  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

                                                     

 

  



                                                                            

                                                    

251 

şeydən  xəbər  verir.  Amerikalı  akademik  Castin  Makkarti 



yazılarında  Azərbaycanda  erməni  kaloniyalarının  yaradıl-

ması haqqında bunları demişdir: “1828-1920-ci illər arasın-

da  yerlərdə  əhalinin  demoqrafik  tərkibini  ermənilərin 

xeyirinə  dəyişmək  siyasəti  nəticəsində  iki  milyondan  çox 

müsəlman  məcburi  olaraq  yaşadıqları  ərazilərdən  sürgün 

edilmiş  və  dəqiq  məlum  olmayan  sayda  insan  isə  qətlə 

yetirişmişdi...” 

Castin  Makkartinin  göstərdiyi  rəqəmlərə  görə,  1828-

1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürül-

müşdür.  

Akademik  A.  İonisian  yazır  ki,  “Yerevan  şəhərinin 

əhalisinin  yalnız  dörddə  biri  ermənilərdir,  azərbaycanlılar 

burada mütləq üstünlüq təşkil edir”. 

  

 



 

 

     IV fəsil.

 

Tükürpədici faktların sadalanması

  

 



Eşitdiyi  faktlardan  və  rəqəmlərdən  vəcdə  gələn  Sergey 

əlləri  ilə  başını  tutdu  və  bir  anlığa  qapanmış  vəziyyətdə 

qaldı.  Sonra  süfrədə  olan  mineral  sudan  bir  neçə  qurtum 

içərək Davidə nəzər salmadan heyifslənmiş halda dedi: 




                                                     

 

  



                                                                            

                                                    

252 

- Aman Allah, ermənilər nə dərəcədə həyasız olarmışlar? 



İş  ondadır  ki,  onlar  hələ  Sankt-Peterburqda  olan  zaman 

mənbəyi  məlum  olmayan  sənədlər  təqdim  edərək,  qətiy-

yətlə bildirirdilər ki, hələ eramızdan əvvəl Qafqazın cənubu 

erməni tayfalarının qədim  məskəni olubdur. Sadəcə olaraq 

müsəlmanlar  tərəfindən  sıxışdırılaraq,  onların  müstəqilliyi 

əlindən alınmışdır. 

-  Əziz  dostum,  onlar  bu  minvanla  hər  kəsi  aldatmağa 

çalışırlar.  Qısa  müddət  ərzində  onların  həyasızlığına,  sivil 

insanlara yaraşmayan xasiyyətinə bələd olandan sonra Qri-

boyedov rus çarı I Nikolaya yazırdı: “Əlahəzrət, ermənilə-

rin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. 

Onlar  elə  tayfadandırlar  ki,  bir  neçə  il  yaşayandan  sonra 

bütün  dünyaya  bu  torpaqların  ata  və  babalarına  aid 

olduğunu qışqıracaqlar”. Mənə elə gəlir, əlavə şərhə ehtiyac 

yoxdur.  Çünki  həmin  köçürülmədən  sonra  onlar  bizə  də 

məxsus  olan  torpaqlarda  məskunlaşdılar.  Bundan  belə 

nəticə  çıxarmaq  olar  ki,  özünü  yaradıcı  insan  adlandıran 

həmin  səfir  öz  millətinə  rəva  bilmədiyi  bir  şeyi  başqa 

millətə  rəva  bildi.  Öz  amansızlığı,  qəddarlığı,  vəhşiliyi, 

zalımlığı ilə pis imic qazanan bir barbar tayfanı çiçəklənən 

bir diyarda sivil bir millətlərin arasında məskunlaşdırdılar.  

-  Məndə  olan  məlumata  əsasən,  Rus  imperatorları 

erməni  kilsəsini,  dini  qardaşlarımızı  qırğından  xilas  etmək 




                                                     

 

  



                                                                            

                                                    

253 

üçün  onları  Qafqazın  cənubuna  köçürülməsinə  qərar 



vermişdi.  Bundan  əlavə  məlumdur  ki,  erməni  katolikosları 

müraciət edəndən sonra rus monarxları onları Türk və İran 

müsəlmanların işgəncələrindən müdafiə etməli olmuşdular. 

Sergey  bilmirdi  ki,  ermənilər  Qafqaza  köçürüləndən 

sonra  ərazilərinin  genişləndirilməsi  məqsədini  güdərək, 

1836-ildə  rusların  köməyi  ilə  Azərbaycanda,  o  zaman 

fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunma-

sına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail 

oldular. 

Bu açıq həqiqət hələ  XIX əsrdrə bəlli idi. Bunu erməni 

müəllifi  V.  İşxanyan  təsdiq  edərək  yazırdı:  “Dağlıq  Qara-

bağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim 

Alban  xalqının  nəsilləri,  bir  qismi  isə  Türkiyə  və  İrandan 

qaçmış  və  Azərbaycan  torpaqlarında  təqib  və  təzyiqlərdən 

sığınacaq tapmış erməni əhalisidir”. 

Albaniyanın  vilayəti  olan  Arsakın  əhalisi  erməni  kilsə-

sinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi İ. P. Petru-

şevskiyə  görə,  “Qarabağ  heç  bir  zaman  erməni  mədəni 

mərkəzlərinə  mənsub  olmamışdır.  Erməni  kilsəsi  Albani-

yada “Ölkəni erməniləşdirmək aləti olmuşdur”. 

-  David,  axı  məlumdur  ki,  ermənilər  hələ  XIX  əsrdən 

əvvəl də  Qarabağ  ərazisində  yaşayıblar.  – rus  alimi ortaya 




                                                     

 

  



                                                                            

                                                    

254 

qoyulan  faktlarla  tam  şəkildə  razılaşmaq  istəməyərək 



inadkarcasına dilləndi.  

-  Onlarla  ailənin  yaxşı  həyat  axtarması  ilə  orada  sığına-

caq  tapması,  bu  o  demək  deyil  ki,  həmin  ərazi  onların 

qədim vətənidir. 1823-cü il məlumatına görə keçmiş Qara-

bağ xanlığının ərazisindəki 20  minə  yaxın ailəsindən cəmi 

1,5  minini  erməni  ailəsi  təşkil  edirdi.  Köçürmədən  sonra 

əhalinin  etnik  tərkibi  kəskin  şəkildə  dəyişir.  Bu  siyasət 

məqsədyönlü şəkildə davam etdirilməyə başladı. 

-  Erməni  alimləri  isə  iddia  edirlər  ki,  -  deyə  rus  ziyalısı 

alnını  ovuşdura-ovuşdura  xəyala  dalmış  şəkildə  dilləndi.  - 

hələ  İslam  bərqərar  olmamışdan  əvvəl  onlar  Qarabağda 

məskunlaşıblar. 

-  Bir  faktdır  ki,  Dağlıq  Qarabağ  erməniləri  1978-ci  ildə 

köçürülmələrinin  150  illiyini  qeyd  etmiş,  -  deyə  David 

istehza  ilə  dilləndi.  -  bu  münasibətlə  Mardakert  –  Ağdarə 

rayonunun  Marağaşen  –  Leninavan  kəndində  xüsusi  abidə 

qoymuşdular. Əziz dost, onlar həmin abidəni qoymaqla öz 

paslarını açmış və bununla da özlərini pis vəziyyətdə qoy-

dular.  Yəni,  təkzibedilməz  faktı  ermənilərin  özləri  dünya 

ictimaiyyətinə təqdim etdilər. 

- Bir çox ermənilər bildirirlər ki, hələ XIX əsrin sonunda 

ermənilər  yaranmış  partiyalar  ətrafında  birləşməsəydilər,  - 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə