[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
98 
 
Mədinə  əhlindən  isə  nəğmə  haqqında  bir  şey  qəbul  etmə!  Bu  işlərdə 
onlardan heç bir şey götürmə!
144

145
 
 
∗∗∗ 
 
[127]  Bir  nəfərin  Əbu  Hureyranı,  Ənəs  bin  Maliki,  Useyd  bin  Hudeyri 
sevdiyini görsən bil ki, həmin adam inşallah sünnət sahibidir. 
[128]  Hər  hansı  bir  kəsin  Əyyub
146
,  İbn  Aun
147
,  Yunus  bin  Ubeyd
148

Abdullah  bin  İdris  əl-Əudi
149
,  əş-Şabi
150
,  Malik  bin  Miğval
151
,  Yezid  bin 
Zurey
152
,  Muaz  bin  Muaz
153
,  Vahb  bin  Cərir
154
,  Həmməd  bin  Sələmə
155

                                                            
144
 Rafizilik fitnəsi Kufədə, qədər fitnəsi Bəsra şəhərində, irca fitnəsi isə Xorasanda geniş 
yayılmışdı.  Məkkəyə  isə  dünyanın  hər  tərəfindən  tacirlər  gəldiyi  üçün  Məkkə  əhli 
valyuta  mübadiləsi  işində  gevşəklik  göstərirdi.  Mədinə  əhlindən  isə  nəql  olunduğuna 
görə onlar nəğməyə izn verirmişlər. 
145
 İbnul-Qayyim  “İğasətul-Ləhəfən”  kitabında  (1/229)  İmam  Əhməd  bin  Hənbəlin belə 
dediyini  nəql  edir:  “Yəhya  əl-Qattanı  belə  deyərkən  eşitdim:  “Əgər  insan  bütün 
rüxsətlərlə  əməl  edərsə,  Kufə  əhlinin  nəbiz  haqqındakı  görüşü  ilə,  Mədinə  əhlinin 
mudiqi  haqqındakı  görüşü  ilə,  Məkkə  əhlinin  siğə  haqqındakı  görüşü  ilə  əməl  edərsə 
fasiq  olar.”  Rüxsətlərlə  əməl  etməklə  qəsd  olunan  ayrı-ayrı  alimlərin  bəzi  haram 
əməllərə verdikləri rüxsətlərlə əməl etməkdir. 
146
 Əyyub bin Əbi Təmimə əs-Sixtiyəni mötəbər və təqva əhli bir alimdir. Şubə deyir: “O, 
fəqihlərin ağasıdır.” İbn Uyeynə deyir: “Onun kimi birisini görmədim.” Hicri 131-ci ildə 
vəfat edib. 
147
 Abdullah  bin  Aun  Bəsra  əhlinin  şeyxi  və  alimidir.  Təqva  əhlindən  böyük  bir  zatdır. 
İbn Mehdi deyir: “İraqda İbn Aundan yaxşı sünnəti bilən yoxdur.” Hicri 150-ci ildə vəfat 
edib. 
148
 Yunus  bin  Ubeyd  Əbu  Abdilləh  böyük  bir  imam  və  hafiz  idi.  Abdul-Qeys  qəbiləsinin 
azadlı qulu olmuşdur. Hicri 139-cu ildə vəfat edib. 
149
 Abdullah bin İdris əl-Əudi Əbu Muhamməd əl-Kufi böyük hafiz və abid bir zatdır. Əbu 
Hatim deyir: “O, müsəlmanların imamlarından bir imamdır, höccətdir.” Hicri 192-ci ildə 
vəfat edib. 
150
 Amir  bin  Şərahil  əş-Şabi  əl-Kufi  mötəbər,  hafiz  və  mufti  biri  idi.  Bir  qrup  səhabə  ilə 
qarşılaşmışdı. Hicri 104-cü ildə vəfat edib. 
151
 Malik  bin  Miğval  əl-Bəcəli  əl-Kufi  çox  hədis  rəvayət  edən,  etibarlı  və  höccət  sayılan 
bir alimdir. Hicri 159-cu ildə vəfat edib. 
152
 Yezid  bin  Zurey  Əbu  Muaviyə  -  rahiməhullah  –  İmam  Əhmədin  hədisdə  şeyxidir. 
Etibarlı, abid və alim biri idi. Hicri 182-ci ildə vəfat edib.
 
153
 Muaz  bin  Muaz  Əbul-Musənnə  əl-Anbəri  əl-Basri  hədis  rəvayətində  hifzdin  və 
sidqində ən yuxarı məqama sahib zatlardan biri idi. Əhməd bin Hənbəl və başqaları onu 
tərifləmişlər. Hicri 196-ci ildə vəfat edib. 


 
 
99 
 
Həmməd bin Zeyd
156
, Malik bin Ənəs, əl-Əvzai
157
 və Zaidə bin Qudaməni
158
 
sevdiyini görsən bil ki, o, sünnət sahibidir. Əgər bir kimsənin əl-Həccəc bin 
əl-Minhəli
159
,  Əhməd  bin  Hənbəli,  Əhməd  bin  Nəsri
160
 sevdiyini  görsən  bil 
ki, o, - əgər onları xeyirlə yad edirsə və onların dediklərini deyirsə - inşallah 
sünnət sahibidir.  
[129]  Əgər  bir  nəfəri  bidət  əhlindən  bir  nəfərlə  oturub  durarkən  görsən 
onu xəbərdar et və ona (həmin adamı) tanıt! Bunu bildikdən sonra onunla 
oturub durmağa davam edərsə ondan çəkin, çünki o, bidət sahibidir. 
[130]  Bir  adama  əsərlər  versən  və  onları  istəmədiyini,  Quranı  istədiyini 
görsən  heç  şəkk  etmə  ki,  o  adam  özündə  zındıqlıq  daşıyan  biridir.
161
 Onun 
yanından dur və onu tərk et! 
[131] Bil ki, bidətlərin hamısı pisdir və qılınca çağırır. Onların içində ən pis 
və  ən  küfr  olanı  rafizilər,  mötəzilə  və  cəhmiyyədir,  çünki  onlar  insanların 
tə’tilə və zındıqlığa düşməsini istəyirlər. 
[132]  Bil  ki,  bir  kimsə  Muhammədin  –  salləllahu  aleyhi  va  səlləm  – 
səhabələrindən  hər  hansı  biri  haqqında  pis  danışarsa,  bil  ki,  o,  yalnız 
Muhamməd  haqqında  –  salləllahu  aleyhi  va  səlləm  –  (pis  danışmaq) 
istəmişdir və ona qəbrində əziyyət etmişdir.  
                                                                                                                                                                                         
154
 Vahb  bin  Cərir  bin  Həzim  Əbul-Abbas  əl-Cəhdami  mötəbər  bir  alim  olmuşdur.  Hicri 
206-ci ildə vəfat edib. 
155
 Həmməd bin Sələmə bin Dinər Əbu Sələmə əl-Basri böyük bir hafizdir. Basra əhlinin 
şeyxidir, öz zamanının insanlarının ağası olmuşdur. Hicri 166-cı ildə vəfat edib. 
156
 Həmməd  bin  Zeyd  bin  Dirhəm  Əbu  İsmayıl  Basra  əhlinin  imamı  idi.  Təqva  və  din 
əhlindən olmuşdur. Hicri 179-cu ildə vəfat edib. 
157
 Böyük imam, öz zamanının alləməsi Abdur-Rahmən bin Amr Əbu Amr əl-Əvzai Şam 
əhlinin fəqihi və imamı idi. Hicri 157-ci ildə vəfat edib. 
158
 Zaidə  bin  Qudamə  Əbus-Salt  əs-Səqafi  əl-Kufi  böyük  bir  hafiz  idi.  Əbu  Hatim  deyir: 
“Mötəbərdir, sünnət sahibidir.” Hicri 161-ci ildə vəfat edib.
 
159
 əl-Həccəc  bin  Minhəl  əl-Basri  Əbu  Muhamməd  əl-Ənməti  mötəbər  və  sünnət  sahibi 
bir alimdir. əl-Buxari ondan hədis rəvayət edib. Hicri 217-ci ildə vəfat edib. 
160
 Əhməd bin Nasr bin Malik əl-Xuzai öz zamanının ən böyük alimlərindən idi. Quranın 
məxluq olub olmaması haqqındakı fitnə zamanı özü yaxşılığı əmr edərdi və pisliklərdən 
çəkindirərdi.  Xəlifənin  münkərlərini  açıq  şəkildə  inkar  edərdi.  Hicri  231-cı  ildə  xəlifə 
tərəfindən öldürüldü.
 
161
 Çünki  sünnəti  tərk  edib  yalnız  Quranla  əməl  etdiyini  iddia  edən  kəslər  əslində 
şəriətin  böyük  bir  hissəsini  puç  etmiş  kəslərdir.  Onların  Quranı  öz  ağlı  ilə  anlayıb 
zəlalətə düşməkləri çox asan bir işdir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə