-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   26   27   28   29   30   31   32   33   34

L A Y İ H Ə L Ə R
______________________________
LAYİHƏ 6.3
İnternetdə Olimpiadanın qızıl medalçıları haqqında informasiyanın
olduğu veb-saytları axtarın. Nəticələr siyahısından sizin fikrinizcə faydalı
informasiyanın ola biləcəyi ən azı iki veb-sayt seçin. Hər bir saytı
qiymətləndirin. Qiymətləndirmə nəticələriniz barədə bir səhifəlik hesabat
yazın. Saytların URL ünvanını göstərməyi unutmayın. 
LAYİHƏ 6.2
1. Sevimli müğənniniz, yaxud musiqi qrupu haqqında məlumat axtarmaq
üçün istədiyiniz axtarış sisteminin ətraflı axtarış imkanından istifadə
edin.
2. Axtarış nəticələri siyahısındakı veb-səhifələrdən bir neçəsinin ölçüsünü
yoxlayın və ki çik bir saytı (ölçüsü təxminən 50K) mətn faylı kimi yazıb
saxlayın.
3. Axtarış nəticələrində olan bəzi başqa saytlara da keçin və tapdığınız in -
formasiya əsa 
sında bir səhifəlik hesabat hazırlayın. Həmin hesabata
veb-səhifədən götürülmüş ən azı bir şəkil, yaxud bir hissə mətn daxil
edin.
4. Bundan başqa, hesabatda istifadə etdiyiniz axtarış sisteminin adını gös -
tə rin. Həmin axtarış sistemini niyə seçmənizin səbəbini, tapdığınız sayt-
ların sayını və axtarış sahəsini necə daralda bilməniz haqqında fikir-
lərinizi də hesabata daxil edin. 
LAYİHƏ 6-1
1. Axtarış sistemində riyazi əməllərdən istifadə etməklə aşağıdakı ax ta rış -
la rı  aparın:
A. Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları. 
B. Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri.
2. Bul məntiqindən istifadə etməklə eyni mövzular üzrə (1-A, 1-B) axtarış
aparın.
3. Bu iki üsulla alınmış nəticələr arasındakı fərqin təsvir olunduğu qısa
hesabat hazırlayın.
117


T Ə N Q İ D İ   B A X I Ş
______________________________
Veb-də araşdırma aparmaq üçün istədiyiniz mövzunu seçin. Mövzunun
mümkün qədər spesifik olmasına çalışın; məsələn, “Olimpiadanın qızıl
medalçıları”, yaxud “Azər bay ca nın milli qoruqları”. 
Üç müxtəlif axtarış sistemindən istifadə etməklə informasiya toplayın.
Populyar axtarış sistemləri üçün cədvəl 6.1-ə müraciət edin. 
Hər bir axtarış sistemi üçün eyni axtarış texnikalarından (açarsözlərdən,
Bul ope 
ra 
tor 
la 
rın 
dan, yaxud əlaqəli axtarışlardan) istifadə edin. Hər
axtarış sistemi üçün ayrıca sütun ayır maqla cədvəl yaradın. 
Sütunların başlıqlarının altında axtarış sisteminin yerini müəyyən-
ləşdirdiyi ilk 10 saytı sadalayın. Hansı axtarış sisteminin sizin üçün daha
yaxşı nəticə verdiyini müəyyənləşdirin. 
BİRGƏ LAYİHƏ
Bu layihə qruplarla aparılır. Sinif 3-4 nəfərdən ibarət qruplara bölünür.
Layihənin məqsədi müəyyən növ həşərat, onun yaşayışı və davranışı
haqqında informasiya toplamaqdan ibarətdir. 
Hər bir qrup hər hansı bir həşərat seçir və İnternetdə axtarış aparmaq üçün
strategiyanı müəyyənləşdirir. Bir vərəqdə axtarış vasitələrinin və
üsullarının siyahısından ibarət forma yaradın. Oraya istifadə etdiyiniz
axtarış sistemlərinin, yaxud veb-saytların URL ünvanlarını əlavə edin. 
Formanın üzünü çıxarıb qrupdakı yoldaşlarınıza da verin və həşərat
haqqında hər biriniz ayrılıqda məlumat toplayın. Sonra yenə də bir yerə
yığışıb, tapdığınız məlumatları müqayisə edin. Hər bir qrup layihənin
nəticəsini sinif qarşısında təqdim edir.
118


119
SÖZLÜK
Azərbaycan
İngilis
Rus
Türk
abak
abzas, paraqraf
açar 
açarsöz
açıq, açmaq 
adlamaq 
ağac
ağıllı
axtarış sistemi 
alətlər zolağı
alqoritm
alqoritmik dil
alt indeks
animasiya
antivirus proqramı
aparat təminatı
arama, axtarış 
ardıcıllıq
arxiv
artırılmış yaddaş 
aşağı səviyyəli dil 
atqı 
ayırıcı
bağa
bağlayıcı
baş menyu
başlıq 
bayt
bənzərsiz
bərabərlik 
birləşdirmək 
bit
abacus
paragraph
switch
keyword
open
skip
tree
smart 
search engine
toolbar
algorithm
algorithmic language
subscript 
animation
antivirus software
hardware
search
sequence
archive 
extended memory
low-level language
jumper 
delimiter
turtle
connector
main menu
caption
byte
unique
equality
merge
bit
абак
абзац, параграф
переключатель
ключевое слово
открытый, открыть
пропуск, пропускать
дерево
интеллектуальный
поисковая система
панель инструментов
алгоритм
алгоритмический язык
нижний индекс
анимация
антивирусная программа
аппаратное обеспечение
поиск
последовательность
архив
дополнительная память
язык низкого уровня
перемычка
разделитель
черепашка
соединитель
главное меню
заголовок
байт
уникальный
равенство
объединять
бит
abakus
paragraf
anahtar
anahtar sözcük
açık, açmak
atlamak
ağaç
akıllı
arama motoru
araç çubuğu
algoritma
algoritmik dil
altsimge
canlandırma
virüs-önler yazılım
donanım
arama
sıra
arşiv
uzatılmış bellek
alt düzey dil
atlatıcı
sınırlayıcı
kaplumbağa
bağlaç, bağlayıcı
ana menü
başlık
bayt
tekil, benzersiz
eşitlik
birleştirmek
bit, ikil


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə