  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə69/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

                                                     

 

  



                                                                            

                                                    

255 

deyə  Sergey  xatırlatma  etdi.  -  onda  bir  çox  ölkələrin 



diqqətini öz problemlərinə cəlb edə bilməzdilər. 

-  Siyasi  cəhətcən  formalaşan  ermənilər,  dünyada  qoça-

man “Hnçaq” və “Daşnaksütyun” partiyalarına malik olma-

ları ilə öyünürlər. – David ikrah hissi ilə dilləndi. – Soydaş-

larını  qətlə  sövq  edən,  terrora  üstünlük  verən  partiyalarla 

öyünən milləti xəstə adlandırmaq olar. 

“Hnçaq” partiyasının proqramı xüsusilə qətllərə üstünlük 

verirdi: “Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, 

və  öz  xalqının  rifahına  xəyanət  etmiş  ermənilərə  aman 

verməyərək onlardan qisas almaq”.  

“Daşnaksütyun” patiyasının fəaliyyətini ardıcıllıqla izlə-

yən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: 

“Daşnaklar gələrkən özləri ilə milli nifrət toxumu gətirdilər. 

Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərin-

də erməni – müsəlman qan davası, erməni və gürcü mühari-

bəsindən başqa bir şey bitə bilməzdi”. 

Davidin  ortaya  qoyduğu  faktlar  həddindən  artıq  inan-

dırıcı  göründüyündən  Sergey  müqavimətini  dayandırmalı 

oldu.    Gələcəyin  tarixçisi  kimi  həmin  faktlar  Nizami  üçün 

də  maraqlı  idi  və  o,  söylənilən  faktların  bir  çoxunu  elmi 

əsərlərdən oxumuşdu. Ən əsas o, idi ki, vahid Azərbaycan 

tarixi  ilə  bağlı  diskussiyanı  əcnəbi  alimlər  aparırdılar. 

Deməli, bunun üçün hansısa bir səbəb vardı. Azərbaycanlı 



                                                     

 

  



                                                                            

                                                    

256 

tələbə  fikir  verdi  ki,  Sergey  Ermənistana  gedib  gələndən 



sonra  bu  məsələ  ilə  dərindən  maraqlanmağa  başlayıbdır. 

Çözülən  məslə  o  qədər  aktual  idi  ki,  Nizami  hətta  özünə 

süzdüyü  çayı  içməyə  imkan  tapmırdı.  Rus  pedaqoqu 

həmkarı ilə birlikdə daha bir badə çaxır içib, təmkinlə dedi: 

- Mənim üçün maraqlıdır, bəs nəyə görə türklər 1915-ci 

ildə  ermənilərə  qarşı  soyqırım  törətdilər?  Sağ  qalanları  isə 

ölkədən  deportasiya  etdilər.  Verilən  cavab  isə  sadə  olur: 

ermənilər  xristian  olduqları  üçün  türklər  onları  kütləvi 

surətdə məhv ediblər.   

-  Bu  tamamilə  absurd  bir  fikirdir.  –  deyə  gürcü  alimin 

dodaqlarında istehzalı gülüş əmələ gəldi və o, başını inkar-

edici tərzdə tərpədərək təmkinlə sözünə əlavə etdi. – Birinci 

Dünya  müharibəsi  başlananda  Osmanlı  Türkiyəsi  Almani-

yanın  müttəfiqi  kimi  Rusiyaya  qarşı  döyüşlər  aparmağa 

başlayır.  1915-ci  ildə  türklərin  vəziyyəti  pisləşir  və  ruslar 

hücuma keçirlər. Türklər arxa cəbhədə ermənilərin fəallaş-

dığını,  hətta  müsəlmanların  yaşadığı  kəndləri  əhali  qarşı 

məhv  etdiyini  görüb,  onları  sərhəd  zonasından  başqa  bir 

əraziyə  köçürməyə  başlayırlar.  Məhz  deportasiya  zamanı 

ermənilərin xeyli hissəsi məhv olur. 

Osmanlı Türkiyəsi Rusiya və digər dövlətlərlə müharibə 

aparan  zaman  ermənilər  arxa  cəbhədə  elə  çörəklərini 

yedikləri mülki türklərin başına olmazın müsibətlər açdılar. 



                                                     

 

  



                                                                            

                                                    

257 

Rus  əsgərləri  hansısa  bir  rayonu  ələ  keçirəndə  oradakı 



yaşayış  məskənlərində  bir  nəfər  də  olsun  salamat  mülki 

vətəndaş  qalmamışdı.  Rus  komandanlığına  sədaqətini 

nümayiş  etdirən  ermənilər  insanlığa  sığmayan  ən  dəhşətli 

üsullarla,  hətta  mən  deyərdim  ki,  nasist  Almaniyasında 

konslagerdə  saxlanılanlara  verilən  işgəncələrin  ağırlığını 

qat-qat üstələyən qəddarlıqlar tətbiq etmişdilər və bu haqda 

onların  vəhşiliyinə  tab  gətirməyən  Rus  diplomatı  general 

Mayevski  xatirələr  yazmış  və  həmin  yazı  “Ermənilərin 



törətdiyi kütləvi qırğınlar” kitabında dərc olunur: “Kənd-

lərə  aparılan  yollara  müsəlman  kəndlilərinin  süngüyə 

keçirilmiş  meyitləri,  kəsilmiş  bədən  hissələri  və  dağılıb 

tökülmüş  daxili  orqanları  səpələnmişdi…  Əsasən  qadınlar 

və  uşaqlar!  Hakimlər  və  sahibkarlar  qətlləri  təşkil  etmiş, 

erməni  ordusu  onu  yerinə  yetirmişdir.  Dərin  quyular 

qazılmış  və  köməksiz  insanlar  heyvan  kimi  kəsilərək  bir-

birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət 

daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, 

sonra isə onların başlarını kəsirdi”.  

-  Birinici  Dünya  müharibəsində  Osmanlı  Türkiyəsində 

ermənilərin fəaliyyətlərini nəzərdən keçirəndə mən də tük-

ürpədici yazılarla rastlaşmışam. – deyə Nizami üzrxahlıqla 

dilləndi.  –  Şərqi  Anadoluda  ön  cəbhədə  döyüşən  polkov-

nik-leytenant  Qryaznovun  1915-ci  ildə  Ərzincandakı 



                                                     

 

  



                                                                            

                                                    

258 

qırğınlar haqqında verdiyi raportda yazılıbdır: “11-12-mart 



gecələrində  erməni  cəlladları  Ərzincan  ətrafındakı  ərazi-

lərdə  müsəlmanları  süngülər  və  baltalarla  qətlə  yetirdilər. 

Bu  vəhşilər  öz  qurbanlarını  əksərən  öz  məlum  planları 

məqsədi  ilə  qazılmış  xəndəklərə  atırdılar.  Mənim  yavərim 

iki  yüz  (200)  belə  xəndək  saymış  və  cinayətlərin  üstünü 

açmışdı”. Ermənilər müharibə zamanı yaşından asılı olma-

yaraq  bütün  əhalini  məhv  etməklə  ölü  torpaq  siyasətini 

həyata  keçirmişdilər.  Belə  bir  üsul  elə  Qarabağ  müharibə-

sində də tətbiq olunmuşdu. 

-  Rus  tədqiqatçısı  V.  Veliçko “Qafqaz”  əsərində  yazır 

ki:  “Ermənilər  silməyə  və  gürcülərə  məxsus  olan  xram  və 

monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü 

yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır 

və  onların  yerini  erməni  yazıları  ilə  əvəz  edirlər”. –  deyə 

David  əlavə  etdi.  –  Sonradan  Qafqaza  köçən  ermənilər 

həyasızcasına  hamıya car  çəkirlər  ki,  onlar  həmin  ərazinin 

köklü sakinləri, digər millətlər isə gəlmədirlər. 

- Başa düşə bilmirəm belə yırtıcıları necə yetişdirmək və 

onlara, hətta xristian olsunlar belə necə arxa durmaq olar? – 

deyə  vahiməyə  düşən  ev  sahibi  narahat  halda  dilləndi.  – 

Gələcək nəsili belə bir hisslərlə  yetişdirən ermənilər, açıq-

aşkar şəkildə öz millətini uçuruma sürükləyirlər. Axı, onlar 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə