  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

                                                     

 

  



                                                                            

                                                    

190 

çəftəsini  bağlayırdı)  Migel  sakitcə  həyətə  daxil  olur  və 



buradan ehmalca həmin görüş otağına yollanırdı.  

Florida  bu  dəfə  başqa  qiyafədə  idi.  O,  həmişəki  kimi 

paltarda  yox,  mavi  rəngli  parçadan  tikilmiş  gecə  xələtində 

idi. Xələtin ətəyi demək olar ki, yer ilə sürünürdü, sinəsi isə 

döşlərinin  ortasına  kimi  açıq  idi.  Onun  boynu,  çiyni  və 

sinəsi  tam  açıq  idi  və  bu  cür  onun  xarici  görünüşü  çox 

gözəl  görünürdü.  Floridanın  gözləri  həsrət  içində  olsa  da, 

sevgilisini  görən  kimi  sevincdən  parıldadı.  Üzündə 

təbəssüm  hissi  sezilməyə  başladı.  Bu  dəfəki  görüş  əvvəlki 

görüşlərə heç cür oxşamırdı. Migel içəri girib yenicə salam 

vermişdi ki, qız öz hisslərini gizlədə bilməyərək, cəld onun 

boynuna  sarıldı  və  hətta  sevincdən  ağlamaq  istədi.  Vitse-

kapitan  çox  gözəl  bilirdi  ki,  bu  neçə  gündə  qız  ondan 

nigaran  olub.  Məhz  buna  görə  də  o,  özünü  elə  qəribə 

aparırdı.  Migel  də  onu  sakitləşdirmək  üçün  qızı  bağrına 

basdı  və  əli  ilə  Floridanın  başını,  boynunu  sığallaya-

sığallaya ona təsəlli verməyə başladı. Florida da çox gözəl 

bilirdi ki, bu onların ekspedisiya yola düşənə qədər axırıncı 

görüşü  sayılır  və  növbəti  görüş,  Migel  Yeni  Dünya 

sahillərindən  sağ-salamat  qayıdandan  sonra  baş  tutacaqdı. 

Elə qəribə geyiminin səbəbi də məhz bununla izah edilirdi.  

Qız sevgilisinin boynuna elə atıldı ki, oğlan ondan kef-

əhvalını  belə  soruşmağa  imkan  tapmadı.  Tərslikdən  də  o, 



                                                     

 

  



                                                                            

                                                    

191 

kapitanın  otağının  ağzında  idi  və  onların  bu  hərəkətini 



bağda  olanlar  görə  bilərdilər.  Bundan  əlavə  onun  bir  söz 

deməyə  heç  imkanı  da  olmadı.  Florida  onun  boynuna 

sarılanda  Migelin  bütün  bədəni  məhəbbət  ehtirasından 

alışıb yanmağa başlayır və bununla da o, öz hisslərinə tam 

nəzarət  edə  bilmədi.  Qızın  bədəni  Migelin  bədəninə  tam 

sıxıldıqca,  oğlanın  başı  gicəllənir,  gözləri  dumanlanırdı. 

Demək  olar  ki,  o,  zorla  özünü  ayaq  üstə  saxlayırdı.  Elə 

həmin  hissləri  Florida  da  keçirirdi.  Özünün  taqətinə  və 

ayaqlarının  gücünə  inanmayan  və  ya  tam  etibar  etməyən 

qız  yerə  yıxılmasın  deyə,  sarmaşıq  kimi  Migelin  boynuna 

sarılmışdı. Bu gün onların məhəbbət hissləri yüksək dərəcə-

də idi, xüsusən də Florida. Heç vaxt onlar bir-birilərinə belə 

yaxın  olmamışdılar.  Görüşlərin  birində  yalnız  Migel  cürət 

edib əlini Floridanın çiyninə qoymuş, görüşüb-gedəndə isə 

qızı öpməklə kifayətlənmişdi. Lakin bu cür yaxınlıq onların 

arasında  indiyə  qədər  olmamışdı.  Məhz  buna  görə  də 

onların  hər  ikisi  bu  cür  yaxınlıqdan  özlərini  itirmiş  və 

hərəkətlərinə  nəzarət  edə  bilmirdilər.  Migel  qızı  sığallaya-

sığallaya  sonra  nə  edəcəyini  bilmirdi,  lakin  hissiyyatı  get-

gedə  güclənirdi.  O,  hətta  istəyirdi  ki,  Floridanın  başını 

qaldırıb,  onun  qırmızı  dodaqlarından  öpüş  alsın,  amma 

qızın  neçə  reaksiya  verəcəyini  əvvəlcədən  bilmirdi.  Bu 

öpüşə görə Florida sevgilisinə mənfi və ya müsbət reaksiya 



                                                     

 

  



                                                                            

                                                    

192 

verəcəkdi.  Oğlanın  ehtimalına  görə  həmin  hərəkətə  qız 



mənfi  reaksiya  verməzdi.  Çünki  qızın  hərəkətlərindən  və 

baxışlarından hiss etmək olardı ki, Florida Migelə vurulub 

və  belə  bir  öpüşdən  o,  ancaq  razı  qala  bilərdi.  Elə  həmin 

anda o, cürət edib qızın başını qaldırdı və onun dodağından 

öpmək istədi. Lakin axırıncı məqamda özünü saxlaya bildi. 

Floridanın gözləri  yumulmuşdu.  Qız utandığından Migelin 

gözlərinə  baxa  bilmirdi.  Onda  oğlan  qapının  ağzından 

ayrılmaq üçün qızı xəbərdar etdi. Florida isə bu sözlərə heç 

bir əhəmiyyət vermədi. Belə çıxırdı ki, qız bütün bədənini 

Migelə  tapşırmış  və  oğlan  onunla  nə  istəsəydi  edə  bilərdi. 

Məhəbbət  hissindən  qızın  hətta  çənəsi  və  dodaqları  əsirdi. 

Dişləri  bir-birinə  qıcıqlanmışdı.  Söz  yox  ki,  Florida  bütün 

varlığı  ilə  Migelə  vurulmuşdu  və  bu  hissini  son  görüşdə 

büruzə verdi. Oğlan dd bu yaxınlıqdan sonra başa düşdü ki, 

o,  bütün  qəlbi  ilə  Floridaya  vurulub.  Artıq  bu  dəfə  Migel 

qızı  öpmək  istədi,  lakin  bu  anda  Florida  gözlərini  açdı  və 

məstedici  gözləri  ilə  sevgilisinə  mənalı  bir  nəzər  saldı. 

Sanki o, köməksiz idi və yalnız Migeldən kömək istəyirdi. 

Florida gözlərini açan kimi oğlan udqunub ehtiramla dedi: 

-  Sinyorita,  sizə  nə  olub?  Elə  bil  nədənsə,  qorxmusu-

nuz? Mənim yanımda sizi heç bir təhlükə gözləmir. Yanım-

da özünüzü sərbəst hiss edə bilərsiniz. Əgər, istəyirsinizsə, 




                                                     

 

  



                                                                            

                                                    

193 

biz  qapıdan  aralanıb  otağın  qaranalıq  hissəsinə  gedə 



bilərik? Biz içəriyə keçsək yaxşı olar. 

-  Sizin  yanınızda  heç  kimdən  qorxmuram,  -  deyə 

Florida titrək səslə dilləndi və Migelin təklifi onun ürəyin-

dən  olduğundan,  qız  həmin  tərzdə  sözünə  davam  etdi.  - 

mən bu otaqda özümü sərbəst hiss edə bilmirəm. Qorxuram 

ki,  kimsə  bizi  bir  yerdə  görə  bilər.  İstəyirsinizsə,  biz  öz 

görüşümüzü mənim otağımda davam etdirək. 

Bu  təklif  həm  Migelin  ürəyindən,  həm  də  gözlənilməz 

idi.  “Otağım”  deyəndə  o,  yataq  otağını  nəzərdə  tuturdu. 

Görünür, Florida ürəyində olan bütün arzularını sevgilisinə 

açıb  söyləmək  istəyirdi.  Mövzu  dəyişilməsin  deyə,  Migel 

təqdiredici tərzdə bu təklifi qəbul etdi. Florida irəli yeriyib 

arxasına  qorxa-qorxa  nəzər  salaraq  qonşu  otağın  qapısını 

açıb  içəri  girdi.  Migel  hiss  etdi  ki,  qız  nədənsə  qorxur  və 

onun hərəkətləri bu gün qeyri-adi idi. O, qızın ardınca içəri 

girib astaca qapını bağladı.  

Bu  otaq  alaqaranlıq  idi  və  böyük  olmayan  otağı  yalnız 

iki şam işıqlandırırdı. Qapı ilə üzbəüz həyətə açılan pəncərə 

bir idi. Otaqda olan hər iki çarpayı sağ və sol divara bitişik 

idi. Qız çarpayının üstündə əyləşib başını aşaqı saldı. Migel 

o dəqiqə başa düşdü ki, hər şey utanmaqdan keçib, Florida 

çarpayıda  oturmaqla,  sözsüz  ki,  sevgilisini  qiyabi  olaraq 

yanına dəvət edirdi. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə