  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə73/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

                                                     

 

  



                                                                            

                                                    

271 

-  Təəssüflər  olsun  ki,  əminamanlıq  olan  dövrdə  bizim 



rayonda olmamısınız. – deyə həkim nostalji əhval ilə dillən-

di.  -  Sizə  meşəlikdə  elə  kabab  çəkərdim  ki,  dadı  indi  də 

damağınızdan  getməzdi.  Hayıf  ki,  həmin  ərazilər  qara 

qarğaların  əlinə  keçibdir.  Ermənilər  iyirmi  ilə  yaxındır 

oranı viran qoyurlar.   

Mən,  80-ci  illərdə  Cəbrayıl  rayonunda  olanda  oranın 



təbiətinə  heyran  qalmışdım,  lakin  bu  dəfə  gördüklərimə 

inanmadım.  –  deyə  rus  ziyalısı  məyus  halda  dilləndi.  - 

Arazın  sol  sahilində  olan  Cəbrayılın  nə  vaxtsa  çiçəklənən 

kəndlərindən  əsər-əlamət  belə  qalmayıbdır.  Yaşıllıqlara 

qərq  olan  kəndlər  xarabalığa  bənzəyir.  Rayon  mərkəzində 

tikilmiş görkəmli inzibati binalar, salınmış park və meydan-

lar,  yaşıllıq  sahələri  büsbütün  dağıdılıbdır.  Sanki  həmin 

yerdə böyük bir rayon mərkəzi yerləşməmişdir.

 



Tarixi  abidələrin  demək  olar  ki,  hamısı  yerlə  yeksan 



edilibdir. – deyə Füzuli hiddətlə dilləndi. - Onlar bütünlüklə 

bizimkilərin orada yaşamasının izini itirməyə çalışırlar.  

 



Abidələrin  məhv  edilməsi  artıq  vandalizm  aktıdır.  – 



Sergey  təəssüflə  dilləndi.  –  Gördüklərimdən  və  eşitdik-

lərimdən  sonra  onlara  insan  deməyə  adamın  dili  gəlmir. 

Maddi-mədəni irsi də yer üzündən silmək olar?

 



Hörmətli  qonaq,  Cəbrayıl-Zəngilan  ərazisində  ötən 

əsrlərdən bu günümüzədək salamat qalıb yaşaya bilən nəhəng 




                                                     

 

  



                                                                            

                                                    

272 

çinar  ağaclarını  bir  necə  gündə  məhv  etmək,  onu  adi  mebel 



parçasına  çevirmək  ən  böyük  ekoloji  cinayətdir.  –  deyə 

Heydər ürəkyanğısı ilə dilləndi. - Erməni işğalı altında olan bu 

çinarlar  fəlakətlə  üz-üzə  dayanıb,  erməni  vəhşiliyi  bütün 

sərhədləri  aşıb  keçibdir.  Hətta  faşistlər  Belorusu  işğal  edən 

zaman,  meşələrdə  gizlənən  partizanların  müqavimətilə 

üzləşəndə belə, onlar oradakı ağacları yandırmamışdılar.

 



Mən,  Qarabağda  səhiyyə  sahəsində  işləyəndə  həmin 



diyarın demək olar ki, hər bir yerinə, o cümlədən, Cəbrayıl 

və  Zəngilana  ezam  olunurdum.  –  deyə  peşəkar  həkim 

həqarətlə  dilləndi.  -  Cəbrayılda  olarkən,  mən  yaşı  800  il 

olan  çinar  ağacının  möhtəşəm  duruşuna  vurulmuşdum. 

Həmin rayona da əsasən, təbiət abidəsi olan qocaman ağaca 

tamaşa  etmək  üçün  getmişdim.  İşğalçılar  “uf”  etmədən 

həmin təbiət abidəsini kökündən kəsiblər.

 



Əvəz  qardaş,  inana  bilməzdim  ki,  sən  belə  detallara 

fikir verirsən? – deyə Heydər təəccüblə dilləndi. - Erməni-

lər ağacı kəsəndən sonra həmin  sahədə  yerləşən sərin sulu 

kəhriz  də  məhv  oldu.  Cəbrayıl  rayonunda  çoxyaşlı  qoz 

bağları,  həmçinin  ayrı-ayrı  kəndlərdə  meyvəsinə  görə 

becərilmiş iri diametrli qoz ağacları material kimi doğrana-

raq  Ermənistana  daşınır.  Rayonun  meşə  örtüyü  amansız-

casına məhv edilibdir.

 



                                                     

 

  



                                                                            

                                                    

273 



İşğal  olunmuş  torpaqlar  mütəmadi  yandırılır,  -  deyə 



Kamil bu məsələ ilə öz fikrini bildirməyə başladı.  – uzun-

ömürlü  ağaclar  qırılaraq  Ermənistana  daşınır,  dünya  əhə-

miyyətli  təbii  və  yeraltı  sərvətlərə  ziyan  vurulur. 

Bununla 


da təbiətin fauna və florası məhv edilir.  

-  Hələ  bu  harasıdır?  –  deyə  Vahid  başladığı  fikri  başa 

çatdırmağa çalışdı. - Diridağın özünəməxsus ekosisteminin 

işğaladək  qoruyub  saxladığı  əsrarəngiz  təbiət  güşələri, 

mineral  maddələrlə  zəngin  əvəzedilməz  içməli  su  mənbə-

ləri  erməni  işğalçıları  tərəfindən  tamamilə  məhv  edilib. 

Araz çayının sol sahilində, Diridağın üzərində tikilmiş “Qız 

qalası”  və  500  kvadratmetri  əhatə  edən  Sirik  qalası  da 

mənfur erməni siyasətinin qurbanı olmuş, darmadağın edil-

mişdir.  Bu  barədə  rəsmi  Bakı  dəfələrlə  BMT-yə  və  digər 

aidiyyəti  beynəlxalq  qurumlara  müraciət  etsə  də,  onlar  isə 

susur.  


-  Vəziyyət  bu  şəkildə  davam  etdikcə  də  işğal  olunmuş 

torpaqlarımızda  biomüxtəlifliklər  sürətlə  tükənir.  –  deyə 

söhbətdən  həvəslənən  Heydər  heç  kimə  imkan  vermədən 

ciddi halda əlavə etdi. - Ümumdünya Mədəni və Təbii İrsin 

mühaifzəsi  haqqında  Konvesiyaya  üzv  olan  Ermənistan 

Azərbaycanın  işğal  etdiyi  ərazilərdə  olmazın  vəhşiliklər 

törədir,  bəşəri  əhəmiyyət  daşıyan  nadir  təbiət  və  mədəniy-

yət incilərini dağıdır. 




                                                     

 

  



                                                                            

                                                    

274 

Daşaltı  Dövlət  Yasaqlığının  və  “Topxana”  meşəsinin 



əsrarəngiz təbiəti var. – deyə Əvəz rus ziyalısının badəsinə 

araq  süzüb  aludəliklə  dilləndi.  -  Tərifi  sözə  gəlməyən 

yasaqlıq  elə  Topxanadakı  dövlət  meşə  fondunu  qorumaq 

məqsədilə  yaradılmışdı.  Burada  ağacların,  bitkilərin, 

heyvanların,  quşların  sayı-hesabı  olmazdı.  İşğal  olunmuş 

ərazilərdə endemik və nəsli kəsilməkdə olan fauna növləri-

nin  çoxu  hələ  keçmiş   ittifaq  dövründə  Beynəlxalq  Təbiəti 

Mühafizə  İttifaqının  siyahısına  və  Azərbaycanın  “Qırmızı 

kitab”ına düşmüşdü.       

-  Zəngilan  rayonunda  yerləşən  Bəsitçay  Dövlət  Təbiət 

Qoruğu  torpaq  və  iqlim  xüsusiyyətinə  görə  zəngin  təbiətə 

malik idi. - Rus ziyalısının diqqətini özünə cəlb edən Hey-

dər  əlindəki  boş  armudu  stəkanını  nəlbəkiyə  qoyub  səbir-

sizliklə dilləndi. - 117 hektar sahəni əhatə edən bu qoruğun 

ərazisində  1500  il  yaşı,  4  metr  diametri  olan  nəhəng  çinar 

ağacları qorunurdu. Bu ağaclar əsrlərdən yadigar olaraq ata-

babalarımız  tərəfindən  qorunub  saxlanmışdı,  dünyanın  hər 

tərəfindən  bu  qoruğu  görməyə  turistlər  gələrdi.  1993-cü 

ildən işğalçılar bu tarixi qoruğu məhv edir.  

Qarabağda  gedən  müharibənin  ağrı-acısını  dadan  Əvəz 

dədə  ocağından  didərgin  düşən  bir  adam  kimi  istəyirdi  ki, 

illər  boyu  qulağı  yalan  məlumatlarla  doldurulan  rus  alimi, 

burada  söylənilənlərə  xüsusi  diqqət  yetirsin  və  alim  kimi 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə