[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə41/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   37   38   39   40   41   42   43   44   ...   282

99 

 

 



 


100 

 

 



 

 

 



 

 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə Dövlət Teatrının 



binasında  opera,  musiqili  teatr  tamaşaları,  xalq  musiqisindən  ibarət 

konsertlərlə  yanaşı,  mühü m  dövlət  tədbirləri  də  keç irilirdi.  Dövlət  

Teatrının  pərdələri  ilk  dəfə  1918  il  noyabrın  4-də  Nəriman  

Nərimanovun "Nadir şah" faciəsinin ta maşası ilə  açıldı. 

1919  il  avqustun  22-də  Bakı  "Türk  aktyorla rı  ittifaqı"  

idarəsi  ilə  "Hacıbəyli  qardaşları"  müdiriyyətinin  birgə  ic lasında 

"milli  səhnəmizi  daha  müntəzə m  bir  ha la  salmaq"  məsələsi 

mü zakirə  edilmiş,  repertuardakı  istər  dramatik,  istərsə  də  musiqili 

əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor  və 

aktrisala r  hazırla maq,  onların  peş əkarlıq  səviyyəsini  yüksəltmə k 

məqsədilə   dörd  şöbədən  ibarət  "bədaye  kursları"nın  təsis  edilməsi 

qərara  alın mışdı.  Onun  dra m  şöbəsinə  Abbas  Mirzə  Şərifzadə, 

Hüseynqulu  Sarabski,  ko med iya  şöbəsinə  Mirzağa  Əliyev,  musiqi 

şöbəsinə  Zülfüqar  və  Üzeyir  Hacıbəyli  qardaşları,  Müslü m 

Maqomayev,  Qurban  Pirimov,  ədəbiyyat  şöbəsinə  isə  Əlabbas 

Müznib  və  Rza  Zəki  müəllim  təsdiq  olunmuşdular.  Kurslara 

azərbaycanlı həvəskar aktyorla r, habelə mü xtəlif millət lərdən olan a ktrisala r cə lb edildilər. 

Azərbaycan Höku məti müsəlman teatr truppasını ö z himayəsinə götürməyi qərara almışdı. Na zirlər Şurası 1919 il 17 

noyabr  tarixli  iclasında  maarif  nazirinin  türk  opera-dram  teatrının  təşkili  haqqında  məruzəsini  dinləyərək,  Dövlət  Türk 

Opera-Dra m Teatrının yaradılmasın ı nə zərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300  min  605 

manat vəsait ayırdı. Be ləliklə, Azərbaycan türk teatrı milliləşdirild i və dövlətin  himayəsinə verild i. Bağ lanılan müqavilələ rin  

və dövlət xid mətin in şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı. 

Xalq  Maarifi  Nazirliyi  teatrın  inkişafına  qayğı  göstərərək,  Parlamentə  teatr  ko llektiv ləri  və  d igər  mədəniyyət 

müəssisələri üzərinə qoyulmuş vergilərin  ləğv olun ması barəsində  məruzə təqdim etdi. Məruzədə həmin verg ilərin hədsiz 

dərəcədə  çox  olmasını  təsdiq  edən  faktlar  göstərilirdi.  Nəticədə,  Parla ment  teatr  tamaşalarına  və  digər  kütləvi  ta maşalara  

qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı. 

1919 il oktyabrın  24-də teatr mövsümünü A zərbaycan Dövlət Dram Teatrının  opera və operetta truppası açdı. Par-

la ment  və  Höku mət  ü zvlərin in  iştira k  etdiyi  açılışda  İsa  bəy Aşurbəyovun "Azərbaycan  "  adlı  tarixi  pyesi  böyük  uğurla 

oynanıldı. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  mədəniyyətin  inkişafına  göstərdiyi  qayğı  nəticəsində  milli  teatrın  inkişafında  

müəyyən  nəzərəçarpan  uğurlar  qazanıldı.  "Dəmirçi  Gavə",  "Nadir  şah",  "Ölülər",  " Yağışdan  çıxd ıq,  yağmura  düşdük", 

"Bə xtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu o lsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", 

"Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağ ılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbə xt  milyonçu", "Vətən, yaxud Silistrə", 

"Ev tərbiyəsinin bir şəkli", " Evliykən subay", "Arşın ma l a lan" əsərləri milli teatrın repertuarında ən yaxşı ta maşalar idi. 

Xeyriyyə ta maşala rın ın təşkili teatrın fəaliyyətində, b ir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində hə lak olmuş  

döyüşçü  ailələrinin  xeyrinə  təşkil  olunan  teatr  tamaşaları  barəsində  tez-tez  elanlar  verilirdi.  Bu  işdə  Üzeyir  və  Zü lfüqar 

Hacıbəyli  qardaşlarının   truppası  xüsusi  fəallıq  göstərird i.  Dövlət  teatrının  d irektoru  Zülfüqar  Hacıbəyli  tərəfindən  təşkil 

edilmiş xey riyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda 

yerli  ziyalıların  təşkil  etdikləri  xeyriyyə  tamaşasından  toplanmış  vəsait  Dağıstanın  "Qızıl  Aypara  Cəmiyyəti‖nə 

göndərilmişdi. 

Azərbaycan teatrının repertuarında  müstəqillik uğrunda  mübarizə ta rixinə həsr olun muş dra m əsərlə ri  mühüm yer 

tuturdu.  Mirzəbala  Mə mməd zadənin  "Bakı  uğrunda  müharibə",  İsa  bəy  Aşurbəyovun  "Azərbaycan",  Cəfər  Cabbarlının  

"Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı. 

Teatrda tamaşaya qoyulan əsərlərin  keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi d iqqət 

yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii  keyfiyyətlərinə  la zımi d iqqət yetirilməsi üçün  xüsusi ədəbi 

ko missiya yaradılmışdı. 

Azərbaycanın  mədəni  həyatında  teatr  ço x  böyük  rol  oynayırdı.  Rəsmi  Hö ku mət  qəzet lərinin  səhifə lərində  teatr 

tamaşaları  haqqında  elan lar,  ro lların  ifaçıları  barədə  məlu matlar  və  d igər  zəru ri  in formasiyalar  çap  o lunurdu.  Hüseyn 

Ərəblinskin in faciəli surətdə ölü münün cəmiyyət və Höku mət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük 

əhəmiyyət  verdiyini  göstərirdi.  Böyük  aktyor  və  rejissorun  matəm  mərasimindəki  çıxışında  Məhəmməd  Əmin  Rəsulzadə 

onun  fəaliyyətini  yüksək  qiy mətləndirmiş,  A zərbaycanda  səhnə  sənətinin  inkişafında  və  çiçəklənməsində  böyük 

xid mət lərini  qeyd  etmişdi.  O,  Hüseyn  Ərəblinskinin  ən  böyük  xid mət inin  xalqa  a zadlıq  və  müstəqillik  ruhunun  və 




101 

 

ideyalarının  aşılan ması  ilə  bağlı  o lduğunu,  Azərbaycanın  müstəqilliyi  ideyasının  mədəniyyət  xad imlərinin   fəaliyyəti 



hesabına gerçəkləşdiyini xüsusi olaraq vurğulayırd ı. 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə