450
siyasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilird i. Bəzi cinayət əməlləri (qətl,
soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadın ların oğurlan ması və onlara təcavüz edilməsi, yaşayış
binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərin in xarab edilməsi və s.) ü mu mi təhqiqatdan alınaraq,
müharibə dövrünün qanunları əsasında mühakimə olun malı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları
tərəfindən məsuliyyətə cəlb ed ilməli, təhqiqatın nəticələ ri hərbi məh kə mə lərə göndərilmə li idi. Bundan əlavə, aşağıdakı
əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalin in mü xtəlif təbəqələrini bir-birinə qarşı q ızışdıran yalan
mə lu matla rın və şayiələrin yayılması; höku mətin fəaliyyəti və qəra rla rı, hə rbi hissələrin ə mə liyyatları haqqında yalan
mə lu matla rın yayılması; hakimiyyət orqanların ın ra zılığı olmadan kütləvi yığıncaqla rın və mit inqlərin keç irilməsi; mü xtəlif
odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzd irilməsi, saxlan ması və ticarəti. Qərarın elan ed ilməsindən
sonra iki həftə ə rzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil vermə li idilər. Qə rarın qarşıya
qoyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi.
Əd:
Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B„ 1998
HƏRB DÖVRÜ ÜÇÜN QANUNLARIN TƏTBĠQĠ HAQQINDA QƏRARA ƏLAVƏLƏR - A zərbaycan Xalq
Cü mhuriyyəti Nazirlər Şu rasının Hərb Dövrü Üçün Qanunların Tətbiqi Haqqında Qərara əlavə olaraq qəbul etdiyi
sənədlər. Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918 il iyulun 15-də imzalan mış birinci əlavə iki bənddən
ibarətdir. 1-c i bənddə Hərb Dövrü Üçün Qanunların Tətbiq i Haqqında Na zirlə r Şurasının 23 iyun 1918 il tarixli qərarına
əsasən, müharibə dövrünün qanunları görə mühakimə o lunan cinayət əməllərin in sırasına yeniləri də əlavə edilmişdi. Bura
dövlət hakimiyyəti əleyhinə üsyan, dövləti xəyanət və güc tətbiq etməklə dələduzluq daxil id i. 2-ci bənddə Əlahiddə
Azərbaycan korpusu məhkə məsinin fəaliyyət norma ları dəqiqləşdirilirdi: korpus məhkə məsinin ç ıxa rdığı hökm təsdiq üçün
korpus ko mandirinə təqdim olun malı idi. Korpus ko mandirinə hökmü dəyişdirmə k, müəyyən edilmiş cə za ları
yüngülləşdirmək və ya tamamilə ləğv etmək səlahiyyəti verilird i. Müttəhimlərin əfv ərizələrinə də ko rpus komandiri
baxmalı idi.
Nazirlə r Şurasın ın 1918 il iyulun 18-də qəbul etdiyi ikinc i ə lavədə isə inzibati qaydada cəzalandırılan şə xslərin
sırası tamamlan mışdı. Bura ərzaq məhsullarının və ilkin tələbat mallarının qiy mətlərinin süni yolla qaldırılmasında, onların
gizlədilməsində, satışının dayandırılmasında və ya yuxarıda göstərilən məhsulların satışından imt ina edilməsində günahkar
bilinən şəxslər də da xil edilmişdi.
Əd:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Армия (документы и материалы), Б., 1998;
HƏRBĠ-BAYTAR ĠDARƏS Ġ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar
və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müa licəsi və bundan ötrü müəyyən edilmiş xid mətlərin icrasın ı təşkil edən
orqan. Müstəqil struktur kimi 1919 ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində
baytar xid məti göstərirdi. Bu xid mətdən əsasən, süvari və topçu hissələrində, həmç inin p iyada və təchizat bölmələ rində
istifadə olunurdu.
1919 ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası
açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət,
2-c i dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar
xəstəxanası da fəa liyyət göstərirdi. Hə rbi-baytar idarəsinə baytar həkimlə ri Ye rmonski və Kvitaşvili rəhbərlik et mişlə r.
1920 il martın 15-də hərbi nazirliy in digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan
ordusunun təchizat rə isinin tabeçiliyinə verildi.
HƏRBĠ DƏMĠRYOLÇULAR MƏKTƏBĠ hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi
tələblərə uyğun qurulması üçün mütə xəssislər hazırlayan təhsil müəssisəsi. Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919
ilin yazında başlanılmışdı. Hərb i nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirird i. Həm
də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-a zə rbaycanlılar olduğundan onların etibarlılığ ı şübhə doğururdu.
Hərbi yüklə rin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi
dəmiryolçula r məktəbi təsis edildi. Baş ərk ani-hərbin rəisi Mə mməd bəy Su lkev için 1919 il 28 may tarixli məktubuna
əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi.
Məktəbdə 120 nəfə r əsgərin təhsil alması plan laşdırılmışdı. Hə rbi na zirin ə mrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən
fəaliyyətə başladı. Məktəbin rə isi və zifəsi poruçik Qlu xova həvalə o lun muşdu.
HƏRBĠ-DƏNĠZ QÜVVƏLƏRĠ - A zərbaycan Xalq Cü mhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı
qüvvələr növü. Cü mhuriyyət Hö ku məti obyektiv çətin liklər ü zündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919 ilin sonlarında
başladı. 1918 ilin sentyabrında Bakın ın "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlən məsi ərəfəsində
buradakı əsas hərb gəmiləri - "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta (Mahaçqala) aparılmışdı. 1918 ilin
noyabrında Bakını zəbt edən ingilis hərb i qüvvələri ad ları çəkilən gəmiləri geri qaytarsa da, onları A zərbaycan Hö ku mətinə
vermə miş, öz nə zarətində sa xla mışdı. Cü mhuriyyət Hö ku məti bir neçə dəfə hə min gə milərin A zərbaycana qaytarılması
barədə vəsatət qaldırmışdı. Be lə ki, xarici işlə r naziri Mə mməd Yusif Cəfərov 1919 il avqustun 4-də Bakıdakı müttəfiq
qoşunlarının ko mandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərin in mühafizəsi, dövlətin
ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz
qüvvələrinin əsas hissəsi Denikin in tabeliy ində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cü mlədən "Qars", "Ərdə-
han" və "Astrabad" 1919 il sentyabrın əvvəllərində Azərbaycan Höku mət inin sərəncamına keç mişdi.