  mənim  Allahım!  Məhəmmədə  və 
onun ailəsinə (öz) rəhmətini göndər. 
Salamların tərcüməsi: 
1. “Әssəlamu  ələykə  əyyuhən  –Nəbiyyu  və 
rəhmətullahi və bərəkatuh.” 
Ey  Peyğəmbər!  Allahın  salamı,  rəhməti  və 
bərək`əti sənə olsun! 
2. “Әssəlamu ələyna və əla ibadillahis-salihin.” 
Allahın  salamı  bizə  və  Allahın  bütün  saleh 
bəndələrinə olsun! 
3. “Әssəlamu  ələykum  və  rəhmətullahi  və 
bərəkatuh.” 
Allahın  salamı,  rəhmət  və  bərək`əti  siz 
mö`minlərə olsun! 


 
100 
Namazların qılınma qaydaları 
Sübh namazı: 
Sübh namazı iki rək`ətdir və dan yeri söküləndən 
sonra qılınır. Dəstəmaz aldıqdan sonra qibləyə tərəf 
durur və namaza başlayırıq. 
1-Azan; 
2-İqamə; 
3. Niyyət;  -  (Ayaq  üstə  durun  halda)  “Sübh 
namazını  qılıram,  vacib  qürbətən  iləllah”  sözünü 
qəlbdən keçirtmək. (Şəkil 13-14) 
4. Təkbirətul-  ehram;  İki  əlləri  qulaqlara  qədər 
qaldırıb “Allahu əkbər” deyərək namaza başlayırıq. 
(Şəkil 15) 
5. Qiraət;  Allahu  əkbər  deyib,  ayaq  üstə  duran 
halda ”Fatihə” (həmd) və “İxlas” (Tovhid) surələrini 
oxumaq. 
6. Ruku; “Fatihə” və “İxlas”surələrini oxuduqdan 
sonra  əyilib  əllərmizi  dizlərimizə  qoyaraq  üç  dəfə 
“Subhanəllah  demək  və  daha  sonra  dikəlmək. 
(Şəkil 16) 
7. Səcdələr; 
Qiyamdan, 
yə`ni 
rükudan 
qalxdıqdan sonra səcdəyə gedərək alnımızı möhürə 
qoyub üç dəfə “Subhanəllah” demək. (Şəkil 17) 
Qeyd etməliyik ki, səcdə halında (yeddi üzv) alın 
(möhürə), əllərin içi, ayaqların baş barmaqları və 


 
101 
diz  qapaqları  yerə  qoyulmalıdır.  Burunu  isə 
möhürə qoymaq müstəhəbdir. 
—Birinci  səcdədən  baş  qaldıraraq  bir  anlıq  diz 
üstə  oturur  (Şəkil-18)  və  bir  daha  səcdəyə  gedərək 
“Subhanəllah” sözünü təkrar edirik. 
—İkinci  səcdəni  yerinə  yetirdikdən  sonra 
yenidən  diz  üstə  oturur  və  bununla  da  sübh 
namazının birinci rək`ətini qılmış oluruq. 
8. İkinci  rək`əti  qılmaq  üçün  birinci  rək`ətdə 
ikinci səcdəni yerinə yetirdikdən sonra bir anlıq diz 
üstə  oturur,  sonra  dərhal  ayağa  qalxaraq  bir  daha 
“Fatihə” və “İxlas” surələrini oxuyuruq. 
9. İkinci  rək`ətdə  “Fatihə”  və  “İxlas”  surələrini 
oxuduqdan  sonra  rukuya  getməzdən  qabaq  qunut 
tuturuq.  (Şəkil  19)  Qunutda  iki  əllərin  içini 
üzümüzün  önündə  tutaraq  (qunut  üçün)  əvvəldə 
qeyd etdiyimiz duanı oxuyuruq. 
10. Qunutdan sonra rukuya gedib “Subhanəllah” 
sözünü üç dəfə təkrar edirik. 
11. Rukudan  qalxdıqdan  sonra  ayaq  üstə  durur 
və bir anlıq dayandıqdan sonra səcdəyə gedərək üç 
dəfə “Subhanəllah” sözünü təkrar edirik. 
12. İkinci  səcdədən  sonra  diz  üstə  oturub 
təşəhhüdü oxuyuruq: (Şəkil 20) 
13. Təşəhhüd  sona  çatdıqdan  sonra  salamları 
oxuyuruq. 
Qeyd: Salamları dedikdən sonra üç dəfə “Allahu 
Әkbər” və üç dəfə “Salavat” deyib səcdəyə gedirik, 


 
102 
səcdə  də  “Şukrən  lillah”  və  “Әfvən  lillah”  zikrini 
üç və daha artıq oxuyuruq. Səcdədən qalxdıqda isə, 
Həzrət  Fatimeyi  Zəhra  (səlamullahi  ələyha)-nın 
zikrini  deyirik.  Bu  qeyd  etdiklərmizin  hamısı  hər 
namazdan sonra müstəhəbdir. 
Zöhr namazı 
Günorta çağı qılınan zöhr namazı bu tərtiblədir: 
1. Niyyət:  “Zöhr  namazı  qılıram  vacib  qürbətən 
iləllah” sözünü qəlbdən keçirtmək. 
2. Təkbirətul-ehram: Allahu əkbər demək. 
Zöhr  namazı  təkbir  dedikdən  sonra  eynilə  sübh 
namazı  kimi  qılınır,  lakin  təşəhhüdən  sonra 
salamları  deməmiş  ayağa  qalxaraq  üçüncü  və 
dördüncü  rək`ətləri  aşağıdakı  göstərilən  şəkildə 
tamamlayırıq: 
1. Təsbihati-ərbəəni üç dəfə demək. 
2. Rüku: 
3. Rükudan qalxmaq: 
4. Səcdələr: 
5. İkinci səcdədən qalxmaq: 
İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa 
qalxır  və  üçüncü  rək`ət  kimi  dördüncü  rək`əti  belə 
qılırıq: 
1. Təsbihati-ərbəəni üç dəfə demək: 
2. Rüku: 
3. Rükudan qalxmaq: 


 
103 
4. Səcdələr: 
5. İkinci səcdədən qalxmaq: 
6. Təşəhhüd: 
7. Salamlar: 
Әsr namazı 
Әsr namazı eynilə Zöhr namazı kimidir və təkcə 
niyyətdə fərqlənir. Әsr namazının niyyəti belədir: 
Niyyət:  -  “Әsr  namazı  qılıram  vacib  qürbətən 
iləllah” sözünü qəlbdən keçirtmək. 
Zöhr və Әsr namazlarını həm bir-birinin ardınca, 
həm də aralarında fasilə salmaqla qılmaq olar. 
Məğrib (Şam) namazı 
1. Niyyət: 
“Məğrib 
namazı 
qılıram 
vacib 
qürbətən iləllah” sözünü qəlbdən keçirtmək. 
2. Təkbirətul- ehramı demək: 
3. Təkbirətul-  ehramı  dedikdən  sonra  sübh 
namazı kimi iki rək`ət qılınır, amma ikinci rək`ətdə 
təşəhhüddən sonra salamları deməmiş ayağa qalxıb 
üçüncü rək`ətə məşğul oluruq. 
4. Məğrib  namazının  üçüncü  rək`əti,  Zöhr 
namazının  üçüncü  rək`əti  kimi  qılınır,  amma  fərqi 
budur  ki,  üçüncü  rək`əktin  ikinci  səcdəsindən 
qalxdıqdan sonra təşəhhüd və salamları deyirik: 


 
104 
İşa (Хiftən) namızı 
İşa namazı Zöhr və Әsr namazları kimidir.  
İşa namazı təkcə niyyətdə Zöhr və Әsr namazları 
ilə fərqlənir. 
İşa namazının niyyəti belədir: 
Niyyət:  “İşa  namazı  qılıram  vacib  qürbətən 
iləllah” sözlərini qəlbdən keçirtmək. 
Qadınla kişi namazlarının arasında olan 
əsaslı fərqlər 
1. Kişilər  qısa  paltarla  da  namaz  qıla  bilərlər  və 
onlara  təkcə  övrətlərini  örtmək  vacibdir.  Amma 
müstəhəbdir  ki,  kişilər  də  təmiz  və  səliqəli  paltar 
geyindikləri  halda  namaz  qılsınlar.  Qadınlar  isə 
namzda,  üzün  dəstəmazda  yuyulan  hissəsi, 
biləklərə  qədər  əllər  istisna  olmaqla  bədənlərinin 
hər bir yerini örtməlidirlər. 
2. Kişinin  ipəkdən  və  ya  qızıldan  paltar  geyib, 
qızıldan  istifadə  etməsi  haramdır  və  belə  bir  halda 
namaz  qılsa,  namazı  da  batil  olar.  Qadının  isə  istər 
namaz,  istərsə  də  başqa  hallarda  ipək  və  qızıldan 
istifadə etməsi caizdir. 
3. Kişiyə  Sübh,  Məğrib  və  İşa  namazlarının 
“Fatihə”  və  digər  tam  bir  surəsini  ucadan,  Zöhr  və 
Әsr namazlarnın dediyimiz hissələrini isə yavaşdan 
oxumağı vacibdir. Bu hökm qadınlar üçün fərqlidir. 


 
105 
Әksinə  qadın  Sübh,  Məğrib  və  İşa  namazlarının 
“Fatihə”  və  onun  ardınca  oxunan  tam  bir  surəni 
naməhrəm  olmayan  yerdə  ucadan  oxuya  bilər,  əks 
halda isə ehtiyat vacibə görə ucadan oxumamalıdır. 
Amma bununla belə, onlara da kişilər kimi Zöhr və 
Әsr namazlarının qiraətini asta oxumaq vacibdir. 
4. Heç  bir  halda  namaz  kişinin  boynundan 
götürülməz,  qadınlar  isə  aybaşı  (heyz)  və  nifas 
hallarında  namaz  qılmamalıdırlar.  Bu  günlərdə 
qılmadıqları 
namazların 
qəzası 
da 
yoxdur. 
Oruclarının qəzasını isə tutmalıdırlar. 
Peyğəmbər (səlləllahu-əleyhi-və alihi və 
səlləm) – ə salavat 
Hər  vaxt  insan  Peyğəmbər  (səlləllahu-əleyhi-və 
alihi  və  səlləm)  –  in  mübarək  adını  (Məhəmməd, 
Әhməd), yaxud ləqəbini, künyəsini (Mustəfa, Әbul-
Qasim  və  s.)  desə,  yaxud  eşitsə,  hətta  namaz 
üstündə də olsa müstəhəbdir ki, salavat göndərsin. 
Həzrət  Rəsuli-Әkrəm  (səlləllahu-əleyhi-və  alihi 
və  səlləm)  –  in  adını  yazanda  müstəhəbdir  ki, 
salavat da yazılsın. Həmçinin daha yaxşı olar ki, hər 
vaxt o həzrəti yad etsə salavat göndərsin. 


 
106 
Camaat namazı 
Müstəhdir  ki,  insan  vacibi  namazlarını  xususilə 
gündəlik  vacibi  namazlarını  camaat  ilə  qılsın. 
Camaat namazı xususən məscidin qonşusu və onun 
azan səsini eşidənlər üçün çoxlu sifariş olunmuşdur. 
Әgər  bir  nəfər  İmam  camaata  iqtida  etsə,  o  iki 
nəfərin  namazının  bir  rək`ətinin  savabı  yüz  əlli 
rək`ət namazın savabına bərabərdir. 
Camaat namazının sayı nə qədər çox olsa, savabı 
bir o qədər çox olar. Әgər camaat namazının sayı on 
və  ondan  çox  olsa,  onun  bir  rək`ətinin  savabını 
asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, 
insanlar,  mələklər  və  cinnilər  isə  yazan  olsa  belə, 
yaza  bilməzlər.  Camaat  namazına  e`tinasızlıq 
üzündən  hazır  olmamaq  caiz  deyildir.  Həmçinin 
yaxşı  deyildir  ki,  insan  heç  bir  səbəb  olmadan 
camaat namazını tərk etsin. 
Әziz oxucular! 
Әlinizdə  olan  bu  kitab  xülasə  surətdə,  yalnız 
Allah  xatirinə  yazılmış  və  Həzrət  Siddiqeyi-Kubra, 
Fatimeyi-  Zəhra  (salamullahi  əleyha)–ya  hədiyyə 
olaraq,  əziz  xalqımızın  ixtiyarında  qoyulmuşdur. 
Kitabda  yazılan  məsələlər  haqda  geniş  mə`lumat 
almaq 
istəyən 
oxucuları 
tanınmış 
böyük 
müctəhidlərin  yazdıqları  risalələrə  və  sair  dini 
kitablara 
müraciət 
etmələrini 
xahiş 
edirik. 
Sözümüzün  sonunda  Uca  və  mərhəmətli  olan 


 
107 
Allahdan Azərbaycan  ölkəsi üçün əmin-amanlıq və 
xalqımız üçün müvəffəqiyyətlər arzulayırıq. 
 
Allahın amanında
Rüstəm Badkubeyi 2002 may ayı. 
 


 
108 
 
Mündəricat 
 
ÖN SÖZ .......................................................................... 3 
BİRİNCİ FӘSİL ............................................................ 11 
ÜSULİ-DİN ................................................................... 11 
İmamət Qur`an baxımından ...................................... 19 
İKİNCİ FӘSİL............................................................... 28 
FÜRUİ-DİN .................................................................. 28 
ÜÇÜNCÜ FӘSİL ......................................................... 40 
BÖYÜK GÜNAHLARLA TANIŞLIQ ....................... 40 
DÖRDÜNCÜ FӘSİL ................................................... 44 
İSLAMDA EHSAN ETMӘYİN FӘZİLӘTİ .............. 44 
BEŞİNCİ FӘSİL ............................................................ 47 
QUR`ANLA TANIŞLIQ ............................................. 47 
Qur`an Qur`an baxımından ....................................... 50 
Qur`anda təhrifə yol verilibmi?................................. 52 
Qur`an haqqında olan ümumi mə`lumatlar ............ 53 
ALTINCI FӘSİL ........................................................... 62 
NAMAZ VӘ ONA BAĞLI OLAN MӘSӘLӘLӘR . 62 
BİRİNCİ HİSSӘ ............................................................ 67 
QÜSL VӘ ONUN ALINMA QAYDASI .................. 67 
Qüslün alınma qaydası ............................................... 69 
İKİNCİ HİSSӘ .............................................................. 71 
DӘSTӘMAZ VӘ ONUN ALINMA QAYDASI ...... 71 
Dəstəmazı batil edən şeylər: ...................................... 71 
Dəstəmaz almağın qaydası ........................................ 71 
İstibra: ............................................................................ 72 


 
109 
Dəstəmaz barədə lazımı məsələlər ........................... 74 
Dəstəmaz alınması vacib olan əməllər ..................... 76 
ÜÇÜNCÜ HİSSӘ ......................................................... 78 
QÜSL 
VӘ 
DӘSTӘMAZ 
ӘVӘZİNӘ 
TӘYӘMMÜMÜN ALINMA QAYDASI .................. 78 
Qüsl və dəstəmaz əvəzinə təyəmmümün yolları: .. 78 
Təyəmmümün qaydası ............................................... 79 
Təyəmmümün hökmləri ............................................ 79 
DÖRDÜNCÜ HİSSӘS ................................................ 82 
NAMAZIN QILINMA QAYDASI ............................ 82 
Namazda olan vacib əməllər: .................................... 82 
Azanın deyilmə qaydası ............................................. 83 
İqamənin deyilmə qaydası ......................................... 83 
“Fatihə” (həmd) surəsi: .............................................. 84 
“İxlas” (Tovhid) surəsi: ............................................... 84 
Təsbihati ərbəə ............................................................. 85 
Rukunun zikri: ............................................................. 86 
Səcdənin zikri: .............................................................. 86 
Təşəhhüd ...................................................................... 87 
Salamlar: ....................................................................... 87 
Muvalat: ........................................................................ 88 
Qunut: ........................................................................... 88 
Namazın tə`qibatı: ....................................................... 88 
Namazı batil edən şeylər: ........................................... 89 
Namazda məkruh olan bə`zi şeylər: ......................... 90 
Namaz qılanın libasının şərtləri ................................ 93 
Namaz qılanın məkanının şərtləri ............................ 93 
Namaz qılan üçün müstəhəb olan yerlər. ................ 94 


 
110 
Namaz qılmaq üçün məkruh olan yerlər ................. 95 
Namazın tərcüməsi ..................................................... 96 
Azan və iqamənin tərcüməsi ..................................... 96 
Fatihə surəsinin tərcüməsi ......................................... 97 
İxlas surəsinin tərcüməsi: ........................................... 98 
Ruku və səcdələrin zikrinin tərcüməsi ..................... 98 
Təsbihati ərbəənin tərcüməsi: .................................... 98 
Təşəhhüdün tərcüməsi ............................................... 99 
Salamların tərcüməsi: ................................................. 99 
Namazların qılınma qaydaları ................................ 100 
Sübh namazı: .............................................................. 100 
Zöhr namazı ............................................................... 102 
Әsr namazı ................................................................. 103 
Məğrib (Şam) namazı ................................................ 103 
İşa (Хiftən) namızı ..................................................... 104 
Qadınla  kişi  namazlarının  arasında  olan  əsaslı 
fərqlər .......................................................................... 104 
Peyğəmbər (səlləllahu-əleyhi-və alihi və səlləm)  – ə 
salavat ......................................................................... 105 
Camaat namazı .......................................................... 106 
 

Document Outline

  • بسم الله الرحمن الرحيم
    • BİSMİLLAHİR-RӘHMANİR-RӘHİM
    • ÖN SÖZ
  • BİRİNCİ FӘSİL
    • ÜSULİ-DİN
      • İmamət Qur`an baxımından
  • İKİNCİ FӘSİL
    • FÜRUİ-DİN
      • Səkkizinci: “Nəhy əz münkər”
  • ÜÇÜNCÜ FӘSİL
  • DÖRDÜNCÜ FӘSİL
    • İSLAMDA EHSAN ETMӘYİN FӘZİLӘTİ
  • BEŞİNCİ FӘSİL
    • QUR`ANLA TANIŞLIQ
    • Qur`an Qur`an baxımından
    • Qur`anda təhrifə yol verilibmi?
    • Qur`an haqqında olan ümumi mə`lumatlar
  • ALTINCI FӘSİL
    • NAMAZ VӘ ONA BAĞLI OLAN MӘSӘLӘLӘR
  • BİRİNCİ HİSSӘ
  • Qüslün alınma qaydası
  • İKİNCİ HİSSӘ
    • DӘSTӘMAZ VӘ ONUN ALINMA QAYDASI
    • Dəstəmazı batil edən şeylər:
    • Dəstəmaz almağın qaydası
    • İstibra:
    • Dəstəmaz barədə lazımı məsələlər
    • Dəstəmaz alınması vacib olan əməllər
  • ÜÇÜNCÜ HİSSӘ
    • QÜSL VӘ DӘSTӘMAZ ӘVӘZİNӘ TӘYӘMMÜMÜN ALINMA QAYDASI
    • Qüsl və dəstəmaz əvəzinə təyəmmümün yolları:
    • Təyəmmümün qaydası
    • Təyəmmümün hökmləri
  • DÖRDÜNCÜ HİSSӘ
    • NAMAZIN QILINMA QAYDASI
    • Namazda olan vacib əməllər:
    • Azanın deyilmə qaydası
    • İqamənin deyilmə qaydası
    • “Fatihə” (həmd) surəsi:
    • “İxlas” (Tohid) surəsi:
    • Təsbihati ərbəə
    • Rukunun zikri:
    • Səcdənin zikri:
    • Təşəhhüd
    • Salamlar:
    • Tərtib
    • Muvalat:
    • Qunut:
    • Namazın tə`qibatı:
    • Namazı batil edən şeylər:
    • Namazda məkruh olan bə`zi şeylər:
    • Vacib namazlar
    • Namaz qılanın libasının şərtləri
    • Namaz qılanın məkanının şərtləri
    • Namaz qılan üçün müstəhəb olan yerlər.
    • Namaz qılmaq üçün məkruh olan yerlər
    • Namazın tərcüməsi
    • Azan və iqamənin tərcüməsi
    • Fatihə surəsinin tərcüməsi
    • İxlas surəsinin tərcüməsi:
    • Ruku və səcdələrin zikrinin tərcüməsi
    • Təsbihati ərbəənin tərcüməsi:
    • Təşəhhüdün tərcüməsi
    • Salamların tərcüməsi:
    • Namazların qılınma qaydaları
    • Sübh namazı:
    • Zöhr namazı
    • Әsr namazı
    • Məğrib (Şam) namazı
    • İşa (Хiftən) namızı
    • Qadınla kişi namazlarının arasında olan əsaslı fərqlər
    • Peyğəmbər (səlləllahu-əleyhi-və alihi və səlləm) – ə salavat
    • Camaat namazı

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə