[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
 
87 
 
və sizi Onun razı qaldığı işlərə müvəffəq etsin və bizi və sizi Ona qarşı günah 
işlərdən uzaq etsin! 
 
∗∗∗ 
 
[100] Ulduzlara az nəzər sal! Yalnız namaz vaxtları üçün onlardan istifadə 
etməyin istisnadır. Bundan başqa məqsədlər üçün (ulduzları baxmağı) tərk 
et, çünki bu, zındıqlığa götürüb çıxarır.
125
 
                                                            
125
 Astrologiya  marağı  müasir  zamanda  dəbə  minmiş  bir  maraqdır.  Bilmək  lazımdır  ki, 
bir  çox  alimə  görə  astrologiya  da  sehr  sayılır.  Alləmə  əl-Mərdəvi  “əl-İnsaf”  kitabında 
(10/351)  deyir:  “Şeyx  Təqiyyud-Din  (İbn  Teymiyyə)  –  rahiməhullah  -  deyir:  “Yer 
üzündəki  hadisələr  üçün  ulduzların  hallarını  dəlil  olaraq  istifadə  etmək  surətilə 
astrologiya sehrə aiddir.” Alləmə İbn Muflih “əl-Furu” kitabında (10/207) deyir: “və “ət-
Tərğib” kitabında deyilir: “Kahin və münəccim bizim əshabımıza görə sehrbaz kimidir.” 
“ət-Tərğib” kitabı Şeyx əl-Fəxr İbn Teymiyyə’nin “Tərğib əl-Qasid fi Təqrib əl-Məqasid” 
adlı  kitabıdır.  Münəccim  isə  astroloqdur.  Sehrin  hökmünə  gəldikdə  isə  hənbəlilər, 
hənəfilər  və  malikilər  sehrin  özünün  küfr  olduğunu  deyiblər.  Şafii  üləması  isə  sehrin 
özünü küfr saymayıblar, lakin sehr ilə küfrün qəsd edilməsi halını küfr sayıblar. Hənbəli 
alimlərində bu məsələdə yekdil bir rəy yoxdur. Bu barədə İmam Əhməddən iki rəvayət 
gəldiyi üçün hənbəlilər də iki fərqli görüşə yönəliblər. Məzhəbin görüşünə görə küfrdür. 
İbn  Aqil  isə  bunun  küfr  olmadığını  demişdir.  Astrologiyanın,  münəccimliyin  küfr  olan 
sehrə daxil olub olmamasında da ixtilaf ediblər. Yuxarıdakı nəqlə əsasən Şeyxul-İslam və 
əl-Fəxr  İbn  Teymiyyə  münəccimliyi  də  sehr  sayıblar.  Lakin  əl-Mərdəvi  “Təshih  əl-
Furu”da kahinlərin və münəccimlərin cəzası barədə danışarkən bu barədə iki görüş nəql 
edir.  Birinci  görüşə  görə  öldürülməzlər,  lakin  təzirə  məruz  tutular.  İkinci  görüşə  görə 
sehrbazlar  kimi  öldürülməlidirlər.  əl-Mərdavi  birinci  görüşü  zikr  edərkən  deyir: 
“Bununla  küfr  etmiş  olmur  və  öldürülməz,  əksinə  təzir  olunar  və  bu,  məzhəbin  səhih 
görüşüdür.” Bu sözlərdən anlayırıq ki, münəccimlik məzhəbin səhih görüşünə görə küfr 
olan  sehr  həddinə  çatmır.  Lakin  bizim  burada  qəsd  etdiyimiz  münəccimlik  ulduzların 
aləmə  təsirinin  olduğuna  etiqad  edən  münəccimlik  deyildir,  belə  ki,  münəccimlik  iki 
surətdə  təzahür  edə  bilər.  Birinci  surətdə  münəccim  ulduzların  aləmə  təsirinin 
olduğuna,  aləmi  idarə  etdiklərinə  etiqad  edir  və  bu,  alimlərin  ittifaqı  ilə  küfrdür.  İkinci 
surətdə  isə  buna  etiqad  etmir,  lakin  ulduzların  və  planetlərin  hərəkətinin  bəzi 
hadisələrin olması haqqında xəbər verdiyinə etiqad edir. İxtilaf münəccimliyin bu surəti 
ilə  bağlıdır.  Şafii  alimlərindən  İbn  Həcər  əl-Məkki  “əz-Zəvacir  an  İqtiraf  əl-Kəbəir” 
kitabında  (2/109-110)  deyir:  “Alimlər  sehrbazın  küfr  edib  etməməsində  ixtilaf  ediblər. 
Daha əvvəl zikr etdiyimiz sehr növlərindən ilk iki növ barəsində bir ixtilaf yoxdur, çünki 
ulduzların  bu  aləmə  təsir  etdiyinə  etiqad  edənin  küfründə  ixtilaf  yoxdur...”
   İbn  Həcər 
daha  sonra  (2/116)  deyir:  “Ulduz  elmindən  qadağan  olan,  sahiblərinin  yağış  yağması, 
qar  gəlməsi,  rüzgar  qalxması,  qiymətlərin  dəyişməsi  və  bunun  kimi  gələcəkdə  baş 
verəcək  hadisələrdən  xəbərdar  olduqlarını  iddia  etməklərinə  aiddir.  İddia  edirlər  ki, 


 
 
88 
 
[101]  Kəlam  elminə  nəzər  salmaqdan  və  kəlam  sahibləri  ilə  oturub 
durmaqdan uzaq dur! Əsərlərə və əsər əhlinə tabe ol, yalnız onlardan soruş 
və yalnız onlarla otur, dur və onlardan götür! 
 
∗∗∗ 
 
[102]  Bil  ki,  Allahdan  qorxu  kimi  başqa  heç  bir  şeylə  Allaha  ibadət 
edilməmişdir; Allaha – Təbərakə va Təalə - münasibətdə qorxu, hüzn, şəfqət 
və həya yolu. 
[103] Ehtirasa, məhəbbətə dəvət edənlər, qadınlarla xəlvətdə qalanlarla və 
onların  keçdikləri  yollarda  duranlarla  oturub  durmaqdan  uzaq  ol,  çünki 
onların hamısı zəlalət üzərindədirlər. 
[104]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  Allah  –  Təbərakə  va  Təalə  - 
yaratdıqlarının  hamısını  Ona  ibadət  etməyə  çağırmışdır  və  bundan  sonra 
dilədiyini ona qarşı bir xeyirxahlıq olaraq İslamla mükafatlandırmışdır.  
 
∗∗∗ 
 
[105]  Əli,  Muaviyə,  Aişə,  ət-Talha  və  əz-Zubeyr  –  Allah  onların  hamısına 
rəhmət etsin! - və onlarla birlikdə olanların müharibəsi barəsində susmaq; 
onlar  barəsində  münaqişə  etmə!  Onların  məsələsini  Allaha  –  Təbərakə  va 
Təalə  -  həvalə  et,  çünki  Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  deyib: 
“Səhabələrimi, əsharımı  və  əxtanımı
126
 (pis  şeylərlə)  zikr  etməyin!”
127
 Yenə 
                                                                                                                                                                                         
onlar  bunu  planetlərin  seyri,  onların  birləşib  ayrılmaqları  və  müəyyən  zamanlarda 
görünməkləri ilə dərk edirlər. Bu isə Allahın sahib olduğu elmdir və Ondan başqası bunu 
bilməz.  Kim  bunu  bildiyini  iddia  edərsə  o,  fasiqdir,  hətta  bəzi  hallarda  bu,  onu  küfrə 
götürə bilər.” 
126
 Əshar və əxtan kişinin zövcəsi tərəfindən qohumlarıdır. 
127
 ət-Tabərani  bunu  “əl-Mucəm  əl-Kəbir”  kitabında  (6/104;  rəq:  5640)  “Ey  insanlar! 
Məni  əshabımda,  əsharımda  və  əxtanımda  hifz  edin...”  sözləri  ilə  rəvayət  edib.  Buna 
yaxın ləfzlərlə rəvayət olunub və bunların heç biri səhih deyildir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə