12
ADY -
1970-1985-ci illərdə yolun daxilində və
qonşu dövlətlərin dəmir yolları sərhədlərində
sərnişin / yük qatarlarının kütləvi buraxılışı
üçün böyük işlər görülüb.
1975-1979-cu illərdə Bakı elektrik dairə-
sində yoldəyişdirici və siqnalların mərkəz-
ləşdirilməsi sahəsində böyük işlər görülüb,
belə ki, 7 stansiyada 33 yoldəyişdirici mər-
kəzləşdirilmiş, 5 keçid avtomatlaşdırılmış və
33 km uzunluğunda xəttin 8 stansiyasında ya-
rım-avtobloklama quraşdırılmışdır.
1978-ci ildə Heydər Əliyevin köməyi
sayəsində Gəncə şəhərində ən son texniki na-
iliyyətlərə uyğun olaraq müasir texnologiyalı
yük vaqonlarının təmiri və istismarı deposu
tikilib istifadəyə verilmişdir.
1979-cu ildə sutka ərzində 60 elektrovo-
zun texniki baxışına imkan verən Şirvan döv-
riyyə deposu tikilmişdir.
Respublikanın şimal-qərb zonasının iq-
tisadi inkişafında böyük əhəmiyyətli işlərdən
biri də 1980-ci ildən başlanan Yevlax-Balakən
dəmiryol xəttinin tikintisi olub. Bütün tikinti
işləri 1985-ci ildə başa çatdırılmışdır.
1981-ci ildə Ələt qəsəbəsində müasir
tələblərə cavab verən refrijerator (soyuducu)
vaqon deposu tikilib istifadəyə verilmişdir.
1996-cı ildə Şirvan, 1997-ci ildə isə Culfa
və İmişli vaqon depoları yaradılmışdır.
28 dekabr 1996-cı il tarixində bütün ölkə
ictimaiyyətinin sevincinə səbəb olan Azər-
baycan Dövlət Dəmir Yolunun ilk firma qatarı
- Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə
verilmişdir.
1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon
deposunda vaqonların əsaslı təmiri işinə baş-
lanıldı.
13
ADY -
1998-ci il yanvar ayının 4-də Dübəndi ter-
minalı və neftdoldurma stansiyası açıl dı. Açı-
lış mərasimində Azərbaycan Res pub likasının
Prezidenti Heydər Əliyev işti rak etmiş, bura-
da görülən işləri yük sək qiymətləndirmişdir.
Azərbaycan Respub lika sının Prezidenti Hey-
dər Əliyev tədbirdə çıxış edərkən demişdir
ki: “- Mən bu gün burada verilən məlumatları çox
məmnuniyyət hissi ilə qəbul edirəm, belə ki, Azər-
baycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhv-
ləri artıq aradan qaldırır və gördüyü işin keyfiyyəti-
ni yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu,
çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan
iqtisadiyyatının böyük bir hissəsidir. Biz Azərbay-
can dəmir yolunu on illərlə yaratmışıq, onun mad-
di-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,
1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir
Yolu da bir çox dağıntı və itkilərə məruz qalmışdır.
Yaxşı ki, artıq bunların qarşısı alınır və mən indi
Azərbaycan Dövlət Dəmir Yolunda inkişafın baş
verdiyini görürəm”. Bundan əlavə, 1998-ci ilin
yanvar ayında Dübəndi stansiyasında vaqon-
lar üzrə texniki baxış məntəqəsi də fəaliyyətə
başlamışdır.
1998-ci ildə Azərbaycan dəmir yolunda
ilk dəfə olaraq Bakı Lokomotiv Deposunda
elektrovoz və elektrik qatarlarının əsaslı təmiri
təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin gərgin əmə-
yi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı
intensiv danışıqlar sayəsində 1997-ci ilin may
ayından etibarən Bakı-Moskva qatarlarının
hərəkəti bərpa edildi. Ulu öndər hələ o vaxt
demişdir ki: “- Rusiya Federasiyası ilə bütün
sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyət-
lidir. Azərbaycan-Rusiya dəmiryol əlaqə lərinin bö-
yük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət
ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəq-
liyyat sahələrində əlaqələr daha da inkişaf etdirilmə-
lidir”.
14
ADY -
4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqa-
mətində yeni sərnişin qatarı xəttə buraxıldı.
Yüksək standartlara cavab verən bu qatar də-
mir yolunun daxili imkanları hesabına qısa
müddət ərzində təmir olunaraq istismara ve-
rildi. Kupe, plaskart vaqonlar və vaqon-resto-
randan ibarət olan qatarda sərnişinlərin rahat-
lığı üçün hər cür şərait yaradıldı.
Daha sonra Kiyev, Brest, Xarkov, Həş-
tərxan, Sverdlovsk, Sankt-Peterburq, Novo-
sibirsk, Voronej, Lvov, Brest, Simferopol,
Odessa, Saratov, Ufa və Çelyabinsk marşrut-
ları üzrə sərnişin qatarları və qoşma vaqonlar
hərəkətə buraxıldı.
4 mart 1998-ci il tarixində Bakı-Xankəndi
firma sərnişin qatarı istismara verildi.
1996-cı ildən başlayan yeniləmə prosesi
sonrakı illərdə də davam etdirildi və 1999-cu
ildə Bakı-Gəncə istiqamətində “Ekspress” tipli
firma sərnişin qatarı sərnişinlərin istifadəsinə
verildi.
1996-cı ildən etibarən Azərbaycan dəmir
yolu tranzit marşrut kimi bir neçə beynəlxalq
nəqliyyat dəhlizində iştirak etməyə başladı.
Lakin əsas daşıma dəhlizi “TRASEKA” dəh lizi
hesab edilir. Bu sahə Böyük İpək Yolu nun Ba-
kıdan Böyük-Kəsik stansiyasına (Gür cüstanın
dövlət sərhədlərinə) qədər məsafəni və daha
sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Son-
ralar bu nəqliyyat dəhlizi qədim İpək Yolun-
dan “TRASEKA”-ya kimi yol keçdi sta tusu
alır (əslində, nəqliyyat dəhlizlərinin fəaliyyəti-
nin bərpa olunması 1994-cü ildə “Əsrin müqa-
viləsi”nin imzalanması ilə baş lanmışdır).
7-9 sentyabr 1998-ci il tarixində Ba kı şəhə-
rində Ümummilli lider Heydər Əliye vin təşəb-
büsü ilə Böyük İpək Yolunun dir çəldilməsinə
həsr olunmuş beynəlxalq konfrans keçirildi.
Bu mötəbər tədbirdə 13 dövlətin və 32 bey-
nəlxalq təşkilatın nümayəndələri iştirak edir-
dilər. İki gün davam edən konfransda Bakı Bə-
yannaməsi qəbul edildi (qəbul edi lən sənədlər
arasında Beynəlxalq tranzit daşı maları haqqın-
da Əsas çoxtərəfli saziş, həm çinin beş texniki
Əsasnamə, o cümlədən Də miryol daşımaları
sahəsində əməkdaşlıq ba rədə müqavilə də var
idi).
Müxtəlif istiqamətlərə hərəkət edən sər-
nişin qatarlarının sayının artması ilə əlaqədar
sərnişinlərə bilet satışının sürətləndirilməsi,