[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
94 
 
 
 
 
(Səhabələrə və əsərlərə tənə edən bidətçidir) 
 
[118]  Bir  kimsəni  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  – 
səhabələrindən hər hansı birinə tənə edərkən görsən bil ki, o, şərr görüş və 
bidət  sahibidir,  çünki  Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  deyir: 
“Səhabələrimin  adı  çəkildikdə  susun!”
136
 Peyğəmbər  –  salləllahu  aleyhi  va 
səlləm  –  ölümündən  sonra  onların  nə  xətalar  edəcəklərini  bilirdi,  buna 
baxmayaraq  onlar  haqqında  xeyirdən  başqa  bir  şey  söyləməmişdir. 
Həmçinin  buyurur:  “Səhabələrimi  buraxın  və  onlar  haqqında  xeyirdən 
başqa  bir  söz  söyləməyin!”
137
 Onların  xətalarından,  onların  savaşlarından 
və haqqında elminin olmadığı şeylərdən heç bir şey haqqında danışma! Bu 
barədə  danışan  birinə  də  qulaq  asma,  çünki  dinləsən  o,  sənin  qəlbini 
salamat buraxmaz. 
[119]  Bir  kimsənin  əsərlərə  tənə  etdiyini,  əsərləri  inkar  etdiyini  və  ya 
əsərlərdən  başqasını  istədiyini  eşitsən  onun  İslamında  şəkk  et  və  onun 
bidət sahibi olan bir bidətçi olduğunda şəkk etmə! 
 
 
 
 
 
                                                            
136
 ət-Tabərani  “əl-Mucəm  əl-Kəbir”də  (2/96;  rəq:  1427)  Səubən’in  hədisindən  və 
(10/198; rəq: 10448) Abdullah bin Məsudun hədisindən rəvayət etmişdir. Bunu Şeyx əl-
Albani “əs-Silsilə əs-Sahihə”də (34) səhih saymışdır. 
137
 Görünür  ki,  müəllif  bunu  iki  ayrı  hədisdən  götürmüşdür.  “Səhabələrimi  buraxın!” 
sözü ilə olan hədisi əl-Bəzzər (3/290; Kəşful-Əstər) həsən sənəd ilə rəvayət edir. “Onlar 
haqqında yalnız xeyir söyləyin!” hədisini isə Xeysəmə bin Süleyman “Fədailus-Sahabə”də 
rəvayət  edir.  Bunu  İbn  Hacər  “Cuzun  fihi  Turuq  Hədis  Lə  Təsubbu  Əshəbi”  adlı  kiçik 
kitabında (səh: 70-71) zikr etmişdir. Sənədində zəiflik vardır. 


 
 
95 
 
 
 
 
(Zalım sultanlar) 
 
[120]  Bil  ki,  sultanın  zalımlığı  Allahın  –  Azzə  va  Cəllə  -  peyğəmbərinin  – 
salləllahu  aleyhi va səlləm – dili  ilə  vacib  qıldığı  fərzlərindən  hər hansı  bir 
fərzi  naqis  etmir.  Onun  zalımlığı  öz  əleyhinədir  və  onunla  birlikdə  etdiyin 
ibadətlər  və  xeyir  əməllər  sənin  üçün  inşallah  səhihdir.  Yəni  camaat  və 
cümə namazı onlarladır, cihad onlarladır və bütün itaətlərdə ona şərik ol və 
sən öz niyyətinə görə qazanırsan. 
[121]  Əgər  bir  kimsəni  sultana  bəd-dua  edərkən  görsən  bil  ki,  o,  bidət 
sahibidir və əgər kiminsə sultanın islah olması üçün dua etdiyini görsən bil 
ki,  o,  inşallah  sünnət  sahibidir.  Çünki  Fudeyl
138
 deyir:  “Əgər  mənim  bir 
duam olsaydı onu yalnız sultan üçün edərdim.” Əhməd bin Kəmil bizə xəbər 
verdi  və  dedi:  əl-Hüseyn  bin  Muhamməd  ət-Tabəri  bizə  rəvayət  etdi: 
Mərdəveyh əs-Saiğ bizə rəvayət etdi və dedi: Fudeyli belə deyərkən eşitdim: 
“Mənim bir müstəcəb
139
 duam olsaydı onu yalnız sultan üçün edərdim.” Ona 
dedilər: “Ey Əbu Əli! Bunu bizə izah et!” Dedi: “Əgər onu özüm üçün etsəm 
məndən  ötə  keçməyəcək,  əgər  sultan  üçün  etsəm  düzələr  və  onun 
düzəlməsi ilə Allahın bəndələri və ölkə düzələr.”
140
 
Onlara  islah  olunmaları  üçün  dua  etməklə  əmr  olunmuşuq.  Hətta  zülm 
etsələr,  haqsızlıq  etsələr  belə  onlara  bəd-dua  etməklə  əmr  olunmamışıq, 
çünki  onların  zülmləri  və  haqsızlıqları  özlərinin  əleyhinədir,  lakin  islah 
olunmaqları isə həm özlərinə, həm də müsəlmanlara xeyirdir. 
 
                                                            
138
 Fudeyl  bin  İyad  bin  Məsud  Əbu  Əli  ət-Təmimi  əl-Yərbui  əl-Mərvazi  böyük  zahid  və 
alim  biri  olub.  əz-Zəhəbi  onu  vəsf  edərkən  deyir:  “İmam,  nümunəvi  insan,  mötəbər, 
şeyxul-islam.” Hicri 187-ci ildə vəfat edib. 
139
 Müstəcəb dua Allahın qəbul etdiyi duadır. 
140
 Bunu Əbu Nueym “əl-Hilyə”də (8/91), İbn Asəkir “Tarix Diməşq”də (48/447) rəvayət 
edir.
 


 
 
96 
 
∗∗∗ 
 
[122]  Möminlərin  analarından  heç  birini  xeyirdən  başqa  bir  şeylə  yad 
etmə! 
 
∗∗∗ 
 
[123]  Bir  kimsəni  sultanla  və  başqaları  ilə  birlikdə  fərzləri  camaat  içində 
qılmağa  əhəmiyyət  verdiyini  görsən  bil  ki,  həmin  adam  inşallah  sünnət 
sahibidir. Əgər camaat içində fərz namazlarını – sultanla birlikdə olsa belə – 
qılmağa önəm verməyən bir kəsi görsən onun bidət sahib olduğunu bil! 
 
∗∗∗ 
 
[124]  Halal  bir  şey  halal  olduğuna  dair  şahidlik  etdiyin  və  and  içdiyin 
şeydir.  Haram  da  bunun  kimidir.  Qəlbində  rahatsızlığa  səbəb  olan  bir  şey 
isə şübhədir. 
[125]  Məstur  olanlar  sitri  aşkar  olanlardır,  məhtuk  olanlar  isə  günahları 
aşkar olandır.
141
 
 
 
 
 
 
                                                            
141
 Məstur  halı  örtülü  və  qapalı  olan  kəsdir.  Sitr  isə  örtü,  pərdə  anlamını  verir.  Yəni 
insanlar  içində  fasiq  olaraq  tanınmayan  kəsdir.  Məhtuk  isə  insanlar  içində  açıq  şəkildə 
günah işləyəndir.  


 
 
97 
 
 
 
 
(Bidətçilərin əlaməti) 
 
[126] Əgər bir kimsəni “fılankəs müşəbbihədir” və “fılankəs təşbih barədə 
danışır”  dediyini  eşitsən  onu  ittiham  et  və  bil  ki,  o,  cəhmidir.  Bir  nəfərin 
“fılankəs nasibidir” dediyini eşitsən bil ki, o, rafizidir. Bir kimsənin “tövhidlə 
danış, mənə tövhidi izah et” dediyini eşitsən bil ki, o, xaricidir, mötəzilidir. 
Yaxud  da  “fılankəs  mucbirdir”  deyirsə  və  ya  icbar  barəsində  və  ya  adl 
haqqında  danışırsa,  bil  ki,  o,  qədəridir,  çünki  bütün  bu  adlar  sonradan 
uydurulmuş adlardır və onları bidət əhli uydurub.
142
 
Abdullah bin əl-Mubarək
143
 deyir: “Kufə əhlindən rafiziliklə bağlı heç bir şey 
götürmə!  Şam  əhlindən  isə  qılıncla  bağlı  heç  bir  şey  götürmə!  Bəsrə 
əhlindən də qədər haqqında heç bir şey götürmə!  Xorasan əhlindən isə irca 
ilə bir  şey  qəbul  etmə!  Məkkə  əhlindən  isə  sarf haqqında bir  şey götürmə! 
                                                            
142
 Əhlus-Sunnə hər zaman firqələr arasında orta mövqe tutub. Ona görə də xaricilər və 
mötəzilə  əhlis-sunnəti  mürciəlikdə,  mürciələr  xavariclikdə  ittiham  ediblər.  Nasibilər 
rafizilikdə,  rafizilər  isə  nasibilikdə,  qədərilər  cəbriyyəlikdə,  cərbiyyə  isə  qədərilikdə 
ittiham edib. Orta mövqe tutanların hər zaman halı belə olmuşdur. Cəhmilər Allahın isim 
və  sifətlərini  mənalarından  ayırdıqları  üçün,  onları  bir  növ  inkar  etdikləri  üçün  və 
onların məxluqlara aid sifətlər olduğunu iddia etdikləri üçün, bu sifətləri təsdiq edənləri 
təşbih əhli adlandırardılar. Təşbih isə Yaradanı yaradılmışlara bənzətməkdir. Səhabələr 
arasında  münaqişə  və  qarşıdurmalar  olduğu  halda  əhlus-sunnə  onların  hamısını  sevib 
və aralarında baş vermiş konfliktləri isə Allaha həvalə edib. Lakin Əlinin – kərraməllahu 
vachəhu – tərəfini tutan rafizilər digər səhabələri də sevən sünniləri nasibilikdə ittiham 
ediblər.  Mötəzilə  və  xaricilər  özlərinə  xas  bir tövhid  anlayışına  sahib  idilər  və  onlar  bu 
məsələni  həmişə  qabardardılar.  Ona  görə  də  bu  məsələni  qabardanlar  müəllifə  görə 
xaricilər  və  mötəzililər  olur.  İnsanın  öz  əməllərini  etməyə  məcbur  olduğunu  deyənlər 
cəbriyyə firqəsidir. Qədərilər isə onların əksinə insanın öz əməllərini özünün yaratdığını 
iddia  edirlər.  Əhlus-Sunnət  bu  iki  firqənin  arasında  olduğu  üçün  qədərilər  sünniləri  də 
cəbriyyəlikdə ittiham edirlər.  
143
 Abdullah  bin  əl-Mubarək  bin  Vadih  əl-Hanzali  ət-Təmimi  Əbu  Abdir-Rahmən  əl-
Mərvazi  nəhəng  imamlardan  və  İslam  hafizlərindən  biridir.  Zühd  və  təqva  əhlindəndir. 
Hicri 118-ci ildə doğulmuş və hicri 181-ci ildə vəfat etmişdir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə