[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
106 
 
Onların  dördünü  hamısından  üstün  tutan,  digərlərinə  rəhmət  oxuyan, 
onların xətaları haqqında susan bir kimsə bu məsələdə doğru yol və hidayət 
üzərindədir. 
[145] Allahın elçisinin – salləllahu aleyhi va səlləm – cənnətlik olmaqlarına 
dair  şahidlik  etdiyi  on  şəxsin  şəksiz,  şübhəsiz  Cənnətə  girəcəklərinə  dair 
şahidlik etmək sünnətdəndir. 
[146]  Fəqət  Allahın  elçisindən  –  salləllahu  aleyhi  va  səlləm  va  alə  əlihi  – 
savayı heç kimsəni salavatda xüsusiləşdirmə!
182
 
[147]  Bil  ki,  Osman  bin  Affən  məzlum  olaraq  öldürüldü  və  onu  öldürən 
zalım idi. 
 
 
 
 
 
                                                                                                                                                                                         
oturdu,  fəzilətlər  haqqında  kitabı  çıxartdı.  Əbu  Bəkrin,  sonra  Ömərin  fəzilətlərini  diktə 
etdi  və  sonra  dedi:  “Osman  yoxsa  Əli  ilə  başlayaq?”  Dedilər:  “Bu,  rafizidir”  və  onun 
hədisini  tərk  etdilər.  Deyirəm:  Bu  açıq-aşkar  zülmdür,  çünki  bu,  əhlus-sunnətdən  bir 
qrup alimin məzhəbidir. Bununla o ikisindən birini o birindən üstün tutmaqda susmağı 
qəsd  edirəm.  Əksər  alimlər  Osmanı  önə  keçirsələr  də  əhlus-sunnətdən  bir  qrup  alim 
Əlini Osmandan önə keçirərdi. Onlar arasında Sufyan əs-Səvri və İbn Xuzeymə yer alır.”
 
182
 Bu  məsələdə  alimlər  ixtilaf  ediblər.  Peyğəmbərdən  –  salləllahu  aleyhi  va  səlləm  – 
savayı  başqa  kiməsə  ayrılıqda  salavat  diləmək  olarmı?  İmam  İbn  Kəsir  təfsirində 
(6/477-478)  deyir:  “İxtilaf  sadəcə  olaraq  peyğəmbərlərdən  başqasına  ayrılıqda  salavat 
diləmək  barəsindədir.  Bir  qrup  deyib  ki,  bu,  caizdir...Alimlərin  əksəriyyəti  isə  deyib  ki, 
peyğəmbərlərdən başqalarına ayrılıqda salavat göndərmək olmaz.” Hənbəli məzhəbinin 
məşhur  görüşünə  görə  peyğəmbərdən  başqa  kiməsə  ayrılıqda  salavat  göndərmək 
caizdir.  Şeyx  Aləud-Din  əl-Mərdəvi  “ət-Təhbir  Şərh  ət-Təhrir”  kitabında  (1/104)  deyir: 
“Məzhəbin  səhih  görüşünə  görə  peyğəmbərin  adı  çəkilmədən  peyğəmbərlərdən  – 
salavatullahi  va  sələmuhu  aleyhim  əcməin  –  başqasına  təklikdə  salavat  göndərmək 
caizdir.”  Hənbəli  alimlərinin  əksəriyyətinin  görüşü  budur.  Məcdud-Din  İbn  Teymiyyə, 
İbn Abdil-Qavi, İbn Təmim və İbn Həmdən bunu yalnız peyğəmbərin – salləllahu aleyhi 
va  səlləm  –  adı  ilə  birlikdə  caiz  görüblər,  ayrılıqda  caiz  görməyiblər.  Bunu  məkruh 
sayıblar.  Şeyxul-İslam  İbn  Teymiyyə  isə  bunu  bir  şüar  olaraq  başqasına  aid  etməyi 
haram  sayıb.  Yəni  peyğəmbərdən  başqa  hər  hansı  bir  kəsi  salavat  ilə  xüsusiləşdirərək 
bunu şüar etmək haramdır. 


 
 
107 
 
 
 
 
(Bəzi sünnətlər və sünnətin əhəmiyyəti) 
 
[148] Hər kim bu kitabdakıları təsdiq edər, onlara iman edər, onları özünə 
imam  seçərsə  və  ondan  bir  hərfə  belə  şəkk  etməzsə,  ondan  bir  hərfi  belə 
inkar  etməzsə  o,  sünnət  və  camaat  əhlidir,  kamildir,  onda  sünnət 
tamamlanmışdır.  Kim  bu  kitabdan  bir  hərfi  inkar  edərsə  və  ya  ondan  bir 
hərfə  və  ya  (ümumilikdə)  kitaba  şəkk  edərsə  və  ya  (bu  kitabı  təsdiq 
etməkdən)  çəkinərsə  o,  bidət  sahibidir.  Qurandan  və  ya  peyğəmbərdən  – 
salləllahu  aleyhi  va  səlləm  –  gəlmiş  bir  hərfə  şəkk  edən  və  ya  onu  inkar 
edən  hər  bir  kəs  Allahu  Təaləni  Onu  yalanlamış  olaraq  qarşılayacaq.  Ona 
görə də Allahdan qorx, ehtiyatlı ol və imanınla razılıq içində ol!
183
 
[149]  Bir  kimsəyə,  nə  xeyir  sahibinə,  nə  də  insanların  heç  birinə  Allaha 
qarşı  asilikdə  kömək  etməmək  sünnətdəndir.  Allaha  asi  olmaqda  bəşər 
övladına itaət etmək olmaz. Heç kəsin günah üzərində olmasını xoş görmə! 
Bunların hamısına Allah üçün – Təbərakə va Təalə - nifrət et! 
[150]  Böyük  və  kiçik  günahlara  görə  Allaha –  Azzə  va  Cəllə  -  tövbə  etmək 
üçün bütün qulların üzərinə tövbənin fərz olmasına iman etmək. 
[151] Allah elçisinin – salləllahu aleyhi va səlləm – cənnətlik olmasına dair 
şahidlik  etdiyi  bir  kimsə  üçün  (onun  Cənnətə  girəcəyinə  dair)  şahidlik 
etməyən  biri  bidət  və  zəlalət  sahibidir,  Allahın  elçisinin  –  salləllahu  aleyhi 
va səlləm – dediyində şəkk edən biridir. 
Malik  bin  Ənəs  dedi:  “Kim  həmişə  sünnətə  bağlı  olarsa  və  peyğəmbərin 
səhabələri  onun  (dilindən)  salamat  olarsa  və  sonra  ölərsə,  əməli  qüsurlu 
                                                            
183
 Daha  əvvəl  də  qeyd  etdiyim  kimi  bu  sözləri  hərfi  mənada  anlamaq  müşkildir,  çünki 
Qurandan  başqa  heç  bir  kitab  xətadan  səlim  deyildir.  Üstəlik  kitabın  içində  haqqında 
ixtilaf  edilmiş  fiqhi  məsələlər  də  zikr  edilib  və  bu  cür  fiqhi  məsələlərdə  müxalifi  inkar 
etməzlər.  Müəllifin  bu  şəkildə  mübaliğəli  sözlər  tam  qəsdinin  nə  olduğunu  müəyyən 
etmək çətindir. 


 
 
108 
 
olsa belə (axirətdə) peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər ilə birlikdə 
olacaq.” 
Bişr bin əl-Haris
184
 dedi: “İslam sünnətdir və sünnət də İslamdır.” 
Fudeyl  bin  İyad  dedi:  “Sünnət  əhlindən  bir  nəfəri  görəndə  sanki 
peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  səhabələrindən  bir  nəfəri 
görürəm.  Bidət  əhlindən  bir  nəfəri  görəndə  isə  sanki  münafiqlərdən  birini 
görürəm. 
Yunus  bin  Ubeyd  dedi:  “Bu  gün  sünnətə  dəvət  edənin  halı  təəccüblüdür, 
ondan da təəccüblü isə sünnətə icabət edib onu qəbul edənin (halıdır).”
185
 
İbn Aun ölüm ayağında olarkən ölənə qədər “sünnət! sünnət! bidətdən uzaq 
durun!” sözlərini deyib durdu. 
Əhməd  bin  Hənbəl dedi:  “Əshabımdan bir  nəfər  öldü  və  yuxumda  o,  mənə 
göstərildi  və  dedi:  “Əbu  Abdilləhə  deyin:  “Sünnətə  sarıl!  Allahın  məndən 
soruşduğu ilk şey sünnət oldu.” 
Əbul-Aliyə
186
 dedi: “Kim məstur olaraq sünnət üzərində ölərsə o, siddiqdir.” 
Deyiblər ki, sünnətə sarılmaq qurtuluşdur.
187
 
Sufyan  əs-Səvri  deyib:  “Kim  öz  qulağı  ilə  bidət  sahibinə  qulaq  asarsa, 
Allahın qorumasından çıxmışdır və bidətlərə tərk edilmişdir.”
188
 
Davud bin Əbi Hind
189
 deyib: “Allah – Təbərakə va Təalə - Musa bin İmrana 
vəhy  etdi:  Bidət  əhli  ilə  oturma,  əgər  onlarla  otursan  və  ona  görə  onların 
                                                            
184
 Bişr  əl-Həfi  adı  ilə  tanınır.  İmamdır,  zahiddir,  təqva  əhlidir.  Hicri  227-ci  ildə  vəfat 
edib.
 
185
 Bunun bənzərini Əbu Nueym “əl-Hilyə” kitabında (3/21) rəvayət edir. 
186
 Rafi bin Mihran Əbul-Aliyə ər-Riyəhi böyük bir imam, Quran müəllimi, hafiz və təfsir 
alimidir. Hicri 90 və ya 93-cü ildə vəfat edib. 
187
 əd-Dərimi  “əs-Sunən”də  (1/58;  rəq:  96),  Əbu  Nueym  “əl-Hilyə”də  (3/369)  Zuhridən 
belə  dediyini  rəvayət  edirlər:  “Əvvəlki  alimlərimiz  deyərdilər:  “Sünnətə  sarılmaq 
qurtuluşdur.”  Ömər  bin  Abdil-Aziz  bir  xütbəsində  deyib:  “Bildiniz  ki,  sünnət  əhli  belə 
deyərdi: “Sünnətə sarılmaq qurtuluşdur.” Bax: “Hilyətul-Əvliyə”, 5/346 
188
 Bunu  Əbu  Nueym  “Hilyətul-Əvliya”  kitabında  (7/26,  34)  və  İbn  Batta  “əl-İbənə  əl-
Kubra”da (444) rəvayət ediblər. Bu sözlər həm də Muhamməd bin ən-Nədr əl-Hərisi’nin 
də sözü olaraq nəql edilib. 
189
 Davud bin Əbi Hind əl-Basri məşhur hafiz, fəqih və mufti olmuşdur. Hicri 140-cı ildə 
vəfat edib. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə