  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə71/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   67   68   69   70   71   72   73   74   ...   113

                                                     

 

  



                                                                            

                                                    

263 

Yelizaveta  biləndə  ki,  atası  “Eurovision”  keçirilən 



zaman Bakıda olacaq, o, da Xəzərin qoynunda yerləşən ən 

böyük şəhərə getməyini təkid edir. Ata da heç bir müqavi-

mət göstərmədən öz razılığını bildirir. Yelizavetanın Bakı-

ya  getməsi  ən  çox  Nizaminin  ürəyindən  oldu.  Necə  olsa, 

azərbaycanlı tələbənin, mərdliyinə və qətiyyətinə görə qıza 

böyük rəğbəti vardı. Həm də qızın özünün də azərbaycanlı 

tələbəyə müəyyən bağlılığı yaranmışdı. Robert ilə olan son 

münaqişədən sonra Yelizaveta demək olar ki, hər gün dərs 

başa  çatan  kimi  Nizami  ilə  universitetin  yaxınlığındakı 

kafeyə gedib, orada bir saat vaxtını keçirirdi.  

Sergey  qızı  ilə  birlikdə  Buranovski  nənələrinə  dəstək 

olmaq üçün həmin  möhtəşəm  musiqi  yarışmasının finalına 

bilet əldə etmək istədiyini gizlətmədi. Nizami  də söz verir 

ki,  qohumlarının  vasitəsilə  o,  qiymətindən  asılı  olmayaraq 

finala bilet təşkil edəcək.  

Azərbaycanlılara  qarşı  rəğbəti  olmayan  Aleksandr  qəti 

olaraq  Bakıya  getməkdən  imtina  etdi.  Bu  məsələdə  Janna 

xüsusi  rol  oynamışdır.  Bundan  əlavə  ermənilərin  yaydığı 

təbliğata  əsasən,  gənc  müxbirdə  belə  bir  stereotip  fikir 

yaranmışdı ki,  Bakıya  gedən adamların sağ-salamat  vətən-

lərinə qayıtmağa heç kim zəmanət verə bilməz. Yəni, yayı-

lan şayiələrə əsasən həmin şəhər əcnəbilər üçün həddindən 

artıq təhlükəli yer sayılırdı. 



                                                     

 

  



                                                                            

                                                    

264 

Sergeygil  Bakı  hava  limanında  enən  təyyarədən  düşən 



kimi  onları  Nizaminin  atası  Əvəz  qarşıladı  və  o,  vaxt 

itirmədən  qonaqları,  dostu  Füzulidən  müvəqqəti  aldığı 

“Mersedes”  markalı  maşınına  mindirib,  oradan  evinə  yola 

düşdü. Nizami ilə Yelizaveta arxa oturacaqda əyləşdilər. Öz 

qonaqpərvərliyini  nümayiş  etdirən  azərbaycanlı  həkim  rus 

alimini qızı ilə birlikdə elə qarşılamışdı ki, sanki onlar bir-

birilərini  uzun  müddət  tanıyırdılar.  Onlar  tanış  olanda 

Sergey  rəsmiyyətdən  uzaq  olsun  deyə,  Əvəzdən  xahiş  etdi 

ki, ona “sən” deyə müraciət etsin. 

Aeroportdan  şəhər  istiqamətində  hərəkət  edən  maşın 

kifayət  qədər  sürət  yığdığından  nə  Sergey,  nə  də  ki,  onun 

qızı ətrafdakı mənzərəni tikililərlə birlikdə yaxşıca seyr edə 

bilmirdilər.  Marağını  gizlətməyən  rus  ziyalısı  dözə  bilmə-

yib səbirsizliklə dedi: 

-  Əvəz,  hava  limanından  bilinir  ki,  şəhəriniz  yaxşılığa 

doğru xeyli dəyişibdir. İmkan ver qoy ətrafa tamaşa edim. 

- Hamınız yol gəlmisiniz, istəyirəm sizi evə tez çatdırım 

ki, bizim yeməkləri dadasınız. – rus dilində azacıq ləhcə ilə 

də  olsa,  sərbəst  danışan  həkim  maşının  sürətini  bir  qədər 

azaltdı.  -  Günorta  yeməyindən  sonra  isə  şəhərə  çıxarıq  və 

sizi Bakının ən gəzməli yerlərinə aparacam. 

- Sən fikirləşdiyin kimi biz ac deyilik. Evə bir qədər gec 

də getsək olar.  



                                                     

 

  



                                                                            

                                                    

265 

Əvəz  maşının  sürətini  bir  qədər  də  azaltmalı  oldu. 



Bundan  sonra  əcnəbi  qonaqlar  nəzarət  bucağına  düşən 

bütün  görüntüləri  diqqətlə  seyr  etməyə  başladılar.  Maşın 



“Koroğlu”  metrostansiyasını  arxada  qoyub  Heydər  Əliyev 

prospekti  ilə  şəhər  istiqamətində  gedən  zaman,  təbiətən 

səmimi insan olan rus ziyalısı ətrafa tamaşa edə-edə bir ay 

bundan  əvvəl  Ermənistanda  olduğunu  söyləyərək,  bildirdi 

ki, Bakı ilə İrəvan şəhərləri arasında yerlə göy kimi fərq var 

–  biri  həddindən  artıq  inkişaf  edir,  o  biri  isə  tənəzzüldən 

çıxa  bilmir.  Bir  az  keçəndən  sonra  isə  o,  Ermənistanı 

inkişafdan  geri  qalan  ölkə,  Qarabağı  isə  bütün  dünyadan 

təcrid olunmuş hərbi düşərgə adlandırdı. Xüsusilə vurğuladı 

ki, orada mülkü əhalidən çox hərbi qulluqçular var. 

-  Dolanışıq  olmayanda  millət  nə  etsin  ki?  –  deyə  öz 

həkim təəssüf hissilə dilləndi. – Xalqın qayğısına qalmayan 

erməni  siyasətçiləri,  xaricdə  kef  çəkən  erməni  lobbisi  və 

onların havadarları həm Ermənistanı, həm də Qarabağı belə 

bir  şəkildə  görmək  istəyirdilər.  İndi  isə  həmin  düyündən 

çıxa bilmirlər. 

Qarabağ  işğal  olunandan  bəri  Əvəz  ailəsi  ilə  istifadədə 

olan bir uşaq bağçasının təsərrüfat üçün ayrilmış binasında 

qalırdı.  Həmin  bağçada  onun  ailəvi  dostu  olan  ədəbiyyat 

müəllimi İsgəndər də ailəsi ilə birlikdə məskunlaşmış və bu 




                                                     

 

  



                                                                            

                                                    

266 

neçə ildə bir-birilərinə kömək əllərini uzadıraq, mehribançı-



lıq şəraitində ömür sürürdülər.  

Bundan əlavə Əvəz hələ Qarabağda tanış olduğu Füzuli, 

Kamil  və  Vahidlə  də  dostluq  edir  və  mütəmadi  olaraq 

onlarla görüşlər keçirirdi. Elə rus qonağını qarşılamaq üçün 

maşını  ona  Füzuli  vermişdi  ki,  tarixiçi  pedaqoq  heç  bir 

əziyyətlə üzləşməsin. 

Əvəz  qonaqları  Keşlə  qəsəbəsində  yerləşən  keçmiş  “Ət 

kombinatı”nın  yaxınlığındakı,  böyük  olmayan  həmin 

bağçanın ərazisinə gətirdi.  

Şəhər  xəstəxanalarının  birində  həkim  işləyən  Əvəz  bir 

azərbaycanlı  kimi  qonaq  qarşısına  necə  çıxmağı  yaxşı 

bilirdi.  O,  elə  etməliydi  ki,  oğlunun  müəllimi  nəinki  onun 

evindən,  hətta  Azərbaycandan  belə  narazı  getməsin.  Məhz 

buna  görə  də  Əvəz  əvvəlcədən  planlaşdırmışdı  ki,  ziyafət-

dən  sonra  Sergeyi  qızı  ilə  birlikdə  dostu  Füzulinin  evinə 

aparsın ki, onlar lazımi şəkildə istirahət edə bilsinlər. 

Qapını  48-51  yaşlı,  başını  yaylıqla  örtmüş  o  qədər  də 

kök olmayan, uzunsifət, xoş baxışlı, alçaqboy, yaraşıqlı bir 

qadın  açdı  və  sevincək  halda  hamını  salamladı.  Gələnlər 

həmin an içəri dəvət edildilər. 

Nizamidən başqa Əvəzin 16 və 19 yaşında iki qızı və 25 

ilini başa vuran bir oğlu da vardı. Füzuli adlı oğlu mühafizə 

polisinin  əməkdaşı  kimi  özəl  bankların  birini  qoruyurdu. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə