  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

                                                     

 

  



                                                                            

                                                    

186 

təsdiq  olundu  ki,  qız  ən  çox  keçmiş  yunqaya  inanır  və  ən 



çox  ona  etibar  edir.  Florida  artıq  hiss  etdi  ki,  Migelin  ona 

qarşı  olan  münasibəti  xeyli  dəyişib.  Deməli,  əvvəlki  dosta 

ümid bəsləmək olar. Məhz bu yaxınlıq ilə Migel özü üçün 

qız  tərəfindən  bəraət  qazandı.  Bundan  sonra  Florida 

tamamilə onun nəzarəti altına düşdü. İndi Migel göz bəbəyi 

kimi qızı Karlosdan qorumalı idi. Çünki, çoxlarına bəlli idi 

ki,  Karlos  elə-belə  Floridadan  əl  çəkməyəcək  və  onu  ələ 

keçirmək  üçün  hələ  çox  cəhdlər  və  səylər  göstərəcək. 

Bunun da qarşısını sözsüz ki, Migel almalı idi. 

 

 



 

 

 



     XVII fəsil. Sevgililərin bir-birinə qovuşması 

 

Bəraət  qazanandan  sonra  artıq  Migel  bir  neçə  gün  ki, 

leytenant  Ramiresin  evində  Florida  ilə  körüşürdü.  Bu 

günlərdə  Karlosun  izi-tozu  da  bu  evin  həndəvərində 

görünmürdü.  Florida  elə  bilirdi  ki,  o,  birdəfəlik  qızdan  əl 

çəkib. Lakin Migel onun xasiyyətinə bələd idi və çox gözəl 

bilirdi  ki,  haçansa  Karlos  həyasızlıq  edib  bu  həyətin 

qapısından içəri girəcək. Keçmiş yunqa ilə yanaşı Osvaldo 




                                                     

 

  



                                                                            

                                                    

187 

da bu evə görüşə gəlirdi. Necə ki, Florida Migeli, eləcə də 



İlona  Osvaldonu  səbirsizliklə  burada  gözləyirdi.  Migel  öz 

görüşlərinin  vaxtını  əvvəlcədən  nizama  salmış  və  hər  gün 

bütün bunları dəqiqliklə həyata keçirirdi. Axşam vaxtı saat 

doqquzun yarısında o, dostu ilə birlikdə Ramiresin bağında 

olurdu. Gecə saat birə kimi Migel sevgilisinin yanında olub 

sonra isə gizlicə evinə yollanırdı.  

İş elə gətirdi ki, kapitan Markos Migelə ayın 25-dən iki 

gün  müddətinə  gəminin  vitse-kapitanı  kimi  “Destino”nun 

bütün  işlərini  səliqə-səhmana  salmalı  və  bütün  heyəti 

siyahıdan  keçirmək  üçün  xüsusi  göstəriş  verdi.  Migel  də 

Floridanı  xəbərdarlıq  edə  bilməyib  öz  işinin  icrası  üçün 

gəmiyə  yollandı.  İki  gün  ərzində  o,  gəminin  bütün  işlərini 

qaydasına  salmalı  və  bu  haqda  kapitan  Markosa  təqdimat 

verməli  idi.  Tərslikdən  kapitan  özü  də  gündüzlər  gəmidə 

olur və Migelin apardığı işlərə nərazət edirdi. Yoxsa, vitse-

kapitan  bir  bəhanə  taparaq  kapitana  xəbər  vermək  üçün 

Ramiresin  əvinə  gedib,  orada  Floridanı  görər  və  görüşə 

gəlmədiyinin səbəbini izah edirdi.  

Lakin  iş  elə  gətirdi  ki,  Migel  iki  günün  ərzində  həmin 

işin  öhdəsindən  gələ  bilmədi.  Gəminin  tryumları  və  su 

çəlləkləri  hazır  deyildi.  Kapitan  Xuan  Odovaldonun 

göstərişi ilə gəmiyə iki ədəd top gətirdilməliydi. Bu tapşırıq 

da yerinə yetirilməmişdi. Məhz bu səbəblərə görə Migel bir 



                                                     

 

  



                                                                            

                                                    

188 

gün  də  gəmidə  qalmalı  idi.  O,  qızı  görmədiyinə  görə 



gəmidə  başı  durmanlı  gəzirdi.  Darıxdığından  Migel  özünə 

yer  tapa  bilmirdi.  Karlos  da  fürsətdən  istifadə  edib 

Ramiresin  evinə  gəlişini  bərpa  etmiş  və  hər  vasitə  ilə 

Floridanı yenə də ələ keçirmək istəyirdi. O, yenə də Migelə 

böhtanlar yağdırır və hər cürə onu gözdən salmaq istəyirdi. 

Karlos belə bir şaiyə yaymışdı ki, Migel keçmiş sevgilisi ilə 

görüşmək,  üçün  Saraqosaya  gedib.  Bu  şaiyə  inandırıcı 

olmasa  da,  Floridada  bəzi  şühbələr  yaranmağa  başladı. 

Migel  sevgilisinə  bir  söz  demədən  gözlənilmədən  yoxa 

çıxmışdır.  Deməli,  onun  vacib  işi  olduğundan  o,  tələm-

tələsik  Barselonanı  tərk  etmişdir.  Tərslikdən  Migel  bu 

haqda Osvaldoya da heç bir söz deyə bilməmişdi. Osvaldo 

da  ki,  utandığından,  dostunun  hara  getdiyini  qoca  səyyah-

dan  soruşmağa  imkan  tapmamışdı.  Lakin  bütün  bunlara 

baxlamayaraq,  Florida  heç  cürə  Karlosa  üz  vermir  və  hər 

vaistə  ilə  onu  özündən  rədd  edirdi.  Həyasız  zadəgan  isə 

sırtıq kimi qızdan əl çəkmirdi. 

Migelin harada olduğunu bilən kapitan Markos hər gün 

evə  gəlir  və  bu  məlumat  heç  kimi  maraqlandırmadığından 

onu  daxilində  gəzdirirdi.  Atanın  ağlına  belə  gəlmirdi  ki, 

onun qızı Migel ilə görüşür və həsrətlə sevgilisinin yolunu 

gözləyir.  Nəhayət,  üçüncü  gün  Florida  təsadüfən  eşidir  ki, 

Migel  “Destino”nun  tərkibindədir  və  müvəqqəti  olaraq 



                                                     

 

  



                                                                            

                                                    

189 

komandaya rəhbərlik edir. Gec olsa da, artıq Florida dəqiq 



bilirdi  ki,  Migel  haradadır.  Bu  dəfə  də  o,  əmin  oldu  ki, 

Karlos  nə  qədər  alçaq,  yaramaz,  yalançı  və  böhtançı 

adamdır. Bu adam başdan-ayağa şərdir. 

Ertəsi günü Migel bütün işlərini qurtardığı üçün kapitan 

Markos onu gəmidə əvəz etdi. Artıq ayın 29-u idi. Migel bu 

gün rahat dincəlib, ertəsi günü gecə saat 2-dən sonra, yəni, 

sentyabrın 1-ə keçən gecə yenə də gəmiyə qayıtmalıydı. Bu 

dəfəki  qayıdış  uzun  müddətli  olacaqdı.  Ona  görə  ki,  sübh 

çağı  saat  5-də  Mərkəzi  Çiliyə  nəzərdə  tutulan  ekspedisiya 

Barselonanı  tərk  etməli  idi.  Sevgilisini  görmək  həsrəti  ilə 

yaşayan  Migel  hava  qaralana  kimi  öz  evində  dincələndən 

sonra  Florida  ilə  görüşmək  üçün  o,  Ramiresin  evinə 

yollandı.  

Qız  dəqiq  bilirdi  ki,  Migel  bu  gün  görüşə  gələcək  və 

həmişəki  vaxtdan  tez  gedib,  bağa  çıxan  otaqda  sevgilsinin 

yolunu  gözləməyə  başladı.  İlona  artıq  Osvaldo  ilə  görüş-

mək üçün bağa yollanmışdı. Hava bu gün çox qaranlıq idi 

və  tutqun  ay  işığında  heç  yeri  görmək  mümkün  deyildi. 

Məhz  bunun  üçün  Florida  bu  otaqdakı  şamları  pəncərənin 

ağzına  qoymuşdu.  Həyətin  qapısı  həmişə  açıq  olduğundan 

(İlona həmişə bu vaxt qapının çəftəsini açıq qoyur və Migel 

ilə  Osvaldo  həyətə  daxil  olandan  sonra  yenə  də  qapının 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə