[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə75/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   68   69   70   71   72   73   74   75   76

17 
 
funksiyasını ifadə edir.  
Balalığın  qan  damarları  əzələ  qatında  əsas  qan  damar 
toru  yaradır.  Bu  tordan  digər  qişalara  qan  damarları  gedir, 
epiteli  qatı  altında  sıx  kapilyar  tor  yerləşir.  Balalıq  qarın 
boşluğunun  vegetativ  sinir  kələfləri  ilə  innervasiya  olunur. 
Bunların  tərkibində  simpatik,  parasimpatik  və  hissi  sinir 
lifləri  olur.  Sinir  lifləri  hər  üç  qişada  sinir  kələfləri  yaradır. 
Şəkil 47. 
Cinsiyyət  yolu  xüsusi  cinsiyyət  yolundan  və  sidik 
cinsiyyət dəhlizindən ibarətdir. Xüsusi hissənin divarı selikli, 
əzələ  və  adventisiya  qişalarından  təşkil  olunmuşdur.  Selikli 
qişa  boylama  büküşlər  əmələ  gətirir  və  özü  çoxqatlı  yastı 
epitel  ilə  xüsusi  qatdan  təşkil  olunmuşdur.  Xüsusi  qat  boş 
birləşdirici  toxumadan  təşkil  olunub,  limfa  follikullarına 
malikdir. 
 Əzələ  qişası  saya  əzələ  toxumasından  olub,  daxili 
dairəvi, xarici boylama istiqamətdə yerləşir. Adventisiya boş 
birləşdirici toxumadandır.  
Vagina  dəhlizinin  divarı  selikli,  əzələ  və  adventisiya 
qişalarından təşkil olunmuşdur. 
 Selikli  qişa  çoxqatlı  yastı  epiteli  və  xüsusi  qatdan 
ibarətdir.  
Xüsusi  qatda  dəhlizin  yan  divarında  dəhliz  soğanaqları 
yerləşir. Dəhlizin epiteli qişasında dorsalda böyük, ventralda 
kiçik  dəhliz  vəziləri  yerləşir.  Dorsal  vəzilər  sadə  borulu 
vəzilərdir.  Ventral  vəzlər  sadə  şaxələnən  borulu  alveolyar 
vəzlərdir.  
Əzələ qişası eninəzolaqlı əzələ toxumasından ibarətdir. 
Klitor  erkəklərin  cinsiyyət  üzvünün  homologudur. 
Mağaralı  cisimdən  təşkil  olunmaqla,  üstü  ağlı  qişa  ilə 
örtülüdür.  Selikli  qişa  çoxqatlı  yastı  epiteldəndir.  Cinsiyyət 
dodaqları  dəhlizin  selikli  qişasına  keçən  dəri  büküşləridir, 
dəri  hissəsində  piy  və  tər  vəziləri  yaxşı  inkişaf  etmişdir. 
cinsiyyət  dodaqlarının  əsasını  eninəzolaqlı  əzələ  toxuması 
təşkil edir. 


18 
 
 
Quşlarda cinsiyyət üzvləri 
Xoruzlarda  cinsiyyət  üzvlərinin  quruluşu  məməlilərin 
cinsiyyət üzvülərinin quruluşuna oxşardır.  
Fərqləndirici xüsusiyyət toxumluqların bütün ömrü boyu 
qarın  boşluğunda  olması  və  əlavə  cinsiyyət  vəzlərin 
olmamasıdır.  
Dişilərdə  ancaq  sol  tərəfin  cinsiyyət  orqanları  yaxşı 
inkişaf  etmişdir.  Yumurtalıqları  salxımvari  qurluşda  olub, 
qabıq və beyin maddələrdən təşkil olunub, üstü bir qatlı yastı 
epiteli  ilə  örtülüdür,  qabıq  maddədə  inkişaf  etməkdə  olan 
follikula  və  intersitsial  hüceyrələr  olur.  Yumurta  qoyma 
vaxtı follikulların miqdarı 900 olur. 
Ovulyasiyadan 
sonra 
sarı  cisim  əmələ  gəlmir. 
Yumurtalıqda  estrogenlər,  androgenlər  və  progesteron  hasil 
olunur.  Yumurta  borusunda  mayalanma  və  yumurtanın 
üstündə  3-cülü  qişa  əmələ  gəlir.  Yumurta  borusu  qıfdan, 
zülallı  hissədən,  boğazdan,  balalıqdan  və  vaginadan 
ibarətdir. Bu şöbələrin hamısının divarı selikli, əzələ və seroz 
qişalardan  təşkil  olunmuşdur.  Selikli  qişanın  üstünü  birqatlı 
slindiriki, kirpikli epiteli örtür. Bu qatda sekretor hüceyrələr 
də  olur.  Xüsusi  qat  boş  birləşdirici  toxumadan  və  limfoid 
elementlərdən  ibarətdir.  Bu  qatda  vəzilər  yerləşir.  Yumur-
talıq  borusu  divarında  saya  əzələ  hüceyrələri  çarpazlaşır. 
Balalığın və vaginanın divarında saya əzələ toxuması daxili 
dairəvi,  xarici  boylama  qatlar  əmələ  gətirir.  Seroz  qişa  boş 
birləşdirici toxumadan olub, üstü mezoteli ilə örtülüdür.  


19 
 
 
 
 
Şəkil 1. Hüceyrənin ultramikroskopiki quruluşu. 
 
1. Sitollema.  
 
 
2. Pinositoz qovuq.  
3.Sentrosoma.  
 
 
4.Hialoplazma.  
5.Dənəli endoplazmatik tor.  b) ribosom 
6.Nüvə 
 
 
 
7.Perinukulyar sahə 
8.Nüvə məsamələri 
 
9.Nüvəcik  
10.Holci kompleksi 
 
11.Sekretor vakuol 
12.Mitoxondri 
 
 
13.Lizosom 
14.Faqositoz  
15.Hüceyrə  membranlarının  alfasito  membranla 
əlaqəsi  


20 
 
16.Mikroxovlar 
 
 
Şəkil 2. Qaraciyər hüceyrələrində mitoxondrilər 
 
1.
 
Hepatosid 
2.
 
Mitoxondrilər 
3.
 
Nüvə və nüvəciklər 
4.
 
Hemokapilyar 
 


21 
 
 
 
 
Şəkil 3. Qaraciyər hüceyrələrində qlikogen əlavələri. 
 
1.
 
Qaraciyər hüceyrəsi 
2.
 
Qlikogen dənələri  
3.
 
Nüvə və nüvəciklər 
4.
 
Sinosoid kapilyar 
 
 
 
 
 
 
 
 
 
 


22 
 
 
 
 
Şəkil 4. At askaridi yumurta hüceyrəsində sentrosoma. 
 
1.
 
Yumurta hüceyrəsinin qisası. 
2.
 
Sentriola 
3.
 
Sentrosfera 
4.
 
Astrosfera 
5.
 
Ekvatorial lövhə 
 
 
 
 


23 
 
 
Şəkil 5. Spermatozoid 
 
1.
 
Başcıq 
2.
 
Boyuncuq 
3.
 
Orta şöbə 
4.
 
Quyruq 
5.
 
Quyruğun son şöbəsi 
 
 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə