[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   68   69   70   71   72   73   74   75   76


 
kanalcıqdan və distal qıvrım kanalcıqdan ibarətdir. Düz hissə 
ilgəyin  qalın  hissəsidir.  Distal  düz  kanalcığın  diametri  35 
mkm-dir. Bu kanalcıqdakı epitel hüceyrələrin apikal səthində 
fırçalı  haşiyə  olmur.  Nefronun  distal  düz  şöbəsində 
elektrolitlərin  geri  sorulması  davam  edir,  amma  su  az  keçir. 
Buna  görə  də  sidik  həmin  kanalcıqda  hipoosmotik  olur  və 
ətraf toxumaların osmotik təzyiqini qaldırır.  
Distal  düz  kanalcığın  yumaqcığının  damar  qütbünə 
söykəndiyi  gətirici  və  çıxarıcı  arteriyaların  təmas  etdiyi 
yerdə hündür ensiz hüceyrələr disk əmələ gətirir. Bu disk sıx 
ləkə  adlanır  və  yukstaqlumerulyar  kompleksin  tərkibinə 
aiddir.  Distal  qıvrım  kanalcığın  uzunluğu  4,6-15,2  mm, 
diametri  isə  20-50  mm  və  quruluşuna  görə  distal  düz 
kanalcığından  fərqlənmir.  Distal  qıvrım  kanalcıq  şöbəsində 
natrium  ionlarının  geri  sorulması  davam  edir,  sidiyin 
turşlaşması  baş  verir.  Sidik  toplayıcı  kanalların  daxili 
səthində  kubvari,  yaxud  alçaq  formalı  prizmatik  hüceyrələr 
yerləşir.  Bu  kanalcıqlara  hipotonik  sidik  daxil  olur.  Ətraf 
toxumalarda isə distal düz kanalcıqlarının divarından sorulan 
elektrolitlərin  hesabına  təzyiq  qalxır.  Osmotik  təzyiqlərin 
fərqinə görə su sidik toplayıcı kanallardan kanalətrafı sahəyə 
və  burdan  da  qan  damarlarına  keçir.  Deməli,  sidik  toplayıcı 
kanallar nəinki sidiyi böyrəyin parenximasından sidik aparıcı 
yollara çatdırır, eyni zamanda sidiyi formalaşdırır.  
Böyrək  parenximasının  beyin  şüalarında  yerləşən  sidik 
toplayıcı  boruların  daxili  səthi  birqatlı  kubvari  epitel  ilə 
örtülüdür.  Sidik  toplayıcı  kanallar  birləşdikcə  beyin 
maddənin  dərin  qatında  epitel  hüceyrələri  hündürləşir. 
Məməcik  axarların  daxili  səthində  tipik  prizmatik  epitelə 
çevrilir.  
Yukstaqlomerulyar kompleks böyrək  yumaqcığın damar 
qütbü  nahiyyəsində  yerləşən  və  renin  hormonu  hasil  edən 
kompleks  strukturdur.  Bu  kompleks  qanın  plazmasında 
vazokonstriktor 
olan 
angiotenzinin 
formalaşması 
reaksiyasında iştirak edir, qan təzyiqini tənzim edir, natrium 



 
və  suyun  böyrək  kanalcıqlarından  geri  sorulmasını  təmin 
edir. Bu kompleksin tərkibinə aşağıdakılar daxildir: 1)Distal 
kanalcığın  sıx  ləkəsi,  2)gətirici  arteriyanın  divarındakı 
yukstaqlomerlyar  hüceyrələr.  3)böyrək  cisimciyinin  gətirici 
və  çıxarıcı  arteriyaları  arasındakı  gomaktik  hüceyrəvi 
adacıqlar.  Böyrək  cisimciyinin  gətirici  arteilyolasının 
nefronun  distal  kanalcığı  ilə  təmas  etdiyi  yerdə  arteriya 
divarında  daxili  elastiki  zar  olmur.  Gətirici  arteilyolanın  bu 
hissəsində  yukstaqlomerulyar  hüceyrələr  yerləşir.  Bu 
hüceyrələr  sidik  kanalcığının  bazal  zar  olmayan  hissəsində, 
sıx ləkənin hüceyrələri ilə təmas edir. Qurmaktik hüceyrələr 
gətirici və aparıcı arteilyolalarla sıx ləkənin arasında yerləşir. 
Bu hüceyrələrin uzun çıxıntıları olur.  
Böyrəyin  beyin  maddəsinin  stromasında  olan  çıxıntılı 
hüceyrələr nefron ilgəyinin kanalcıqları və qan damarları ilə 
təmas  edir.  Bu  isə  elektrolitlərin  onlardan  geri  sorulmasını 
göstərir.   
Böyrək  arteriyası böyrək qapısından daxil olaraq paycıq 
ara  arteriyaları  əmələ  gətirir.  Bu  arteriyalar  böyrək 
piramidaların arası ilə hərəkət edir. 
Parenximanın qabıq və beyin maddələri arasında həmin 
arteriyalar  qövsvari  arteriyalara  şaxələnir.  Bunlardan  isə 
orqanın  səthinə  qədər  davam  edən  radial  arteriyalar 
şaxələnir.  Yumaqcığın  aparıcı  arteriyolaları  II  dəfə  kapilyar 
tora  şaxələnir.  Bu  tordan  qan  venoz  sistemə  keçir.  Sonra 
orqanın  kapsulası  altında  ulduzvari  venalardan  paycıqvari 
venalar  formalaşır,  bunlar  da  qövsvari  venalara  açılır. 
Qövsvari  venalar  isə  payarası  venalara  açılır.  Bunlar  da 
böyrək venasına açılır. 
Böyrəklərə  qan  damarlarının  gedişi  boyunca  daxil  olan 
sinir  kötüklərində  mielinli  və  mielinsiz  sinir  lifləri  olur. 
Mielinli  sinir  lifləri  arxa  döş  və  ön  bel  qanqlilərindən 
başlanıb,  böyrək  parenximasının  müxtəlif  şöbələrində 
reseptor  qurtaracaqları  ilə  bitir.  Mielinsiz  sinir  lifləri 
simpatik  və  parasimpatik  təbiətli  olub,  nefronun  bütün 



 
şöbələrində,  o  cümlədən  yukstaqlomerulyar  kompleks 
nahiyyəsində  də  olur.  Böyrək  ləyənində  və  onun 
parenximasında müstəqil qanqlyoz hüceyrələr olur. Şəkil 44  
 
Sidik aparıcı yolların quruluşu. 
Bu  yollara  sidik  toplayan  borucuqlar,  böyrək  piyalələri, 
böyrək  ləyəni,  sidik  axarları,  sidik  kisəsi  və  sidik  buraxıcı 
kanal aiddir. Bu şöbələrin hamısının divarında sidik toplayıcı 
borulardan  başqa,  keçid  epitel,  selikli  qişanın  xüsusi  qatı, 
selikaltı qat, əzələ və xarici qişalar olur. Böyrək piyaləsinin, 
ləyəninin  daxili  səthini  keçid  epiteli  örtür.  Bu  qatın  altında 
boş  formalaşmamış  birləşdirici  toxumadan  xüsusi  qat 
yerləşir.  Atlarda  həmin  qatda  borulu  alveolyar  vəzlər  olur. 
Böyrək  piyaləsi  və  ləyənin  əzələ  qişası  zəif  olub  daxili 
boylama və xarici dairəvi qatlardan ibarətdir.  
Sidik axarlarının daxili səthini keçid epiteli örtür. Xüsusi 
qat  formalaşmamış  boş  birləşdirici  toxumadan  olub,  atlarda 
borulu-alveolyar vəzlərə malikdir.  
Əzələ qişası saya əzələ toxumasından olub daxili, xarici 
boylama və orta dairəvi qatlardan təşkil olunmuşdur.  
Sidik  axarlarının  üstü  adventisiya  ilə  örtülüdür.  Sidik 
kisəsinin  divarında  selikli  qişa,  selikaltı  qat,  əzələ  və  xarici 
qişalar olur. Keçid epiteli səthi, ara və bazal qatlardan təşkil 
olunmuşdur.  Səthi  qat  iri  hüceyrələrdən  ibarətdir.  Orqanın 
gərilməsindən asılı olaraq hüceyrələr yastı, yaxud da kubvari 
olur.  Hüceyrələrin  sərbəst  səthi  seliklə,  yaxud  qutikula  ilə 
örtülüdür.  Selikli  qişanın  xüsusi  qatı  elastiki  liflərlə  zəngin 
olub,  boş  birləşdirici  toxumadandır.  Sidik  kisəsinin  sidiklə 
dolmasından  asılı  olaraq  selikli  qişanın  səthinin  dəyişilməsi 
tənzim olunur. Bu büküşlər sidik axarlarının açıldığı və sidik 
buraxıcı  kanalın  başlandığı  nahiyyədə  olmur.  Bu  hissələrdə 
selikaltı qat olmur. Selikli qişa bilavasitə əzələ qatı ilə bitişir.  
Sidik  kisəsinin  əzələ  qatı  daxili,  xarici  boylama  və  orta 
dairəvi əzələ qatlarından təşkil olunmuşdur. Dairəvi əzələ qat 
sidik kisəsinin boynunda sfinkter əmələ gətirir.  


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə