-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   26   27   28   29   30   31   32   33   34

Əgər siz kokos xoşlamırsınızsa, bu zaman sizə elə reseptlər lazım dır ki, orada
coconut (kokos) sözü olmasın. Bunun üçün minus (–) simvolundan istifadə etsək,
axtarış ifadəsi 
+cookie+recipes+chocolate–coconut
şəklində olacaq. Başqa sözlə, bu yazılış axtarış sisteminə deyir ki, cookierecipes
və  chocolate sözlərinin olduğu elə veb-saytları tapsın ki, onların içərisində
coconut sözü olmasın. 
Bu ideyanı davam etdirsək və kokosla bal olmayan şokoladlı peçenyelər üçün
resept axtarmış olsaq, onda axtarış ifadəsi 
+co okie+recipes+chocolate–coconut–honey
şəklində olmalıdır. Demək olar ki, böyük axtarış sistemlərinin hamısı riyazi əməl-
lər vasitəsilə axtarışı dəstəkləyir.  
Məntiqi əməllər vasitəsilə axtarış. İnternetdə hər hansı mövzu üzrə axtarış
aparan zaman  sizə elə gələ bilər ki, serverləri gəzişib onlardakı sənədləri gözdən
keçirirsiniz. Amma əslində axtarış verilənlər bazalarında aparılır. Verilənlər baza -
larında axtarış aparmağın bir yolu da Bul məntiqindən [Boolean logicistifadə
etməkdir. O, riyazi əməllər vasitəsilə axtarışa oxşar prinsiplə işləyir, ancaq daha
güclüdür. Bunun üçün üç məntiqi əməldən istifadə olunur:
• AND (VƏ)
• NOT (DEYİL)
• OR (VƏYA)
Peçenye ilə bağlı misalda siz axtarışı məntiqi əməllərdən istifadə etməklə,
“cookies AND recipes” ifadəsi kimi də apara bilərsiniz. Nə qədər çox anlayışı
AND ilə birləşdirsəniz, daha az nəticə almış olacaqsınız. Əgər sizə kokossuz şoko-
ladlı peçenyenin resepti lazım dır sa, axtarışı “cookies AND recipes AND chocolate
NOT coconut” üzrə apar malı olacaqsınız.  
OR əməlindən, adətən, oxşar anlayışların, yaxud terminlərin axtarışı zamanı isti-
fadə olunur. Məsələn, “cookies OR chocolate” üzrə axtarış apardıqda nəticə siyahısın-
da bu anlayışlardan biri, yaxud hər ikisi olacaq. OR əməli ilə nə qədər çox anlayışı bir-
ləşdirsəniz, axtarışda daha çox nəticə almış olacaqsınız.  
Bəzi axtarış sistemləri məntiqi axtarış aparmaqda sizə kömək etmək üçün
forma təklif edir. Məsələn, istifadə etdiyiniz axtarış sisteminin baş səhifəsində
Advanced Search [Ətraflı axtarış] hiperistinadını çıqqıldatsanız, uyğun forma
açılacaq (şəkil 6.3). Bu formadan istifadə etməklə siz dili, sözləri, frazaları daxil
edə və çıxara bilərsiniz. 
Bəzi axtarış sistemləri Bul məntiqini dəstəkləmir, ancaq əksəriyyətində
süzgəc, yaxud xüsusi meyarlar üzrə axtarış aparmaq üçün formalar nəzərdə tutu-
lub.     
103
6.
İNTERNETDƏ 
AXTARIŞ 


Ç A L I Ş M A 6.2 
1.
Axtarış sistemlərindən birinə, məsələn, Yahoo-ya keçin.
2.
Axtarış sahəsində cookies AND recipes AND chocolate daxil edin və
Web Search düyməsini çıqqıldadın, yaxud klavişini basın. 
3.
Axtarış sisteminin tapdığı hiperistinadların sayına diqqət edin. Axtarış
sisteminin başlanğıc səhifəsinə qayıdın.
4.
Axtarış sahəsində cookies AND recipes AND chocolate NOT coconut
daxil edin və   klavişini basın.
5.
Bir daha tapılan hiperistinadların sayına diqqət edin; çox güman ki, indi
onların sayı  birinci axtarışa nisbətən az olacaq.
6.
Bir, yaxud bir neçə hiperistinadı çıqqıldatmaqla veb-saytlardakı infor-
masiyanı gözdən keçirin.
7.
Brauzeri qapadın.
Əvəzləmə simvoluna görə axtarış. Ulduz simvolu (*)  əvəzləmə simvolu
[wildcard characterkimi nəzərdə tutulub. Əgər siz sözün dəqiq yazılışını
bilmirsinizsə, yaxud sözün müxtəlif variantları üzrə axtarış aparmaq istəyirsinizsə,
əvəzləmə simvolundan istifadə edə bilərsiniz. Məsələn, tutaq ki, siz “Səbail” üzrə
axtarış aparmaq istəyirsiniz, ancaq bu sözün dəqiq yazılışını bilmirsiniz (Səbail,
yoxsa Səbayel). Bu halda axtarışı belə aparmaq olar: “Səba*”.  Bəzi axtarış sis-
temləri * simvolundan yalnız sözün sonunda istifadə etməyə imkan verir; digər-
Şəkil 6.3. Google-da ətraflı axtarış forması 
104


105
lərində isə * simvolunu istər sözün sonuna, istərsə də başlanğıcına qoya bilərsiniz.
Əvəzləmə simvo luna görə axtarışı dəstəkləməyən axtarış sistemləri də vardır. 
Başlığa görə axtarış. Veb-səhifənin müəllifi onu yaradarkən veb-səhifənin,
adətən, HTML başlığını qoyur. 
Başlıq, məsələn, 
Qax
şəklində  başlıq teqləri arasında yazılır. Veb-səhifə brauzerdə açıldıqda başlıq
pəncərənin yuxarısında başlıq zolağında görünür (şəkil 6.4).      
Axtarış sistemlərinin böyük əksəriyyəti HTML sənədində başlığa görə axtarış
aparmağa imkan verir. 
Digər axtarış imkanları. Bəzi axtarış sistemlərində olan imkanlardan biri də
əlaqəli axtarışdır [related search]. Onlar axtarış sistemi tərəfindən qabaqcadan
proqramlaşdırılmış elə sorğular, yaxud suallardır ki, tez-tez oxşar informasiyanın
olduğu digər veb-saytlara aparıb çıxarır. Əlaqəli axtarış aradığınız informasiyanı
tapmaqda şansınızı əhəmiyyətli dərəcədə yüksəldə bilər. 
Bu imkanı dəstəkləyən axtarış sistemləri fərqli terminlərdən istifadə edə bilər-
lər. Siz “similar pages” (“oxşar səhifələr”), “related pages” (“əlaqəli səhifələr”),
yaxud “more pages like this” (“buna bənzər daha çox səhifələr”) terminlərinə rast
gələ bilərsiniz. Google axtarış sistemində “Oxşar səhifələr” ifadə sindən istifadə
olunur (şəkil 6.5). 
Şəkil 6.4. Başlıq zolağına nümunə
Səhifənin başlığı 
6.
İNTERNETDƏ 
AXTARIŞ 


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə