[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə213/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   209   210   211   212   213   214   215   216   ...   282

352 

 

 



 


353 

 

Əd.: 

M əmmədov  S., Azərbaycanın maarifp ərvər qadınları, B., 1960.

 

 



ƏFQANĠ Cəmaləddin, S e y id  C ə m a l ə d d i n  Ə f q a n i,  C ə m a l ə d d i n  H ü s e y n i (əsl ad ı S e y id   M ə 

h ə m m ə d  i b n  S ə f t ə  r; 1838-39, Hə mədan ya xınlığındakı Əsədabad kəndi - 9.3.1897, İstanbul) - görkə mli Azərbaycan 

mütəfəkkiri. "İslam birliy i" ("İttihadi-islam") din i-siyasi mübarizə cəbhəsinin banisi, islam dini islahatçısı, filosof və ictimai 

xadim.  Qəzv in  və  Tehran  şəhərlərində  yaşamış,  sonralar  din i-islahatçılıq  ba xışlarına  görə 

Əfqanıstana köçmüş, orada "Əfqani" təxəllüsü ilə tanın mışdır.  Cəmaləddin  Əfqaninin həyatı dünya 

müsəlman xalqların ın milli ictimai oyanış və milli-siyasi müstəqillik idealları ilə sıx bağ lı olmuşdur. 

O,  19  əsrin  elmi-te xniki  tərəqqisi  dövründə  hələ  də  orta  əsr  həyat  tərzində  yaşayan  müsəlman 

xalq larını  ictimai oyanışa və Avropa müstəmləkəçilərinə qarşı  milli azadlıq  mübarizəsinə çağırırdı. 

Müsəlman xalq larının  milli soykökünə, d ininə, mədəniyyətinə böyük əhəmiyyət verən Əfqaninin bu 

baxışları "Milli vəhdət fəlsəfəsi və din b irliy inin həqiq i mahiyyəti" adlı əsərində ö z əksini tap mışdır. 

Əfqani din in fəlsəfi  mahiyyəti barədə nəinki  müsəlman dünyası, bütövlükdə dünya üçün maraqlı və 

orijinal  mü lahizələr söyləmişdir. Həmin  mü lahizələrin əsası ondan ibarətdir ki,  "din birliyi olmasa, 



milli vəhdətin həqiqi mahiyyəti və həyat gücii ola bilməz..." Əfqani hə m də, Avropa mədəniyyətinin 

və  dövlətçiliy inin  mütərəqqi  ənənələrini  müsəlman  xa lqla rı  arasında  təbliğ  edirdi.  Məh z  belə   siyasi,  ictimai  və  dini 

baxışlarına  görə  Əfqani  öz  dövrünün  mühafizəkar  müsəlman  dövlətləri,  müstəmləkəçiliyə  qarşı  mübarizəsinə  görə  isə 

Avropa  hökumətləri  tərəfindən  "qəbuledilməz"  bir  adam  kimi  qarşılanırdı.  Əfqani  ö zünün  "islami  oyanış"  və  milli  b irlik 

ideyalarını  yay maq  üçün  Bombey,  Kəlkətə,  Heydərabad,  Qahirə,  Ciddə,  İstanbul,  Peterburq,  Moskva,  Paris,  London, 

Münxen  kimi  şəhərlərdə,  həmçin in  1889  ilin  sentyabrında  Tehrana  gedərkən  Bakıda  olmuşdur.  Cəmaləddin  Əfqanin in 

"İttihadi-islam" və "Milli vəhdət fəlsəfəsi..." əsərləri, mü xtəlif ölkələrdə o xuduğu mühazirələri və ayrı-ayrı adamlara yazdığı 

mə ktubları onu bütün dünyada məşhurlaşdırmışdır. 

Cə ma ləddin  Əfqaninin   müs əlman Şə rqini tənəzzüldən  xilas et mə k uğrunda  mübarizə  ideyaları 19 əsrin sonu - 20 

əsrin  əvvəllərində  daha  geniş  yayıldı.  Bu  ideyalar  20  əsrin   əvvəllərindən  aşağıdakı  kimi  ü mu miləşdirildi:  milliləşmə, 



İslamlaşma, müasirləşmə... Şərq i tənəzzü ldən xilas etməyin bu məşhur formu lu gərgin  fəlsəfi-ideoloji axtarışlar prosesində 

müəyyənləşmişdi ki, həmin  prosesin mənbəyində təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının böyük mütəfəkkiri 

Cə ma ləddin Əfqaninin inqilabi təfə kkürü dayanırdı. 

19 əsrin  sonu -  20 əsrin  əvvəllə rində, hətta sonralar da  Azə rbaycanda, Türkiyədə, ərəb  ölkələ rində, İranda bütün 

milli hərəkatla rın ideolo ji əsasında birinci növbədə məh z Əfqanin in fə lsəfəsi dayanırdı. 

Azərbaycan yazıç ıları hələ  19 əsrin sonlarında Əfqani ideyala rı ilə tanış olmuş, görkə mli publisist və ictimai xa - 

 

 

 




354 

 

dim  Əh məd bəy Ağayev (Ağaoğlu)  1894  ildə İstanbulda onunla görüşmüşdür. 19 ərsin sonu - 20 əsrin əvvəlinin  ziyalıları 



Əfqani ideyalarından geniş şəkildə faydalanmışlar.  Cəmaləddin Əfqanin in görüşləri A zərbaycanın, ümu mən, türk-müsəlman 

dünyasının  böyük  ideoloqları  İs mayıl  bəy  Qaspralı,  Ziya  Göyalp,  Əli  bəy  Hüseynzadə,  Əh məd  bəy  Ağayev,  Məhəmməd 

Əmin Rəsulzadə... üçün böyük ideya  məktəbi olmuşdur.  Cəmaləddin  Əfqani  ideyalarının təsiri  20 əsrin əvvəllərin in dövri 

mətbuatında özünü açıq şəkildə göstərir. Gö rkə mli ya zıçı və publisist Nəcəf bəy Və zirovun "Tazə həyat" (1907-08), Ceyhun 



Hacıbəylinin "İttihad" (1917-20) qəzetlərində dərc olun muş  məqalələrində Əfqani ideyaları öz əksin i tap mışdır.  Əfqanin in 

təsiri  Ə.Hüseynzadə,  Ə.Ağayev,  xüsusən  M.Rəsulzadənin  yaradıc ıhğ mda  özünü  daha  qabarıq  göstərir.  A zərbaycan  Xa lq 

Cü mhuriyyətinin   banilərindən  olan  Məhəmməd   Əmin   Rəsulzadə  hələ  1910-cu   illərin  o rtalarında  ö z  ictimai-siyasi 

mübarizəsində Əfqaninin  fəlsəfi və siyasi irsindən faydalanmışdır. Əfqani ideyaları onun 1914  ildə görkəmli türkçü şair və 

publisist  Əlabbas  Müznibin   rəhbərliy i  ilə  çıxan   "Dirilik"  (1914-16)  jurnalındakı  "Dirilik  nədir"  silsilə  məqalələrindən 

qırmızı  xətt  kimi  keçir. M.Rəsulzadə  milli ö zünüdərk, din,  milli dil, tarixi keçmişə  münasibət, müasirlik  kimi atributlardan 

bəhs  edərkən,  Cə ma ləddin  Əfqaninin  ict ima i-siyasi  və  fə lsəfi  ba xışlarını  in kişaf  etdirmişdir.  19  əsrin  sonu  -  20  əsrin 

əvvəllərində yaşayıb-yaratmış A zərbaycan mədəniyyətinin və ədəbiyyatının bir ço x xadimlərinin  əsərlərində Əfqani ideyaları 

mü xtəlif şəkildə öz əksini tapmışdır. 

 

Əd

.:  Qurbanov  Ş.,  Cəmaləddin  Əfqani  və  türk  dünyası,  B.,  1997;  Göyalp Z.,  Türkçülüyün  əsasları,  B.,  1991;  Cəfərov  N., 

Azərbaycanşünaslığa giriş, B., 2002. 



 

ƏHMƏD  CAVAD, A xundzadə  Cavad Məhəmmədəli oğlu  (5.5.1892, Şəmkir rayonunun Seyfəli  k. -  12.10.1937) 

-  şair,  müə llim  və   ict ima i  xadim.  Ruhani  ailəsində  doğulmuşdur.  İlk  təhsilin i  evdə  a lmış, 

uşaq yaşlarında türk, ərəb, fars dillərin i və Şərq  ədəbiyyatını öyrən mişdir.  1912  ildə  Gəncə ruhani 

semi- 


nariyasını ("Məktəbi-ruhaniyyə")     bitirmiş,  müəllimlik  fəaliyyəti  göstərmiş,  eyni  zamanda, 

Gəncənin ədəbi, bir qədər sonra isə ict ima i-siyasi həyatında yaxından iştirak et mişdir.    

 

 

Ba lkan və Birinci dünya müharibələ ri dövründə şair üç dəfə (1912,  1916 və 1918 



illərdə )  nü mayəndə  heyətinin  tərkibində  (iki  dəfə  ü zv,  b ir  dəfə  başçı  kimi)  Türkiyəyə  getmişdir. 

Əh məd  Cavad  Balkan  müharibəsində  qardaş  türk  xalq ına  yardıma  gələn  Qafqaz  könüllüləri 

sırasında Trakiya cəbhəsində Abdulla Şaiq lə birlikdə türk əsgərləri  ilə çiy in-çiyinə vuruşmuş, 1914 

ildə  Tü rkiyənin  Şə rq  hissəsini  işğal  et miş  rus  ordusunun  və  onların  havadarlıq  etdiyi  ermənilərin 

Qars  və  Ərzuru m  vilayətlərində  törətdiklə ri  soyqırımı  q ırğ ınların ın  qurbanı  olan  yerli  türk  əhalisinə  yardım  göstərən 

"Azərbaycan  xeyriyyə  cə miyyəti'nin  fəa liyyətində  ya xından  iştirak  et mişdir.  Şair  hə min  dövrdə  Qarsda  rastlaşdığı  ürək 

parçalayan dəhşətli mən zərəni 1915 il Novru z bayramı günü yazdığı "Nə gördümsə" şerində belə dilə gətirmişdi:

 

Ərməğanım yaslı nəğmə,  

Bir quş oldum, çıxdım yola.  

Getdim gördüm dost elində  

Nə bir səs var, nə bir layla.  

Sordum qərib minarədən:  

"Axşam olmuş, əzan hanı?  

Bayquş qonmuş minbərlərə,  

Deyən hanı, duyan hanı?" 

 

Əh məd  Cavad  xalq ımızın  qəddar düşmənləri Andronik və  Şau myanın b ilavasitə  iştirakı və başçılığ ı  ilə törədilən  



soyqırımla rın ın qarşısının a lın masında ya xından iştira k et mişdir. Şa ir A zərbaycan xa lqını xilas etməyə  gələn türk ordusunun 

əsas qoşun başçılarından olan Nuru paşa ilə yaxın dost olmuşdur. 

Bakın ı  azad  etməyə  gələn  Azərbaycan-türk  hərb i  hissələri  ilə  b irlikdə  Yasamal  dağındakı  səngərlərdə  əsgərlər 

arasında olan şair döyüş meydanında yazırdı: 



 

Atıldı dağlardan zəfər topları,  

Yürüdü irəli əsgər, Bismillah!  

O, Xan sarayında çiçəkli bir qız,  

Bəkləyir bizləri zəfər, Bismillah! 

 Ey hərbin taleyi, bizə yol ver, yol. 

 Sən ey coşan dəniz, gəl, türkə ram ol. 

 Sən ey sağa, sola qılınc vuran qol,  

Qollarına qüvvət gəlir, Bismillah! 

 

Əh məd  Cavad  uzun  illər  pedaqoji  fəaliyyət  göstərmiş,  Nəsib  bəy  Yusifbəyli  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  



maa rif na ziri ola rkən mədəni-maa rif quruculuğu işlərində ona yaxından kö mə k et mişdir. O, Bakı Darü lfünunun təşkilində də 

yaxından iştirak etmiş, ali təhsil  müəssisələrində tədris olunmaq üçün ilk dərslik  kimi "Türk dilinin sərfi və nəhvi" (1919) 

adlı sanballı kitab yazmışdır. 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə