12
bir
addım kənarda olmaz! Heç kim deməsin ki, mən yoxam.
Yuxarıdan baxacam. O dünyada da əlimdən qurtara
bilm
əzsiniz. Aydındır?!
- El
ədir ki var!
- Sual var?
- Sual yoxdur!
- Diqq
ət! Düzlən! Farağat! Döyüş qaydası “A” olmaqla,
döyüşə!
Əsgərlər hesabata uyğun təhkim olunduqları postlara qaçdı.
Seyid özü lap önd
əki müşahidə məntəqəsinə getdi. Düşmən
əsgərləri həmişə atdıqları yerdən ara-sıra atırdılar. Seyid
“trassiyuşşi” güllələrin uçuşduğu səmtə yox, başqa tərəfə -
t
əpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı,
sanki n
əsə axtarırdı bu qaranlıq, boz təpələrin kölgəsində.
Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi
el
ə bil Ay da düşmən tərəfində idi. Üzünü nazla göstərir, tez də
buludların arxasında gizlənirdi. - Nə olar, Ay qardaş, bütün
dünya bu
şərəfsizlərin tərəfindədir, heç olmasa, sən bizim
t
ərəfimizdə ol barı, axı bayrağının üstündə sənə yer verən
bizik, onlar deyil. - Sanki
axırıncı kəlmələr Ayın lap
heysiyyatına toxundu, bir anlığa olsa da, boz çöllərə, qaranlıq
d
ərələrə süd aydınlığı gətirdi.
- Aha, ora bax!
– nəhayət, Seyid axtardığın tapdı.
Gördüyünü d
əqiqləşdirmək üçün köməkçidən soruşdu:
- Oriyentir 2-d
ən 100 metr sağa təpənin qurtaracağına bax, gör
bir
şey görürsən?
- H
ə, hə, təpənin dibi ilə əyilə-əyilə gəlirlər. - Onlar birlikdə
saymağa başladılar: bir, iki, üç, dörd, beş, altı... Çox axtardılar,
b
əs yeddinci hardadır, görəsən, yoxsa elə cəmi altı nəfərdir?..
Yeddinci yoxdur. H
ə, yüz faiz altı nəfərdir, – deyə Seyid
düşündü - bu da onların adam tapıb doldura bilmədikləri
13
manqa. Çox
maraqlıdır, bu altı nəfər sallana-sallana niyə gəlir?
- öz-özün
ə fikirləşdi.
N
əhayət, köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi:
1.
Aşağı xəbər ver;
2. Keçdik
“B”-yə;
3. Oriyentir 1-i keç
ənə qədər heç kim atəş açmır, qoyun
g
əlsinlər;
4. M
ən getdim, Oriyentir 3-ün yaxınlığında onların arxasında
olacam.
14
Üçüncü f
əsil
-
“Ya Allahın adı” - “DÖYÜŞƏ”!
Son
tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu
indi
üzüaşağı Çaylıya tərəf getməyə başladı. Ya Allah, ey
H
əzrəti Əliyə şir gücü verən Allahım, Seyit Çavuşa o gücü
ver
ən Uca Tanrım, hər şey sənə xatir, sənin adınla - mənə güc
ver, m
əni düşmənin yanında xar eləmə!..
Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul
olunması kimi qəbul etdi Seyid. Bir andaca hər tərəf zülmət
qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır,
bu
işə öz razılığını bildirirdi. Seyid dərə aşağı elə gedirdi ki,
sanki
uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu
yerl
ərin hər iki tərəfdən dəfələrlə minalandığını bilsə də, sanki
indi
yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi,
qovurdu kol-kosu.
Göz-gözü görmürdü, Seyid n
ə vaxt üçüncü oriyentirə çatdığını
heç özü d
ə bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun
yanından keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra
ətrafa göz gəzdirdi. Onun postundan atırdılar, - nə tez çatdılar,
- dey
ə öz-özünə fikirləşdi. Bir-iki qatar da atdılar. - Bəs bu
şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar? - Seyid
t
əmkinlə düşündü. Birdən lap yaxınlıqdan - onun 35-40
addımlığından atəş açıldı. - Hə, demək burdasınız... İndi baxaq
gör
ək vəziyyət necədir?
Bir-iki qatar da
qarşılıqlı güllələr uçuşdu. Seyid sanki film seyr
edirmiş kimi, izləyirdi mənzərəni. Bu an onun postunda tək-tək
üç-dörd güll
ə atıldı. Elə bil qarşısında bomba partladı. Gecənin
qaranlıq və sakitliyində tükürpədici səslə necə vay-şivən
qopdusa, Seyid bir az da diksin
ən kimi oldu. O, çox eşitmişdi,
15
ancaq görm
əmişdi. - Yəqin qan görüblər - düşündü Seyid. Səs
g
ələn tərəfə addımlamağa başladı. Seyid iti, olduqca yumşaq
addımlarla səsə tərəf irəliləyirdi. Qarışıq, anlaşılmaz səslər
eşidir, ancaq hələ heç nə görmürdü? Qəflətən Ay işığında nəsə
parladı. Cəld özünü yerə atdı. Sürünə-sürünə balaca təpənin
üstünd
əki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz
köm
əyini əsirgəmədi. İndi o, beş düşmən əsgərini aydın
sayırdı. Bəs altıncı hanı? Bir az da qalxıb boylandı. Bunlara nə
olub bel
ə, niyə çaş-baş düşüblər? – Seyid anlaya bilmirdi.
Özl
ərini elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri
olmazdı. Bunun ciddi bir səbəbi olmalı idi. Ay bir də
parlayanda
əsərin qəhrəmanı ortaya çıxdı. Seyid gördü ki, topa
dayanıb, vay-şivən qoparanların ortasında yerdə nəsə çapalayır.
Diqq
ətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdir.
Şərəfsizlər yaralı yoldaşlarına köməklik etmək əvəzinə, başına
yığışıb, vay-şivənlə olan-qalan canını alırdılar. Bu mənzərə
Seyidi bir az t
əəssüfləndirdi.
Seyid
düşünürdü ki, hansı üsulla onların külünü göyə sovursa,
daha
ağıllı qərar olar? O, gah əlindəki əl qumbarasına, gah da
iki d
əstəkli avtomatına baxdı. - Bəlkə yaxınlıqda başqa da
kims
ə var, ya bunları müşahidə edən var? – düşündü və əl
qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala
qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə
bitirm
ək lazımdır ki, müşahidəçilər üçün mina mənzərəsi
yaransın. Onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır,
lap h
ərdən ikisinin dalbadal partladığı vaxtlar olur. Seyid bir
neç
ə addım da irəli gedib, qumbaralardan birini elə atdı ki,
ikinciy
ə ehtiyac qalmadı.
Seyid özünü balaca t
əpənin arxasında torpağa bərk sıxmışdı.
Üstün
ə tökülən daş-kəsək belə vecinə deyildi. - Görəsən,
özüm
ə heç nə olmayıb? - İndi də içində bir təəssüf hissi baş
Dostları ilə paylaş: |